Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 22 Noyabr 2011 13:12

Vəfalı at

 VƏFALI AT

b
iri var idi, biri yox idi, keçmiş zamanlarda bir padşah var idi. Bu padşahın üç oğlu var idi. Çarx hərləndi, günlərin birində əcəl padşahı haqladı. О can verən zaman oğlanlarının üçünü də çağırıb dedi:

- Oğlanlarım, mənim sizə iki vəsiyyətim var. Bu vəsiyyətlərə əməl etməsəniz, başınız çox bəlalar çəkəcək. Vəsiyyətimin biri budur: şikara gedəndə üçünüz də bir yerdə gedin. İkinci vəsiyyətim: ağac dibində, divar dibində və meşə arasında olan çəməndə yatmayın.

Padşah sözünü tamam eləyib, canını oğlanlarına tapşırdı. Oğlanlar atalarını kəfn-dəfn eləyib basdırdılar. Qırx gün, qırx gecə el adəti ilə ona yas saxladılar. Gözlərinin yaşı quruyandan sonra böyük qardaş dedi:

- Gəlin şikara çıxaq, qəmimiz bir az dağılsın.

Hər üçü nizə, ox, kəmənd, əmud götürüb atlara süvar oldular, bizənhabizən ova çıxdılar. Axşama kimi ovlayıb quşladılar. Axşam meşə arasında olan bir çəmənliyə çıxdılar. Böyük qardaş dedi:

- Bu gecə burada qalaq.

Kiçik qardaş Məlik Məhəmməd dedi:

- Yox, gedək. Atamız vəsiyyət eləyib ki, meşə arasında olan çəmənlikdə yatmayın.

Qardaşlar onun sözünə fıkir vermədilər, atdan düşüb çəmənlikdə qalası oldular. Qardaşlar yatan zaman Məlik Məhəmməd öz-özünə dedi: "Atam havayı yerə vəsiyyət eləməyib. Mən yatmayıb bu gecə keşik çəkəcəyəm. rum burada nə var, nə hadisə olacaq?.."

Oğlan о gecə yatmayıb keşik çəkdi. Gecədən xeyli keçmiş bir də gördü, budu, bir div gəlir, buynuzlarının hər biri bir çinar. Məlik Məhəmməd gözlədi, div lap yaxına gələndə qılıncı onun təpəsinə elə vurdu ki, divin beyni xaşxaş kimi ovulub yerə töküldü.

Bəli, sabah açıldı, qardaşlar durub yollarına davam etdilər. Qaş qaralana qədər gəzib dolandılar. Yatmaq məqamı gələndə qardaşlar ha axtardılar, münasib yer tapmadılar ki, tapmadılar. Axırda gəlib bir divar dibində dayandılar. Böyük qardaş dedi:

- Bura daldadı, burda qalaq.

Məlik Məhəmməd dedi:

- Atamız vəsiyyət eləyib ki, divar dibində qalmayın.

Böyük qardaş dedi:

- Hər vəsiyyətə inanmazlar. Divar dibində bizə nə olacaq?

Yenə də kiçik qardaşın sözünə baxmadılar, orada qalası oldular. Qardaşlar yıxılıb yatdılar. Təkcə Məlik Məhəmməd oyaq qaldı. Məlik Məhəmməd yenə fıkirləşdi: "Atam havayı yerə vəsiyyət eləməyib. Yəqin burada bir iş var. Yatmayım, görüm nə olacaq?" Bu fıkirlə də о yatmayıb keşik çəkdi. Gecənin bir aləmində bir də gördü, budu, bir div yeddi dəyirman daşını bir yekə ağacın başına keçirib, onlara tərəf gəlir. Div divarın dibindən keçmək istəyəndə Məlik Məhəmməd onun başına bir qılınc vurub öldürdü. Bundan da salamat qurtardılar.

Səhəri eləyib, yola düşdülər. Üçüncü gün axşamtərəfı gəlib bir meşəyə çatdılar. Qaranlıq düşdü, qardaşlar meşədən bir yana çıxa bilmədilər. Böyük qardaş dedi:

- Burda qalaq.

Kiçik qardaş dedi:

- Atamız vəsiyyət eləyib ki, meşə arasında qalmayın.

Böyük qardaş dedi:

- İki yerdə qaldıq, bizə heç nə olmadı. Burda da olmayacaq. Yıxılın yatın.

Hər iki qardaş yıxılıb yatdılar, amma Məlik Məhəmməd barmağını yarıb içinə duz doldurdu, yatmayıb qardaşlarının keşiyini çəkdi. Yenə də gecənin bir aləmində gördü bir nəhəng div gəlir ki, Məlik Məhəmməd ömründə belə eybəcər div görməyib. O, özünə ürək-dirək verib dayandı. Div Məlik Məhəmmədə çatmamış dedi:

- Ey Məlik Məhəmməd, hardasansa çıx. Mənim iki qardaşımı öldürüb ürəyimə dağ çəkmisən. Səni tikə-tikə eləməsəm, anamın südü mənə haram olsun.

Məlik Məhəmməd gizlindən çıxıb dedi:

- Ey məlun div, əlindən gələni beş qaba çək. Bu meydan, bu şeytan.

Div əmuda əl atmaq istəyəndə, Məlik Məhəmməd fürsəti ona vermədi, cəld qılıncı çəkdi, onun başına elə çırpdı ki, qılınc iki qarış onun başına işlədi, div ağır yaralandı. Əli boşaldı, qaça-qaça Məlik Məhəmmədə dedi:

- Ey Məlik Məhəmməd, bil, agah ol, filan dağın dalında bir quyu var. О quyuda çoxlu ləl-cavahirat var. Get apar, halalın olsun!

Səhər açıldı, üstünüzə xoş səhərlər açılsm, Məlik Məhəmməd üç gecədə başına gələn əhvalatları, divləri öldürdüyünü qardaşlarma söyləyib dedi:

- Üçüncü qardaş divi də yaraladım, о dedi ki, filan dağda bir quyu var. О quyuda çoxlu ləl-cavahirat var. İndi gəlin, о dağa gedək, doğru olar - ləl-cavahiratı apararıq. Olmaz, qayıdıb evimizə gedərik.

Qardaşlar atalarına rəhmət oxudular. Bir-birinə qoşulub düz həmin dağa getdilər. Gəzib, dolanıb quyunu tapdılar. Quyuya girmək üstündə mübahisələri düşdü. Heç biri ürək eləyib quyuya düşmək istəmirdi. Axırda Məlik Məhəmməd dedi:

- Məni sallayın.

Qardaşlar Məlik Məhəmmədi quyuya salladılar. O, gördü ki, bu quyuda о qədər ləl-cavahirat, almaz, yaqut və başqa qiymətli daşlar var ki, dərə-təpələrdə çınqılların sayı var, onların sayı yoxdur. Bu ləl-cavahiratı, almazı və başqa daşları kəndirlə yuxarı çəkdirdi. Quyunun dibini gəzəndə gördü burada üç nazənin-sənəmi saçından asıblar. Məlik Məhəmməd qızları açıb yerə qoydu. Kiçik qızla əhd-peyman eləyəndən sonra onları da kəndirlə quyudan bayıra çəkdirdi. Quyunun dibində tək qaldı. Qardaşlar bir-birinə dedilər:

- Məlik Məhəmməd çıxsa, bütün bu var-dövlətə, ləl-cavahirata sahib duracaq. Yaxşısı budur, onu quyuda qoyaq, ölüb başımızdan rədd olsun, var-dövlətə də özümüz sahib olaq.

Belə də elədilər. Məlik Məhəmmədi quyuda qoyub yuxarı çəkmədilər. Qırx dəvə gətirdilər. Bütün xəzinəni dəvələrə yüklədilər, qızları da götürüb saraylarına getdilər.

Məlik Məhəmməd bildi ki, qardaşları onu quyunun dibində qoyub gediblər. O, quyunun dibi ilə getməyə başladı. Qırx gün, qırx gecə yol getdi, axırda bir şəhərə çıxdı. Gəzə-gəzə bir tacir dükanının qabağına gəldi. Tacirə dedi:

- Məni nökər saxlayarsanmı?

Tacir dedi:

- Əlindən nə iş gəlir?

Məlik Məhəmməd dedi:

- Mehtərlik.

Tacirin bir yaxşı atı var idi, amma mehtəri yox idi. O, elə çoxdan mehtər axtarırdı. Çox şad oldu. Oğlanı mehtərliyə götürdü. Məlik Məhəmməd tacirin at ın a çox yaxşı baxırdı. Vaxtlı-vaxtında yeməyini, arpasını verirdi, tumarlayırdı, suya aparırdı. Bir gün atı suya aparanda tacirin arvadı ona diqqətlə baxdı. Gördü ki, doğrudan da eyibsiz oğlandır. Bir könüldən min könülə ona aşiq oldu. Ürəyinə od düşdü, Məlik Məhəmmədin dərdindən nə gündüz səbri, nə gecə qərarı qaldı. Bir neçə gün belə gəlib keçdi. Bir gün xanım Məlik Məhəmmədi yanına çağırıb dedi:

- Oğlan, səndən ötrü ölürəm, gərək mənim olasan.

Tacirin arvadı nə qədər təkid elədisə, Məlik Məhəmməd razı olmadı. Axırda tacirin arvadının ona acığı tutdu, öz-özünə dedi: "Yaxşı Məlik Məhəmməd, sənnən mənimki qalsın sonraya. Son bu dünyada yaşasan, öyünərsən." Arvad axtarıb bir küp qarısı tapdı. Qarının ovcuna bir çəngə qızıl basıb dedi:

- Qarı nənə, imanına qurban olum, bizim bu nökəri öldür.

Qarı dedi:

- Qarı nənən qadanı alsın, onu öldürməyə nə var ki? Onu elə yerə göndərmək lazımdır ki, hər tikəsi bir quşun ağzında getsin.

Tacirin arvadı dedi:

- Qarı nənə, mən onu hara göndərim ki, gözümün qabağından rədd olub getsin?

Qan dedi:

- Ərinə deyərsən, elə otaq tikdirər ki, divarları min bir rəngə çalar. İçəri girəndə elə bilərsən, cənnətə girmisən. Məlik Məhəmmədi göndərər, ustasını tapar. Тара bilməyəcək, ölüb qurd-quşa yem olacaq.

Tacirin arvadı qarıya bir çəngə də qızıl verib yola saldı, düz ərinin yanına gəlib dedi:

- Ay kişi, gərək elə bir otaq tikdirəsən ki, divarları min bir rəngə çala, içəri girəndə elə biləsən ki, cənnətə girirsən. Belə otaq tikdirməsən, səndən boşanaram.

Tacir arvadından bərk qorxurdu. Əvvəldən cilovunu arvadın əlinə vermişdi. Qdur ki, çarəsi kəsilib dedi:

- Ay arvad, mən elə ustanı haradan tapım ki, son deyən otağı tikə bilsin? Elə söz danış ki, ağıl kəsən olsun.

Arvad dedi:

- Uzun danışma. Ustanın yerini Məlik Məhəmməd bilir, göndərərsən, gətirər.

Tacir Məlik Məhəmmədi yanına çağırıb dedi:

- Məlik Məhəmməd, elə bir ev tikdirmək istəyirəm ki, divarları min bir rəngə çalsın. İçinə girən elə bilsin cənnətə girir. Deyirlər, bunun ustasını ancaq son tapıb gətirə bilərsən. Gərək gedib tapasan.

Məlik Məhəmməd barmağını dişlədi, bildi ki, bunun arğacı arvadından keçib, dedi:

- Tacir ağa, insafsızlıq eləmə. Mən qərib adamam. Sən dediyin evi tikən ustanı haradan tapa bilərəm? Həm də elə qəribə evi tikən usta olmaz.

Tacir dedi:

- Uzun danışma, get ustanı tap gətir. Yoxsa səni tikə-tikə doğradaram.

Məlik Məhəmməd bir söz demədi. Bikef, məlul atın yanına gəldi. Kefı pəjmürdə olduğundan ata yem, arpa vermək yadmdan çıxdı. Axurun böyründə bikef əyləşdi. At onu bu halətdə gördükdə insan kimi dil açıb dedi:

- Ey Məlik Məhəmməd, bu gün mənə niyə yem vermirsən? Mən səndə heç bu haləti görməmişdim.

Məlik Məhəmməd yuxudan ayılan kimi yerindən dik sıçrayıb dedi:

- Ey at, məni bağışla, fikrim dağınıq olduğundan sənə yem vermək yadımdan çıxıb.

Yemi gətirib atın qabağına qoydu. At dilini də yemə vurmayıb dedi:

- Ey Məlik Məhəmməd, İndi de görüm niyə bikefsən? Niyə fikrin dağınıqdır?

Məlik Məhəmməd dedi:

- Bir az xəstələnmişəm. Ayrı iş yoxdu.

At dedi:

- Ey Məlik Məhəmməd, kefsizliyinin səbəbini mənə deməsən, and olsun anamın südünə, yemə dilimi də vurmayacağam. Özüm də baş götürüb gedəcəyəm.

Məlik Məhəmməd dedi:

- Ey at, ürəyini xarab eləmək istəmirdim. Tacir mənə deyir ki, bir usta taparsan, mənə elə bir ev tiksin ki, divarları min rəngə çalsın, içəri girən elə bilsin cənnətə girib.

At dedi:

- Ey Məlik Məhəmməd, onun çarəsini mən sənə deyərəm, gedib elə usta gətirərsən. Heç qəm yemə. Sən tacirə deyərsən ki, atını ver minim, gedib ustanı tapıb gətirim.

Məlik Məhəmməd tacirin yanına gəlib dedi:

- Usta uzaq yerdədi, atı ver, gedim gətirim.

Tacir dedi:

- Verdim, min get.

Məlik Məhəmməd düz atın уаnınа gəldi. At onu görən kimi dedi:

- oldu?

Məlik Məhəmməd dedi:

- Verdi.

At dedi:

- Yolçu yolda gərək.

Məlik Məhəmməd atı bayıra çəkib süvar oldu. At yelə dönüb, onu bir xaraba qəbiristanlığa çıxartdı, yeddi qəbir keçdi, səkkizinci qəbrə çatanda dedi:

- Məlik Məhəmməd, bu qəbrə bir qamçı vur.

Məlik Məhəmməd qəbrə bir qamçı vurdu. О saat qəbir işıq saçmağa başladı. At onu öyrətdi. Məlik Məhəmməd atın öyrətdiyi kimi dedi:

- Məlik Cümşüd, tacir deyir ki, hacatlarını da götürüb gəlsin, bizim evi tiksin.

Qəbirdən səs gəldi:

- Hacatlarım içəridədi, gəl götür gedək.

At bunu eşidəndə dedi:

- Məlik Məhəmməd, qorxma,- qəbrə gir. Qabağına bir örtülü, bir açıq xalça çıxacaq. Örtülü xalçanı aç, açıq xalçanı ört. Qabağına iki qapı çıxacaq, biri açıq, о biri örtülü. Örtülü qapını açarsan, açıq qapını örtərsən. Qabağına bir at və bir it çıxacaq. Atın qabağında sümük, itin qabağında ot olacaq. Otu götürüb atın qabağına, sümüyü götürüb itin qabağına qoyarsan. Sonra bir qarıya rast gələcəksən. Qarını görəndə deyərsən: "Qarı nənə, oğlun deyir ki, hacətları versin." Qarı dişlərini itiləyəcək ki, səni yesin. Onun yanında bir dolu xurcun görəcəksən. Hacatlar о xurcundadır. Cəld xurcunu götürüb qaçarsan. Səni heç kəs tutmayacaq, qorxma.

Məlik Məhəmməd atı kənara qoyub qəbrə girdi. Qəbrin içi ilə bir qədər getdikdən sonra qabağına bir örtülü, bir də açıq xalça çıxdı. Örtülü xalçanı açdı, açıq xalçanı örtdü. Bir az gedəndən sonra qabağına bir örtülü qapı, bir açıq qapı çıxdı. Örtülü qapını açdı, açıq qapını örtdü. Sonra qabağına bir at, bir it çıxdı. Atın qabağında sümük, itin qabağında ot var idi. Sümüyü götürüb itin qabağına, otu götürüb atm qabağına qoydu. Axırda gedib bir qarıya rast gəldi, dedi:

- Qarı nənə, oğlun deyir ki, hacatları versin.

Qarı onu görəndə çox sevİndi, dişlərini itilədi kı, onu yesin. Məlik Məhəmməd onun gözündən oğurlanıb hacatlar olan xurcunu götürüb qaçdı. Qarı bunu görəndə qışqırdı:

- At, tut! At dedi:

- Niyə tutum? Sən mənim qabağıma sümük qoymuşdun. О sümüyü itin qabağına, otu da mənim qabağıma qoydu. Bu mənə yaxşılıq eləyib, yamanlıq ki eləməyib!

Qarı dedi:

- İt, tut!

İt dedi:

- Özünü ələ salmısan, yoxsa məni? Bu mənə yaxşılıqdan başqa nə eləyib ki, tutam? Mənim qabağıma ot qoymuşdun. Bu otu götürüb atın qabağına qoydu, sümüyü də mənim qabağıma. İndi xırda-xırda yeyib ona dua eləyirəm.

Qarı dedi:

- Örtülü qapı, tut!

Örtülü qapı dedi:

- Niyə tutum? Bu ki mənə yamanlıq eləməyib. Nə vaxt idi örtülü qalmışdım, bu açdı.

Qarı dedi:

- Açıq qapı, tut!

Açıq qapı dedi:

- Niyə tutum? Bu ki mənə yaxşılıq eləyib. Bacarsam, əvəzini çıxaram. Nə vaxt idi açıq qalmışdım. Bu məni örtdü, dincəldim.

Qarı dedi:

- Açıq xalça, tut!

Açıq xalça dedi:

- Ay imansız küp qarısı, niyə tuturam? Nə vaxt idi açıq qalmışdım, canıma toz dolurdu. Sənin ayağının altında canım çıxırdı. Bu örtdü, dincəldim.

Qarı dedi:

- Örtülü xalça, tut!

Örtülü xalça dedi:

- Niyə tutum? Nə vaxt idi örtülü qalmışdım. Güvə-zad daraşıb canımı didirdi. Bu açdı, dincəldim.

Heç biri Məlik Məhəmmədi tutmadı. O, qəbirdən kənara çıxdı. Hacat olan xurcunu düz atın qabağına qoydu. At dedi:

- İndi Məlik Cümşüdə xəbər ver ki, hacatları gətirdim.

Məlik Məhəmməd qəbrə üzünü tutub dedi:

- Ay Məlik Cümşüd, hacatları gətirdim. Qəbirdən səs gəldi:

- Gedək!

At dedi:

- Məlik Məhəmməd, qəbirdə olan sümükləri kənara çıxar, yerbəyer quraşdır.

Məlik Məhəmməd qəbirdəki sümükləri kənara çıxarıb yerbəyer yığdı. At dedi:

- Məlik Məhəmməd, bir balaca məni gözlə. Mən gedim dirilik suyu gətirim, ona can verim.

At yelə dönüb yox oldu. Aradan yarım saat keçməmiş geri qayıtdı. At ağzı dolu su gətirmişdi. О, suyu Məlik Cümşüdün ağzına tökdü. Məlik Cümşüd asqırıb ayağa qalxdı, dedi:

- Xoş gəlmisiniz, gedək!

Məlik Məhəmmədlə Məlik Cümşüd ata mİndilər. At onları tacirin qapısına gətirdi. Məlik Məhəmməd atı tövlədə bağladı, rahatlayıb Məlik Cümşüdlə tacirin yanına getdi, dedi:

- Ustanı gətirmişəm.

Tacir dedi:

- Evi tikdir, amma dediyim kimi olsun.

Məlik Cümşüd dedi:

- Mən evin divarlarını tikib gedəcəyəm. Üstünü özünüz örtərsiniz.

Tacir dedi:

- Yaxşı, divarlarını sən düzəlt. Üstü asandı.

Məlik Cümşüd işə başladı. Bir ay içərisində elə bir ev tikdi ki, min bir rəng verirdi. İçinə girən elə bilirdi cənnətə girib. Tacirin ağzı lap açıq qalmışdı.

Bəli, Məlik Cümşüd işini qurtardı, haqqını alıb getdi. Evin üstü açıq idi. Tacir nə qədər ağac gətirdisə, evə çatmadı. Bütün dünyaya xəbər verdi. Bu ev uzunluğunda ağac tapılmadı ki, tapılmadı. О biri tərəfdən tacirin arvadı yenə də Məlik Məhəmməddən əl çəkmirdi. Arvad qarını çağırıb dedi:

- Qarı nənə, Məlik Məhəmməd ustanı gətirdi. Sən dediyindən də yaxşı ev tikdirdi. Axı, mənim bağrıın çatladı! Nə təhər edək ki, о ölüb rədd olsun, mənim gözüm onu görməsin?

Qarı dedi:

- Ay başı küllü, evinizin üstünə ağac tapmırsınız. Ona deyin, evi tikdirdiyin kimi ağac da tapmalısan. Haradan tapacaq? Gedib gəzəcək, meşədə canavarlara yem olacaq. Sənin də gözün onu görməyəcək.

Tacir arvadı qarıya bir çəngə qızıl verib yola saldıqdan sonra ərini çağırıb dedi:

- A başı batmış, ağac axtarırsan, tapmırsan. Evi tikdirən ağacı da tapa bilər. Məlik Məhəmmədi göndər, gedib tapsın.

Tacir arvadının sözünü bəyəndi. О saat Məlik Məhəmmədi yanına çağırıb dedi:

- Gərək evin üstünə ağac tapasan.

Məlik Məhəmməd dedi:

- Ay insafsız, son bütün dünyanı gəzmisən, tapmamısan. Bəs mən haradan tapım?

Tacir dedi:

- Uzun danışma, sənə yeddi gün möhlət verirəm.

Məlik Məhəmməd bikef atın yanına gəldi. At onu qəmli görüb dedi:

- Ay vəfalı dostum, niyə bikefsən? Tacir yenə səni hara göndərmək istəyir?

Məlik Məhəmməd dedi:

- İndi də mənə deyir ki, evin üstünə. çatan ağac tapmalısan. Mən elə ağacı haradan tapım?

At dedi:

- Qəm yemə, taparıq. Qırx çubuq götür, məni min. Mən göyə qalxacağäm. Hərdən çubuğun biri ilə məni vurub, çubuğu yerə burax.

Məlik Məhəmməd qırx çubuq götürüb ata mİndi. At о saat göyə qalxdı. Məlik Məhəmməd hər dəfə çubuqların biri ilə atı vurub çubuğu уerə buraxdı. Çubuq dönüb uzun tir oldu. Belə-belə çubuqların hamısını ata vurub yerə buraxdı. Çubuqların hamısı dönüb tir oldu. At aşağı endi, Məlik Məhəmmədə dedi:

- Get tacirə xəbər ver, gəlib tirləri aparsınlar.

Məlik Məhəmməd gedib tacirə xəbər verdi. Tacir gedib tirləri gətirdi. Tacir evin üstünü örtdü. Tacirin arvadı yenə Məlik Məhəmməddən əl çəkmədi. Məlik Məhəmməd onun gözünə görünəndə elə bil ürəyinə ox dəyirdi. Onu öldürmək üçün fəndi-felə keçdi. At bunu Malik Məhəmmədə xəbər verdi. Məlik Məhəmməd dedi:

- Bəs mən nə edim?

At dedi:

- Sən tacirdən icazə al, çıx get. Tacir sənə deyəcək ki, mənə çox yaxşılıq eləmisən, əvəzində məndən nə istəyirsən? Onda deyərsən, səndən bircə atını istəyirəm. Verər, mən səni bu qaranlıq dünyadan işıqlı dünyaya çıxardaram.

Məlik Məhəmməd tacirin yanına gəlib dedi:

- Mən çoxdandır ki, sənin yanında mehtərlik edirəm. İndi ata-anamın yanına getmək istəyirəm. İzin ver, gedim.

Tacir dedi:

- Ay Məlik Məhəmməd, sən mənə çox yaxşılıq eləmisən. Əvəzində məndən nə istəyirsən?

Məlik Məhəmməd dedi:

- Səndən heç zad istəmirəm. Bircə atını mənə bağışla.

Tacir dedi:

- Atı sənə verdim, min get. Allah amanında olsun!

Məlik Məhəmməd tacirlə sağollaşdı, atm yanına gəlib dedi:

- Tacir səni mənə bağışladı. At dedi:

- Məlik Məhəmməd, о evi tikən, qəbir adamı Məlik Cümşüdə qaytardığım qəfəsi də əlinə al, belimə min, bu qaranlıq dünyadan işıqlı dünyaya çıxaq.

Məlik Məhəmməd dedi:

- Qəfəs nəyimizə lazımdır?

At dedi:

- О qəfəs sənin əlində olmasa, səni vurub yerə salarlar. Qəfəs ki əlindədi, heç kəs bizə səmt gəlməz.

Məlik Məhəmməd atı minib qəfəsi əlinə aldı. At qanad açıb havaya qalxdı. Yetmiş bir gün yol gedib, işıqlı dünyaya çıxdılar. Gethaget gəlib bir dəyirmanın qabağına gəldilər. Baxdılar ki, şeytan papağını əyri qoyub burada dayanıb. Şeytanın əlində bir tutuquşu var idi. Şeytan Məlik Məhəmmədi görən kimi sevinib dedi:

- Əlindəki qəfəsi mənə ver, bu quşu içinə qoyacağam.

Məlik Məhəmməd dedi:

- Niyə verirəm, məgər dəliyəm? Yaxşısı budur, sən quşu ver, mən qoyum qəfəsin içinə.

Şeytan dedi:

- Onda qoymayacağam gedəsən. Gərək qəfəsi mənə verəsən!

At onların bəhsini kəsmək üçün dedi:

- Dava-dalaş eləməyin. Hərəniz üç dəfə başqa dona düşün. Əgər Məlik Məhəmməd səni tapa bilməsə, qəfəsi versin sənə, sən Məlik Məhəmmədi tapa bilməsən, tutuquşunu verərsən ona.

Şeytan bu şərtə razı oldu. Əvvəl-əvvəl Məlik Məhəmməd gözlərini yumdu. Şeytan çöp olub tutuquşunun qanadının arasına girdi. Məlik Məhəmməd gözlərini açdı. О tərəf-bu tərəfə baxanda at ona dedi:

- Məlik Məhəmməd, gözlə ha, birdən quş qanadlanıb uçar.

Məlik Məhəmməd başa düşdü ki, şeytan quşun qanadının altında gizlənib, dedi:

- Ay keçəpapaq şeytan, tutuquşunun qanadının altından kənara çıx.

Şeytan kənara çıxıb dedi:

- Yaxşı, birincini tapdın. İndi ikincini tap görüm.

Məlik Məhəmməd gözlərini yumdu, şeytan dən olub tutuquşunun qabağına töküldü. Məlik Məhəmməd gözlərini açanda at ona dedi:

- Məlik Məhəmməd, tez ol tap, tutuquşunun dən yemək vaxtıdı, acdı.

Məlik Məhəmməd başa düşdü ki, şeytan dən olub tutuquşunun qabağına tökülüb, dedi:

- Ay şeytan, tutuquşunun qabağından qalx. Birdən elə bilər dənsən, səni yeyər.

Şeytan dedi:

- Yaxşı, bunu da tapdın. İndi üçüncüsünü tap.

Məlik Məhəmməd gözlərini yumdu. Şeytan bir tük olub tutuquşunun tükünə qarışdı. Məlik Məhəmməd gözlərini açanda at dedi:

- Məlik Məhəmməd, qoçağım, tüklü tutuya sahib olacaqsan, tez tap.

Məlik Məhəmməd bildi ki, şeytan tük olub quşun tükünə qarışıb, dedi:

- Şeytan qardaş, gözlərinə tük dolar. Tutuquşunun tüklərinin içindən kənara çıx.

Növbə şeytana çatdı. Şeytan gözlərini yumdu. Məlik Məhəmməd hiyləyə keçdi, başladı atılıb düşməyə. Tutuquşunun fikri buna cəlb olundu, başladı gülməyə. Onun başı gülməyə qarışanda Məlik Məhəmməd onun gözlərindən oğurlandı, bir nal olub atın ayağının altına vuruldu. Şeytan gözlərini açıb quşun üzünə baxdı ki, Məlik Məhəmmədin yerini ona bildirsin. Quş başını buladı. Şeytan о yana, bu yana baxıb dedi:

- Məlik Məhəmməd, səni tapa bilmədim, hardasan, çıx!

Məlik Məhəmməd atın ayağının altından kənara çıxdı.

Yenə şeytan gözlərini yumdu. Bu dəfə Məlik Məhəmməd başladı meymun kimi mayallaq aşmağa. Tutuquşu gülməyə başlayanda Məlik Məhəmməd onun gözlərindən oğurlanıb bir tük oldu, atının belinə yapışdı. Onu quş görmədi. Şeytan gözlərini açıb quşa baxdı ki, Məlik Məhəmmədin yerini öyrənsin. Quş başını buladı. Şeytan bərkdən dedi:

- Məlik Məhəmməd, səni tapa bilmədim, hardasan, çıx!

Məlik Məhəmməd atın belindən düşdü. Şeytan yenə gözlərini yumdu. Bu dəfə Məlik Məhəmməd ağız-gözünü əydi, gülməli oyun çıxartdı. Quş bərkdən gülüb qarnını qucaqlayanda Məlik Məhəmməd onun gözlərindən oğurlanıb, bir tel oldu, atın qabağına düşdü, quş onu görmədi. Şeytan gözlərini açıb quşun üzünə baxdı. Quş başını buladı. Şeytan başını qaşıyıb dedi:

- Məlik Məhəmməd, qoçağım, hardasan, çıx, tutuquşununu sənə verdim. Mən sözümün üstündə duranam.

Məlik Məhəmməd atın qabağından durub onun yanına gəldi. Şeytan tutuquşunu ona verib dedi:

- Bu quş bütün sehrləri bilir. Sənə qismət imiş. Apar, ürəyinin yağını ona yedir. Sənə kömək eləyəcək, səni ölümdən qurtaracaq.

Məlik Məhəmməd quşu ondan alıb qəfəsə saldı. Şeytanla sağollaşıb yola düşdü. Gecəni gündüzə qatdı, gəlib öz şəhərlərinə çatdı. Qardaşları onun gəldiyini bildilər, xəcalətlərindən üzünə çıxa bilmədilər. Böyük qardaş padşah idi, ortancıl qardaş da vəzir. Padşah ortancıl qardaşa dedi:

- Məlik Məhəmməd ölməyib, gəlib. Bizə əngəl olacaq. Bizdən intiqam alacaq. Bir hiylə işlədib onu öldürmək lazımdır.

Bunların fıkirlərini at Məlik Məhəmmədə xəbər verdi. Məlik Məhəmməd dedi:

- Mənim vəfalı dostum, bəs mən neyləyim? Padşahlıq onların əlində, qoşun onların əlində. Əlacım ona qalıb ki, sizi götürüm, ölkədən çıxım.

At dedi:

- Onlar səni qonaq çağıracaqlar. Sən çalış, onların qonaqlığına getmə. Əgər getsən, tutuquşunu da özünlə apar. Tutuquşu hardan getsə, sən də ordan get. Hər nə yesə, ondan ye, yemədiyi şeyləri yemə.

Günlərin bir günü qardaşlar Məlik Məhəmmədi yanlarma çağırıb dedilər:

- Qardaş, xoş gəlibsən. Biz sənə yamanlıq eləməmişik. Şeyləri çəkib quyudan çıxaranda qaranlıq düşdü. Quyu birdən yox oldu. Hava işıqlananda quyunu nə qədər axtardıq, tapa bilmədik. Quyu qeyb olmuşdu. Ona görə də kor-peşman çıxıb gəldik.

Məlik Məhəmməd dedi:

- Nə elədiniz, elədiniz. Olan olub, keçən keçib.

Padşah dedi:

- Sabah bizə qonaqsan. Gətirdiyimiz kiçik bacı səni gözləyir. Toy eləyəcəyik, onu da, quyudan çıxan şeyləri də sizə verəcəyik.

Məlik Məhəmməd dedi:

- Mənə heç bir şey lazım deyil.

Məlik Məhəmməd geri qayıdıb əhvalatı quşa və ata nağıl elədi. Quş dedi:

- Məlik Məhəmməd, qorxma, məni də götür gedək. Onlar səni öldürmək istəyirlər. Mən onların başına oyun açacağam.

At dedi:

- Dediklərimi yadından çıxarmazsan.

Bəli, sabah açıldı, bir nəfər gəlib Məlik Məhəmmədə dedi:

- Padşah səni qonaq çağırır.

Məlik Məhəmməd quşu da götürüb, qardaşlarının qonaqlığına getdi. Tutuqüşu qabaqca, Məlik Məhəmməd onun dalınca gedib padşahın sarayına çıxdılar. Quş Məlik Məhəmmədi qabaq qapıdan aparmadı, dal qapıdan apardı. Qardaşları Məlik Məhəmmədi nəvazişlə qəbul eləyib yuxarı başda əyləşdirdilər. Süfrəyə yemək gəldi. Məlik Məhəmmədin qabağına qızıl boşqabda yemək qoydular. Məlik Məhəmməd quşa baxırdı. Quş boynunu qatlayıb sakitcə dayanmışdı, yeməyə səmt gəlmirdi. Padşah Məlik Məhəmmədə dedi:

- Qardaş, Məlik Məhəmməd, niyə yemirsən?

Məlik Məhəmməd dedi:

- Mən əhd eləmişəm, bu quşla şərt bağlamışam. Bu yemədiyi xörəkləri mən də yeməyim.

Dedilər:

- Adam da quşun sözünə baxarmı? Canım, yeməyini ye. Bu xərci biz səndən ötrü çəkmişik.

Məlik Məhəmmədə çox üz vurdular. Onu üzdən-gözdən saldılar. Əlini yeməyə uzadanda quş onun əlindən bir dimdik vurdu, gözlərini ağartdı. Məlik Məhəmməd tez əlini kənara çəkib dedi:

- Tutuquşu yemədiyi yeməyi yesəm, daş olaram. Onun üçün mənə üz vurmayın.

Padşah əmr elədi. Xörəyi aparıb, ayrısını gətirdilər. Quş bunu da yemədi. Padşah lap pərt oldu. Əlacı olsaydı, çəkib quşun boğazını üzərdi. Tutuquşu qabı dimdiyi ilə vəzirin qabağına itələdi.

Məlik Məhəmməd dedi:

- Quşdu, ağlı kəsmir, bunu bəyənir. Eybi yoxdur, qardaş, biz bu xörəyi yeyərik, sən də bizim xörəyimizi ye.

Məlik Məhəmmədlə quş vəzirin qabağına gələn xörəyi başladılar şirin-şirin yeməyə. Vəzir də padşahın üzünə baxdı: "Bəs, mən təhər eləyim?"

Padşah ona işarə elədi ki, özünü naxoşluğa vur, çıx get.

Vəzir xörəyi yeməyib dedi:

- Qardaşlar, mən bərk naxoşlamışam. İcazə verin, gedim.

Bəli, vəzir çıxıb getdi. Qonaqlıq qurtarandan sonra Məlik Məhəmmədlə quş evə qayıtdılar. Sabah açıldı, padşah qırmızı geyinib taxta çıxdı, vəziri yanına çağırıb dedi:

- Vəzir, nə qədər ki, tutuquşu var, Məlik Məhəmmədə heç nə eləmək olmaz. Tutuquşunu onun əlindən almaq lazımdır.

Vəzir dedi:

- Şah, Məlik Məhəmmədi çağır, de ki, gərək tutuquşunu verəsən mənə.

Bu söz padşahın ağlına batdı. О saat Məlik Məhəmmədi yanfıkra çağırtdırıb dedi:

- Gərək tutuquşunu verəsən mənə.

Məlik Məhəmməd dedi:

- Qardaş, hökmünə güc eləmə. Mən elə о quş ilə günümü keçirirəm. Onu sənə versəm, nə elərəm?

Padşah dedi:

- Mən heç nə bilmirəm, verməsən, boynunu vurduracağam.

Məlik Məhəmməd gördü ki, qardaşı ağacın о biri başını çevirib. Bir söz desə, onun boynunu vurduracaq. Tez evə qayıdıb əhvalatı atla tutuquşuya danışdı. Quş dedi:

- Məlik Məhəmməd, qorxma, məni apar ver padşaha. Dalısı ilə işin yoxdur.

Məlik Məhəmməd tutuquşunu aparıb verdi padşaha.

Quş padşahın xidmətində dayandı. Məlik Məhəmməd də çıxıb evlərinə getdi. Quş bir sehr oxudu, padşah taxta yapışdı. Çölə çıxmaq istəyədə gördü ki, taxta yapışıb. Çağırıb vəzirə dedi:

- Vəzir, deyəsən, taxta yapışmışam. Bu nə təhər əhvalatdır?

Vəzir yaxına gedəndə quş sehr oxudu, vəzir də padşaha yapışdı. Vəkil gəldi, görsün, bu nə təhər əhvalatdır? О da vəzirə yapışdı. Səs-küyə bütün əyan-əşrəf, saray əhli yığışdı. Quş gedib əhvalatı Məlik Məhəmmədə, ata xəbər verdi. Məlik Məhəmməd gəldi. Padşah onu görən kimi dedi:

- Qardaş, bir qələtdi, eləmişəm. Padşahlığı da, var-yoxu da sənə verdim, məni bu bəladan qurtar.

Məlik Məhəmməd dedi:

- İxtiyar tutuquşundadır. Bir söz deyərəm, məni də sizə yapışdırar.

At gəlib çıxdı. Adamların bir tərəfindən at, bir tərəfindən də quş tutdu, göyün yeddinci qatma qaldırdılar. Oradan buraxdılar, hər biri bir ölkəyə düşüb parça-parça oldular.

Camaat yığıldı. Məlik Məhəmmədi özlərinə padşah, atı vəzir, quşu da vəkil seçdilər. Quyudan çıxarılan kiçik bacı Məlik Məhəmmədi gözləyirdi. Onu gətirdilər. Qırx gün, qırx gecə onunla Məlik Məhəmmədə toy elədilər. Məlik Məhəmməd ədalətli bir padşah oldu, rəiyyətin hər dərdinə çarə elədi. Onlar yedilər, yerə keçdilər. Xeyrə rəhmət, şərə lənət.

Oxunub 7418 dəfə