YARMARKA SƏFƏRİ
YARMARKA SƏFƏRİ
Fin nağılı
ünlərin birində Xyolmyolı kəndindən olan kəndlilər şəhərə səfərə çıxdılar. Yol çox uzun idi və onlar bir evdə gecələməli oldular. Atları açıb yedirtdilər, səhərisi gün heç bir şeyi dəyişik salmamaq üçün - Xyolmyolı kəndinin sakinləri çox unutqan idilər, - kirşələrinin dişlərini şəhər tərəfə çevirdilər.
Təsadüfən ordan bir yolçu keçməli oldu. О zarafatla kirşələri geri çevirdi.
Səhər yuxudan oyanan kəndlilər atlarını qoşdular və tələsik yola düşdülər.
Az getdilər, çox getdilər, bir xeyli yol qət etdilər. Birdən bir qoca dedi:
- Вах, biz sanki dünən burdan keçmişik.
- Yer üzündə bir-birinə bənzəyən yerlər çoxdur, - deyə ona cavab
verdilər.
Kəndlilər meşənin içinə girdilər, qoca yenə qışqırdı:
- Bu kənd necə də bizim kəndimizə bənzəyir!
- Bütün kəndlər eynidir, - deyə cavab gəldi.
Qoca yenə qışqırdı:
- Bu mənim evim deyil ki?
- Sən nə danışırsan? - deyə kimsə güldü. - Sənin evin çox uzaqlarda
qaldı.
Qocanın arvadı isə ərinin səsini eşidib evdən çölə çıxdı.
- Bu qadın da sanki mənim arvadımdır, - deyə qoca quruyub qaldı.
Qarı onlara yaxınlaşanda hamı başa düşdü ki, doğrudan da gəlib doğma kəndlərinə çıxıblar! Çox təəccüblü iş idi!