ALYONKA
ALYONKA
Belorus nağılı
iri vardı, biri yoxdu, bir baba ilə bir nənə var idi. Onların Alyonka adlı bir qızları var idi. Lakin qonşulardan heç kim onu öz adı ilə çağırmırdı, hamı ona Gicitkən kəpənəyi deyərdi. "Bax, - deyərdilər, - Gicitkən kəpənəyi Boz atı otarmağa apardı". "Bax, Gicitkən kəpənəyi Lıska ilə göbələk yığmağa getdi". Alyonka yalnız bunu eşidirdi: Gicitkən kəpənəyi, Gicitkən kəpənəyi...
Bir gün о evə gəlib anasına şikayətləndi:
- Niyə, anacan, heç kim məni öz adımla çağırmır?
Anası köksünü ötürüb dedi:
- Ona görə ki, sən bizim gözümüzün ağı-qarası, bircə qızımızsan, nə qardaşın var, nə də bacın. Sən də çəpərin dibində bitən gicitkən kimi böyümüsən.
- Bəs mənim bacı-qardaşlarım hardadır?
- Sənin heç bacın olmayıb, - dedi anası, - bu doğrudur, amma sənin üç qardaşın olub.
- Anacan, bəs onlar hardadır?
- Kim bilir. Sən hələ beşikdə ikən onlar od püskürən ilanlarla - smoklarla - vuruşmağa, insanlara, özlərinə xoşbəxtlik aramağa gediblər. О vaxtdan bəri də onlardan bir soraq yoxdur...
- Anacan, mən onları axtarmağa gedəcəm, istəmirəm mənə Gicitkən kəpənəyi desinlər!
Ata-anası onu nə qədər dilə tutsalar da, Alyonka fikrindən dönmədi.
Onda anası dedi:
- Səni tək buraxa bilmərəm, belə uzaq yola tək çıxmaqçün hələ çox balacasan. Boz atı qoş, onunla get. Boz at yaşlıdır, ağıllıdır, о səni qardaşlarının yanına aparar. Amma, bax ha, qardaşlarını tapana qədər heç yerdə durma, gecə-gündüz bilmədən get!
Alyonka Boz atı qoşub, bir az çörək götürüb yola düşdü.
Kənddən təzəcə çıxmışdı ki, nə görsə yaxşıdır, onların yaşlı iti Lıska arabanın arxasmca qaçır. Alyonka onu geri qaytarmaq istəsə də, fikrini dəyişdi, qoy gəlsin, yolda darıxmaram.
Az getdilər, düz getdilər, dərə-təpə düz getdilər, bir yolayrıcına çatdılar. Boz at dayandı, arxaya baxmağa başladı. Alyonka ondan soruşdu:
- Kişnə, kişnə, mənim atım,
Söylə, söylə mənә Boz at,
De, hansı yolla mən gedim,
Qardaşlarım de hardadır?
Boz at başını qaldırdı, kişnədi, sol tərəfə gedən yolu göstərdi. Alyonka onun başını buraxdı. Güllü çəmənlərdən, qalın meşələrdən keçdilər. Qaş qaralanda six meşəliyə gəlib çatdılar. Baxanda gördülər ki, yolun kənarında bir koma durub. Alyona komaya yaxınlaşan kimi, ordan qozbel, bir dəri, bir sümük, uzun burnu olan bir qarı çıxdı. Qarı Alyonkanı saxladı və dedi:
- Ey ağılsız qız, gecənin bu vaxtı hara gedirsən? Qorxmursan, səni canavarlar yeyərlər!
Gecəni mənim evimdə keçir, səhər sübh açılan kinıi yola düşərsən.
Bunu eşidən Lıska astadan hürməyə başladı:
Hav, hav!
Ananın sözünə bax,
Heç yerdə gecələmə,
Hav, hav!
Qarının üzünə bax,
Küpəgirən Barabax,
Sənə zərər yetirər!
Amma Alyonka Lıskanın sözünə baxmadı, komada gecələməyə qaldı.
Küpəgirən Barabax Alyonkadan hardan gəlib hara getdiyini soruşdu. Alyonka da ona hər şeyi danışdı. Küpəgirən sevincindən yerindən hoppandı: Yəqin Alyonkanın qardaşları onun bütün qohum-əqrəbasını о biri dünyaya göndərən həmin pəhləvanlardır. İndi qardaşlardan hayıfını almaq üçün əlinə yaxşı fürsət düşmüşdü...
Səhərisi gün küpəgirən toya gedirmiş kimi bəzəndi-düzəndi, amma Alyonkanın bütün paltarlarını gizlədib onu oyatmağa başladı:
- Qalx, gedək qardaşlarını axtaraq!
Alyonka durdu, gördü paltarları yoxdur...
- Bəs mən necə gedim? - deyə Alyonka soruşdu.
Qarı ona dilənçi paltarlarına oxşayan cır-cındır gətirdi:
- Al gey, - dedi o, - bu paltarlar da sənə çox yaraşacaq.
Alyonka geyindi və Boz atı qoşmağa getdi.
Küpəgirən bir bıçaq və həvəng dəstəsi götürdü, özü pani* kimi arabada, Alyonkanı isə arabaçı yerinə oturtdu.
Onlar yolla gedir, Lıska arabanın yanı ilə qaçır, yavaş-yavaş hürürdü:
- Hav, hav!
Ananın sözünə baxmadın!
Komada gecələdin!
Hav, hav!
Küpəgirən Barabax,
Pani kimi oturub,
Sənə isə Alyonka
Gürzə kimi baxır...
Küpəgirən Barabax bunu eşitdi, həvəng dəstəsini götürüb Lıskaya atdı. Lıska vəngildədi - küpəgirən qarı onun ayağını qırmışdı.
Alyonka ağlamağa başladı:
- Zavallı, yazıq, Lıska, indi necə qaçacaqsan!
- Mumla, - deyə küpəgirən ona hədə-qorxu gəldi, - yoxsa səni də onun gününə salaram!
Onlar yollarına davam edir, Lıska isə üç ayaqla dallarınca qaçırdı. Onlar yeni bir yolayrıcına çatdılar. Boz at durdu, Alyonka ondan soruşdu:
- Kişnə, kişnə, mənim atım,
Söylə, söylə mənə Boz at,
De, hansı yolla mən gedim,
Qardaşlarım de hardadır?
Boz at kişnədi, sağ tərəfə gedən yolu göstərdi.
Onlar bütün gecəni qalın meşənin içi ilə, sağ tərəfə gedən yolla getdilər. Səhərin gözü açılmamış bir çəmənliyə çatdılar. Baxıb gördülər ki, qarşılarında ipək alaçıq qurulub, alaçığın yanında isə üç at ot otlayır. Boz at sevinclə kişnədi və küpəgirənlə Alyonkanı alaçığın yanına apardı.
Alyonka sevindi:
- Yəqin mənim qardaşlarım burda yaşayır!
Küpəgirən qarı acıqla fınxırdı:
- Yaxşısı budur, ağzını yum! Burda sənin yox, mənim qardaşlarım yaşayır!
Onlar alaçığa çatdılar. Ordan üç boylu-buxunlu igid oğlan çıxdı, onlar bir-birilərinə elə oxşayırdılar ki, sanki bir-birilərinin əksi idilər.
Küpəgirən arabadan endi və onların yanına getdi:
- Əziz qardaşlarımın kefi necədir! Mənsə sizi axtarmaq üçün hər yanı ələk-vələk etmişəm, yorulub əldən düşmüşəm...
- Deməli bizim kiçik bacımız sənsən? - deyə pəhləvan qardaşlar soruşdular.
- Hə, əlbəttə mənəm, - dedi küpəgirən, - mən sizin doğma bacınızam...
Qardaşlar özlərini bacılarının üstünə atdılar, onu əzizləməyə, gözlərindən öpməyə, əlləri üstə gəzdirməyə başladılar. Elə sevinirdilər ki, gəl görəsən!
- Gör ha, - deyə onlar təəccüblənirdilər, - gör biz neçə vaxtdır savaşırıq: bu vaxt ərzində
bizim bacımız nəinki böyüməyə, hətta qocalmağa da macal tapıb... Amma eybi yoxdur, biz bütün düşmənlərimizin öhdəsindən gəlmişik, yalnız Küpəgirən Barabaxdan başqa. Onu da tapan kimi yandırıb külünü göyə sovurarıq, sonra evimizə qayıdarıq.
Bunu eşidən küpəgirən istehza ilə qımışdı: görərik, hələ kim kimi yandıracaq!..
- Bəs səninlə gələn bu balaca qızcığaz kimdir, bacıcan? - deyə böyük qardaş soruşdu.
- Hə bu qız mənə qulluq edir, - deyə Küpəgirən Barabax cavab verdi. - О indi mənim arabamı sürür və atımı yemləyir.
- Yaxşı, - dedilər qardaşlar, - onda qoy bizim atlarımızı da otarsın.
Küpəgirən çevrilib Alyonkanın üstünə çımxırdı:
- Nə oturmusan, Boz atı aç, otarmağa apar!
Alyonka ağladı, Boz atı açmağa başladı. Qardaşlar isə Küpəgirən Barabaxı əllərinin üstündə alaçığa apardılar, onu yedizdirməyə-içizdirməyə başladılar.
Küpəgirən Barabax yeyir-içir, özü isə fikirləşirdi: "Qardaşlar yuxuya gedən kimi, onların başını kəsəcəm..."
Bu vaxt Alyonka çəmənlikdə, atların yanında oturub ağlaya-ağlaya belə oxuyurdu:
- Canım Günəş, gözüm Günəş!
Canım Torpaq, gözüm Torpaq,
Tərtəmiz şeh damlaları,
Söyləyin anam hardadır,
İndi mənsiz nə haldadır?
Günəş və Torpaq ona belə cavab verdilər:
- Xalçalar toxuyur o,
Xalçalara qızıl sapla naxış vurur
Naxış vurur, qızı Alyonka ilə
Oğullarının yolunu gözləyir...
Kiçik qardaş alaçıqdan çölə çıxdı və mahnıya qulaq asmağa başladı.
Alaçığa girib dedi:
- Bilirsən bacı, bilirsiz qardaşlarım, balaca qızcığaz çəmənlikdə mahnı oxuyur, sanki kiçik
bir quşcuğaz civildəşir. Elə yanıqlı oxuyur ki, az qalır adamm ürəyi partlasm.
- Hə, о mənim qulluqçumdur, - deyir Küpəgirən Barabax. - О bütün biclikləri bilir, amma çox tənbəldir.
Bu vaxt ortancıl qardaş küpəgirənin etirazma baxmayaraq, qıza qulaq asmağa getdi.
О Alyonkanın yanıqlı mahnısına qulaq asdı, sonra isə Lıskanın hürməyini eşitdi:
- Hav, hav!
Küpəgirən Barabax
Alaçıqda oturub,
Özgə qardaşlarına
İlan kimi baxır,
Ləzzətlə yeyir-içir,
Kefi də sazdır,
Doğmaca bacı isə
Göz yaşları axıdır...
Ortancıl qardaş alaçığa qayıtdı və böyük qardaşa dedi:
- Sən də get, qulaq as!
Böyük qardaş da getdi, ortancıl qardaş isə xəlvəti Küpəgirən Barabaxa göz yetirirdi.
Böyük qardaş da Alyonkanın mahnısına, Lıskanın Küpəgirən Barabax haqqında söylədiklərinə qulaq asdı və hər şeyi başa düşdü.
Tez Alyonkanın yanına gəlib əlindən tutdu və alaçığa gətirdi.
- Bizim əsl bacımız, - dedi о qardaşlarına, - bax budur! Bu yalançı isə Küpəgirən
Barabaxdır!
Qardaşlar böyük tonqal qalayıb Küpəgirən Barabaxı oda atıb yandırdılar, külünü isə göyə sovur-dular. Sonra alaçıqlarını söküb, şad-xürrəm Alyonka ilə birlikdə öz yaşlı ata-analarının yanına qayıtdılar.