Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 30 Avqust 2012 11:50

Hatəm və qoyun dərisinə girmiş qurd

HATƏM VƏ QOYUN DƏRİSİNƏ GİRMİŞ QURD

b
iri var idi, biri yox idi, Hatəm adlı bir cavan oğlan var idi. O, anası ilə birlikdə yaşayırdı. Hatəmin bir iti, bir keçisi, bir toyuğu var idi. Bütün ili hər gün toyuq bir yumurta, keçi də bir sərnic süd verirdi. Bu südlə yumurta ana-balanı el-elə, baş-başa dolandırırdı. Hatəm toyuğa sarı buğda, keçiyə qara yonca, itə isə san fətir yedirirdi.

Keçi hər il dörd dişi bala doğurdu. Amma onun balaları böyüyüb ərsəyə çatan kimi qurd oğurlayıb yeyirdi. Yazıq keçi həmişə gözünün yaşını axıdıb bala üzünə həsrət qalırdı. Hatəm nə qədər çalışırdısa da qurdu tapa bilmirdi. Keçinin bir qoyun bacılığı var idi. Hər gün otlağa gedəndə bacılığı onun yanına gəlib qəmini dağıdırdı. Keçi gününü bu bacılığı ilə keçirirdi. Günlərin bir günü keçi yenə otlağa çıxmışdı. Bir göy çəmənlikdə otlayırdı. İt də önun yanında idi. Bir de gördü budu, bacılığı ağlaya-ağlaya gelir. Keçi soruşdu:

-    Qoyun bacı, söylə görüm niyə ağlayırsan?

Qoyun dedi:

-    Ağlamayım, ne eləyim? Bircə madar balam var idi. Onu da bu gece qurd apardı!

Qoyunla keçi bir-birinə qoşulub ağladılar, ürəklərini boşaltdılar. İt otdan-zaddan yolub qoyunun qabağına tökdü. Qoyun doyunca ot yedi, onlarla salamatlaşıb yola düşdü. Get-ha-get, qabağına bir tülkü çıxdı.

Tülkü onu görüb dedi:

-    Qoyun bacı, hara gedirsən?

Qoyun dişlərini şaqqıldadıb dedi:

-    Ədə, nə qoyun, nə keçi, mən qurdam! Qoyun dərisinə girmişəm, hiylə işlədirəm.

Tülkü gülüb dedi:

-    Oho! Xoş gördük, qurd lələ, kələyin ucunu yaxşı tapmısan. Düzünü de görüm, bu gün bığının altından nə keçirmisən?

Qurd cavab verdi:

-    Tülkü baba, canın üçün, üç gündür ki, dilimə ət dəymir.

Tülkü dedi:

-    Özünü yorulmuş bilsən, yoldaşını ölmüş bil. Bəs yaxşı, nə üçün qoyun dərisi geyinmisən? Bunun ki sənə bir mənfəəti yoxdu.

Qurd dedi:

-    Bunun mənə mənfəəti çoxdur. Hatəmin keçisi ile bacılıq olmuşam. O doğub böyüdür, mən yeyirəm.

-    Nə olsun, indi ki, acsan?!

Qurd dedi:

-    Keçi o qədər kökdür ki, dərisinə sığışmır, tükünü çəksən yerindən yağ damar. Gedək sən hay-həşir elə, men onu aldadıb kənara çıxardım, yeyək.

Tülkü dedi:

-    Keçi təkdirmi?

Qurd dedi:

-    Yanında bir it də var.

Tülkü it adını eşidib dedi:

-    Dosta xəyanət edən axırda bəlasını çəkər. Qorxuram qurunun oduna yaş da yana.

Qurd dedi:

-    İşini gör, mənim dostluğum ele belə olar. Men qoyun dərisindən çıxacağam. Gedərik, sən səs eləyib itin ağzını başqa yerə salarsan, mən keçini oğurlayaram.

Tülkü razı oldu. Qurd qoyun dərisindən çıxdı. Bunlar bir-birinə qoşulub, düz keçi otlayan yerin yaxınlığına gəldilər. Burada bir toyuq da var idi. Toyuğu görəndə tülkünün ağzı sulandı. Tülkü qurdu keşikde qoydu, özü çəkilib uzağa getdi, və bir neçə dəfə vaqqıldadı. İt onun səsini eşidən kimi hürə-hürə ona tərəf getdi. Qurd fürsəti fövtə verməyib, keçini tutdu, belinə tullayıb yola düzəldi. Toyuq bunu görən kimi, qanad açıb havaya qalxdı və özünü Hatəmə çatdırıb ağlaya-ağlaya dedi:

-    Bəs niyə, durmusan? Keçini qurd apardı!

Hatəm bir başına vurdu, bir gözünə, daban açıb yola düşdü. Toyuq da qanad açıb havaya qalxdı. Bu dəmdə it də gəlib çıxdı. Toyuq göydə, Hatəmlə it də yerdə yel kimi qaçırdılar. Onlar kəsə yolla gedib qurdu haqladılar. Hatəm qurdu nişan alıb bir ox atdı, qurd yaralandı. Qurd keçini buraxıb özünü qayadan tulladı, yarımcan olsa da, ölümdən qurtardı. Hatəm keçini götürüb qayıtmaqda olsun, sizə xəbəri tülkü babadan verim. Tülkü bir uca yerdən tamaşa edirdi. Hatəm gedəndən sonra yavaş-yavaş qurdun yanına gəlib gördü ki, qurd qızıl qan içindədir. Onun yaralarını bağlayıb dedi:

-    Əhsən, qurd lələ, men səni bələ qoçaq bilmirdim. Heç kəs o qovha-qovdan qurtarmazdı ki, sen qurtardın.

Qurd dedi:

-   Heç eybi yoxdur. Ölmərəmsə, bu hayıfi onlardan çıxaram.

Tülkü dedi:

-   Heç bir şey edə bilməyəcəksən.

Qurd dedi:

-    Tülkü baba, mən yenə qoyun dərisinə girəcəyəm. Sən məni bazara apar, bir təhər qoyun adına Hatəmə sat. Gerisi ilə işin yoxdur.

Tülkü dedi:

-    Bir tümən pul verərsən, bazardan şini alıb cibimə tökərəm. Sonra səni sataram.

Qurd dedi:

-    Yaxşı verərəm.

Qurd ilə tülkü bir dərzinin yanına gəldilər. Tülkü dedi:

-   Dərzi qardaş, mənə bir dəst çoban paltarı tik.

Dərzi dedi:

-   Tülkü baba, xeyir ola? Çoban paltarı nəyinə lazım olub?

Tülkü dedi:

-    Qurd lələ bəd əməldən əl çəkib, daha heyvan yemir. Bir neçə qoyun almışam, qurdu onlara çoban edəcəm.

Dərzi dedi:

-    İnanan daşa dönsün.

Tülkü dedi:

-    Sənin nə işinə qalıb ki, dərinə gedirsən. Pulunu al, paltarı tik, ver.

Dərzi onlara bir dəst çoban paltarı tikib verdi. Bunlar çoban paltarını götürüb bir xəlvətə çəkildilər. Tülkü paltarı geydi, qurd da qoyun dərisinə girdi. Tülkü qurdu qabağına qatıb bazara gətirdi. Həmin gün Hatəm də bazara gəlmişdi. O, gəzə-gəzə tülkünün yanına gəlib, qoyunu tanıdı. Qoyunun başını tumarlayıb dedi:

-    Çoban qardaş, bu qoyun mənim keçimin bacılığıdır. Adam da belə damazlıq qoyunu satarmı?

Tülkü dedi:

-    Əlacım yoxdur, əlim aşağıdır, onun üçün satıram.

Hatəm dedi:

-    Mən bu qoyuna müştəriyəm, qiyməti neçədir?

Tülkü dedi:

-    At deyil, dəvə deyil, neçe verirsən ver də.

Hatəm dedi:

-    Ay canım, qiymətini de.

Tülkü dedi:

-    Sənə üç tümən.

Hatəm dinməz-söyləməz üç tümən pul verib, qoyunu aldı, evinə gətirdi. Tülkü də bir xeyli ət alıb özünü meşeyə verdi, Hatəmin anası da bu qoyunu tanıyırdı. O çox şad olub qoyunun üzündən-gözündən öpdü. Qoyunu keçi ilə toyuğun yanına apardılar. Bunlar da öpüşdülər, görüşdülər, bir məclis düzəltdilər. Keçi nağara vurdu, toyuq zurna çaldı, şadlıq elədilər. Bir müddət belə keçdi, amma qurd fürsət tapıb keçini yeyə bilmədi. İt onlardan ayrılmırdı. Qurd ət üzünə həsrət qalmışdı. Gündən-günə zəifləyirdi. Bir gün keçi Hatəmə dedi:

-    Bacılığım gündən-günə zəifləyir. Özü də dodağını dodağının üstünə qoyub heç nə demir.

Hatəm qurddan soruşdu:

- Qoyun, dərdin nədir?

Qurd dedi:

-    Zökəm olmuşam, boğazım ağrıyır.

Hatəm dedi:

-    Toyuğumuz hər gün bir yumurta verir. Yeyərsən, boğazının ağrısı keçər, zökəmin də yaxşı olar.

Bəli, Hatəm hər gün toyuğun yumurtasını qurda verirdi.

Qurd gündə bir yumurta yeyib, ölmə-diril dolanır, keçini aparmaq üçün fürsət gözləyirdi. Bir neçə gün də belə keçdi. Qurd gördü bir yumurta ilə dolana bilməyəcək, axırda acından öləcək. Hatəme dedi:

-  Mənim zökəmim yaxşı olmadı. Boğazım lap qovuşur.

Hatəm dedi:

-    Keçinin südünü də verərəm içərsən, yaxşı olarsan. Hatəm hər gün keçidən sağılan südü də ona verirdi.

Elə olmuşdu ki, Hatəmlə anası yavanlıq üzünə həsrət qalmışdılar. Bir səhər qurd öz-özünə dedi: "Nə qədər ki, Hatəm evdədir, mən fürsət tapıb keçini apara bilməyəcəyəm. Yaxşısı budu, onu uzaq səfərə göndərim". Axşam qurd Hatəmin yanına gəlib dedi:

-    Zökəmim lap xarab olub. Get mənə həkim gətir.

Hatəmin ona yazığı gəldi. Şəhərə həkim gətirməyə getdi. О gedən kimi qurd keçi ilə toyuğu yanlayıb dedi:

-    Ürəyim üstümdə durmur. Bir bağçaya çıxaq, ürəyim açılsın.

Keçi qoyunu götürüb bağçaya apardı. Qurd hər tərəfə göz gəzdirdi: Hatəm yox, it уox. Bu fürsəti kim buraxar? Birdən sıçrayıb keçini yaxaladı. Keçi dedi:

-    Bacı, bu nədir, məni niyə dişləyirsən?

Qurd dedi:

-    Səsini kəs, dəli olmuşam.

Qurd keçini belinə atıb, yola düzəldi, keçi bircə dəfə bərkdən qışqırdı:

-    Ay aman, məni qoyun apardı!

Toyuq səsə bayıra çıxıb, gördü ki, qoyun keçini götürüb qaçır. Toyuq о saat itə xəbər verdi. Hər ikisi qaçıb Hatəmə xəbər verdilər. Toyuq ağlaya-ağlaya dedi:

-    Niyə durmusan? Qoyun keçini apardı.

Hatəm məəttəl qalıb dedi:

-    Sən nə danışırsan? Keçini də qoyun apararmı?

Toyuq dedi:

-    Danışmaq yeri deyil. Apardı deyirəm, tez ol.

Hatəm kəsə yolla gedib qurdu qabaqladı. Baxdı ki, bu­du, qoyun keçini boğazlayıb ley kimi gedir. Onlar hərəsi bir tərəfdən tökülüşüb qurdu tutdular. Qurd əhvalatı belə görəndə özünü dəliliyə vurdu ki, bəlkə onu dəli hesab etdilər. Amma Hatəm onun hiyləsinə inanmadı. Başına bir ip salıb sürüyə-sürüyə evinə gətirdi. Keçinin öna ürəyi yanıb dedi:

-    Hatəm, onu həkimə göstər. Bəlkə doğrudan da dəli olub.

Hatəm dedi:

-    Dəli olub, özünü qayadan atsın, daha səni niyə aparır? Mən bunü öldürəcəyəm. Yəqin qudurub.

Hatəm qılıncı çəkib, onu vurmaq istəyəndə qurd dişlərini şaqqıldadıb zingildədi. Hatəm tez onu yaxaladı. Dərisini boğazından çıxarıb nə gördü? Gördü ki, bu qoyun dərisinə girmiş qurddur. Hatəm onu tanıyıb dedi:

-    Oho! Sən qoyun dərisinə girmiş qurd imişsən! Mən səni göydə axtarırdım, yerdə əlimə düşmüsən. Sen hər il mənim keçimin dord balasını yemisən.

Qurd nə qədər yalvardısa, Hatəm onun sözünə baxmadı. Qılıncı onun təpəsinə elə vurdu ki, qurdun beyni xaş-xaş kimi ovulub yerə töküldü. Hatəm onun dərisini soydu. Keçini, toyuğu və iti götürüb evinə gəldi. Ömürləri boyu kefi kök, damağı çağ yaşadılar.

Oxunub 6792 dəfə