Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 30 Avqust 2012 12:55

HEYVANLARIN DİLİ

HEYVANLARIN DİLİ 

Serb nağılı

b
iri vardı, biri yoxdu, bir kənddə bir çoban vardı. O çox cavan və yoxsul idi, özü də nökərçilik edirdi. Bir dəfə о meşə kənarında qoyunlarını otarırdı və qulağına səs gəldi. О bu səsə doğru gedib gördü ki, meşə yanır. Yanğının tən ortasında isə bir ilan üzük kimi qıvrılaraq uzanıb və fışıldayır. Çoban dayandı.

-     Mənə rəhmin gəlsin, - deyə ilan fışıldayaraq dilə gəldi, - məni xilas et, odun içindən çıxar!

Çoban yan-yörəsinə baxdı, bir ağac götürüb ilana uzatdı. О ağacla sürünüb çobanın qoluna, sonra isə boynuna dolandı.

-     Sən neynirsən! - deyə çoban qışqırdı. - Mən səni xilas etdim, sən isə məni boğub öldürmək istəyirsən!

-     Narahat olma, - deyə ilan fışıldadı, - mən sənə zərər toxundurmaq istəmirəm. Sadəcə mənim evim uzaqdadır, səni isə bilmirəm harda tapım. Sənin yaxşılığının əvəzini vermək istəyirəm. Zəhmət olmasa, məni atamın evinə, ilanlar şahının yanına apar.

-     Mən səni apara bilmərəm, - çoban razı olmadı. -Qoyunlarım başsız qalacaqlar. Onlar axı hərə bir tərəfə dağılışacaqlar!

-     Qoyunlarının dərdini çəkmə, mənim xidmətçilərim onlara göz-qulaq olarlar.

-     Yaxşı, sən deyən olsun, - deyə çoban razılaşdı.

Çoban boynunda ilanla az getdi, çox getdi, dərə-təpə düz getdi, gəlib canlı ilanlardan hörülmüş darvazaya çatdı. Onlar darvazaya yaxınlaşdılar, ilan bir fit çaldı qapılar dərhal açıldı. İlan çobana dedi:

-     Biz saraya girən kimi, atam sənə gümüş, qızıl, ləl-cəvahirat təklif edəcək. Amma sən hər şeydən imtinа et. Ondan yalnız heyvanların dilini başa düşmək qabiliyyətini istə. О dərhal razı olmayacaq, amma sonunda verəcək.

Onlar saraya daxil olan kimi ilanlar şahı ağladı və qızından soruşdu:

-     Bu qədər vaxtı harda qalmışdın, qızım?

İlan atasına hər şeyi yerbəyer danışdı: alovun onu necə əhatə etməsini də, çobanın onu necə xilas etməsini də. İlanlar şahı çobana dedi:

-     Yaxşılığının əvəzini necə ödəyə bilərəm? Çoban ilanlar şahına qızının öyrətdiyi kimi cavab verdi:

-     Mənə heç nə lazım deyil, yalnız heyvanların dilini anlamaq qabiliyyətini istəyirəm.

-     Yox, - deyə ilanlar şahı etiraz etdi, - belə qabiliyyət sənə xoşbəxtlik gətirməyəcək. Sən bu qabiliyyətə sahib olsan və bunu bir başqasına desən, dərhal öləcəksən. Yaxşısı budur, başqa şey istə.

-     Yaxşılığımın əvəzini yalnız belə verə bilərsən, əgər vermək istəmirsən, onda sən sağ, mən salamat, mənə başqa heç nə lazım deyil! - bu sözləri deyən çoban çevrilib uzaqlaşmaq istədi.

Şah onu səslədi:

-     Dayan! Yaxın gəl! Belə inad edirsənsə, ağzını aç. Çoban belə də etdi və ilanlar şahı onun ağzına bir stəkan su tökdü. Sonra dedi:

-     İndi qulağını mənə tut.

Çoban qulağını şaha çevirdi və şah əsrarəngiz bir qabdan onun qulağına hava buraxdı.

Axırda ilanlar şahı dedi:

-     İndi sən heyvanların dilini anlamaq qabiliyyətinə maliksən. Yolun açıq olsun, amma bax, bu sirri kimsəyə söyləmə. Əgər desən, özündən küs, dərhal öləcəksən.

Çoban getdi. Meşə ilə gedir, quşların, heyvanların, digər məxluqatın bütün dediklərini eşidir və anlayırdı. Çoban qoyunlarının yanına qayıtdı, onları saydı. Qoyunlar sakitcə uzanmışdılar, çoban da bir az dincəlmək istədi. Amma uzanmağa macal tapmamış iki qarğa gəlib ağaca qondu və öz dillərində danışmağa başladılar:

-     Qulaq as, dostum! Bilirsən ki, qara quzunun yatdığı yerdə zirzəmi qazılıb, zirzəmidə isə qızıl-gümüş var!

Bunu eşidən çoban qonşusunun yanına getdi və eşitdiklərini danışdı. Qonşusu çobana inandı - axı о heç vaxt yalan danışmamışdı. Onlar birlikdə qazıb zirzəminin qapısını tapdılar və xəzinəni evə apardılar. Qonşu da düzgün insan idi və bütün xəzinəni çobana verdi.

-     Bütün xəzinəni özünə götür, - dedi qonşu. - О sənə daha çox lazımdır. Özünə ev tik, evlən və firavan yaşa. Vaxt gələr mənə də köməyin dəyər.

Çoban xəzinəni götürdü, özünə ev tikdi, evləndi və xoşbəxt yaşamağa başladı. Tezliklə о nəinki öz kəndində, hətta öz ölkəsində ən varlı adama çevrildi. Çobanlar onun qoyunlarını, inəklərini, donuzlarını otarır, mehtərlər onun atlarına baxırdılar. Çoban da vaxtaşırı gah ağıllara, gah da tövlələrə baş çəkirdi. Amma ən çox о meşədə gəzməyi sevirdi.

Bir gün, böyük bir bayram ərəfəsində, çoban arvadına dedi:

-     Şərab və yemək tədarükü gör, sabah çobanlara aparaq, qoy onlar da şənlənsinlər.

Arvadı belə də etdi. Səhər onlar xutora yola düşdülər, axşam isə ağa çobanlara dedi:

-     Yeyin, için, şənlənin, mən isə bütün gecəni sürünün keşiyini çəkəcəm.

Çobanlar ağalarının bu istəyinə təəccüblənsələr də, dincəlmək istədiklərindən bir söz demədilər. Təşəkkür edib ordan uzaqlaşdılar. Gecənin bir yarısı canavarlar ulaşmağa, itlər hürüşməyə başladılar. Çoban qulaq verdi.

-     Gəlib qoyun-quzudan yeyə bilərik? - deyə cana­varlar soruşurdular. - Biz sizə də bir şey saxlayarıq!

-     Gəlin, biz də sizə qoşularıq, - deyə itlər cavab verdi.

Yalnız bir qoca köpək, elə qoca ki, ağzında ancaq iki dişi qalmışdı, hürməyə başladı:

-     Nahaq yalan deyirsiz. Ağzımda hələ ki, iki dişim qalıb, qoymaram ağamıza ziyan verəsiniz.

Sübh açılar-açılmaz, ağa qoca köpəkdən başqa bütün itləri qovmağı əmr etdi.

Çobanlar əvvəlkindən də çox təəccübləndilər və ağalarını dilə tutmağa çalışdılar:

-     Allah köməyin olsun, ağa! Axı yazıqdırlar! Yaxşı itlərdir!

Amma ağa öz dediyində durmuşdu:

-     Necə deyirəm, elə də edin! - və arvadı ilə evinə qayıtdı.

Onlar geriyə atla qayıdırdılar: ər ayğırla, qadın isə madyanla. Ayğır qabaqda gedirdi, madyan isə geri qalırdı. Ayğır kişnədi və madyana dedi:

-     Bir az cəld ol! Niyə geri qalırsan?

-     Sənə nə var ki, - deyə madyan cavab verdi, - sən ancaq ağamızı aparırsan, mən isə üçünü:

xanımı, xanımın uşağını, bir də öz balamı.

Bunu eşidən ər, geri çevrildi və gülməyə başladı, arvad gördü ki, əri gülür, madyanı ona yaxınlaşdırdı və onun nəyə güldüyünü soruşdu. Ər cavab verdi:

-     Heç, elə-belə.

Amma arvadı ona inanmadı və nəyə güldüyünü soruşaraq ondan əl çəkmədi.

-     Ay arvad, sənə nə olub? Heç özüm də bilmirəm nəyə gülürəm. - dedi ər.

Amma о inad etdikcə arvadı daha da təkid edirdi. Nəhayət ər dedi:

-     Əgər sənə desəm, о dəqiqə öləcəm.

Amma arvadı yenə də ona inanmadı və gülüşünün səbəbini söyləmək üçün hey təkid edirdi! Bu minvalla gəlib evə çatdılar. Ər dərhal bir tabut sifariş verdi və tabut hazır olan kimi onu evin qarşısına qoydu.

-     İndi gedib tabuta uzanacam, - dedi о arvadına,-nəyə güldüyümü sənə deyib о dəqiqə öləcəm.

О gedib tabuta girdi və son dəfə ətrafa baxdı. Bu vaxt vəfalı köpək sürüdən aralandı və qaçlb gəldi, ağasının baş tərəfində oturub ağlamağa başladı. Bunu görən ər arvadına dedi:

-     Bir parça çörək gətir, itə ver.

Arvad çörək gətirdi və itə atdı. Amma it çörəyə baxmadı belə. Bu vaxt bir xoruz gəldi və çörəyi dimdikləməyə başladı. Köpək xoruza dedi:

-     Heç utanırsan? Sən ancaq qarnını fikirləşirsən. Görmürsən ağamız ölməyə hazırlaşır?

Amma о heç vaxt heç bir heyvanı, heç bir quşu incitməyib.

-     Ölmək istəyir, qoy ölsün, ağlı yoxdur, ona görə, -dedi xoruz. - Mənim yüz arvadım var,

hamısının  da öhdəsindən gəlirəm. Amma о bir arvadın əlində qalıb, öhdəsindən gələ bilmir.

Bunu eşidən ərin qanı qaraldı və о xəcalət çəkdi. Axı xoruz səfeh quş olsa da, düz deyirdi! Xoşbəxtlikdən ərini tabutda görən arvad qorxdu və onu tərpətməyə başladı:

-     Əzizim, ayağa dur! Demək istəmirsən, demə! Lazım deyil. İndi biz oğlumuzu

fikirləşməliyik! - deyə arvad ağlamağa başladı.

Ər gülümsədi və tabutdan qalxdı.

Onlar birlikdə xoşbəxt və uzun ömür sürdülər. Güclü və sağlam bir oğulları oldu, valideynlərinə sevinc gətirdi. Arvadı isə bir daha ərinin nəyə güldüyünü soruşmadı.

Oxunub 8281 dəfə