Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 28 Noyabr 2011 17:31

Mehdi

Mehdi

Səbinə Haqverdiyeva

 MEHDİ

 Biri var idi, biri yox idi. Öz zahiri görünüşündən çox narazı olan Mehdi adında bir oğlan var idi. Mehdi onuncu sinif şagirdi idi. Lakin, alcaq boylu olduğundan hamı onu beşinci sinif şagirdinə bənzədirdi. Bundan çox narahat olan Mehdi yoldaşlarıyla birgə gəzməyə getməzdi. Öz boş vaxtlarını tək keçirərdi. Mehdinin anası onu bu vəziyyətdən çıxartmağa çalışsa da hec nə alınmırdı. O, nəqər oğlunu tərif etsə də, əziyyəti hədər gedirdi. Mehdi bilirdi ki, anası bu sözləri onu həvəsləndirmək üçün deyir.

O, öz otağına keçib əynini geyindi və çantasını əlinə alıb məktəbə yollandı.

Dərs başladı. Müəllimə sinif otağına daxil oldu. O, əvvəlcə şagirdlərlə salamlaşdı. Sonra gülümsəyərək dedi: - Əziz uşaqlar teatrda çox gözəl tamaşa göstəriləcək. Sabah bütün siniflə həmin tamaşaya gedəcəyik. Bu an Mehdinin əhvalı pozuldu. Axı o öz boyundan utanırdı. Bunu görən müəllimə sözünə davam edərək dedi:

- Uşaqlar onu da deyim ki, aranızda ən çevik Mehdi olduğu üçün bilet almağa o gedəcək. Bu sözlərdən sonra Mehdinin üzündə təbəssüm yarandı. O, böyük bir həvəslə çantasını əlinə alıb kassaya yola düşdü. Bütün sinif üçün bilet almaq məhz onun öhdəliyinə düşdüyünə görə çox sevinirdi. Ömründə birinci dəfə özünü gərəkli bir insan kimi hiss etmişdi.

Səhər açıldı. Mehdi böyük bir həvəslə yatağından qalxıb əynini geyindi. Səhər yeməyini yemədən tələm-tələsik dostlarının yanına yollandı. Yoldaşları və müəllimə onu teatrın qarşısında gözləyirdilər. Müəllimə Mehdini görən kimi dedi: Hə sinifimizin ən qoçaq şagirdi biletləri gətirdinmi?

Mehdi:

- Bəli müəllimə, hamısını almışam.

Müəllimə:

-Afərin. Sənin sayəndə bu gün çox gözəl tamaşaya baxacağıq.

Müəllimənin səyi nəticəsində Mehdi çox dəyişmişdi. Artıq özündən bir o qədər də utanmırdı.

Tamaşanın başlamasına az qalmışdı. Hərə öz yerində əyləşməyə başladı. Mehdi öz yerində oturmaq istəyəndə yanında ucaboy, enlikürək bir oğlanın əyləşdiyini gördü. Üzündə yaranan təbəssüm bir andaca silindi.

Tamaşa başladı. Mehdi qaş-qabağını töküb tamaşaya baxırdı. Elə fikrə dalmışdı ki, tamaşada göstərilənləri anlamırdı. Zəng çalındı. Tamaşanın birinci hissəsi bitmişdi. On dəqiqəlik fasilə elan olundu. Hamı ayağa qalxıb bufetə tərəf getdi. Mehdi öz boyundan utandığı üçün ayağa durmadı. Yanında əyləşən oğlan da ayağa qalxmamışdı. Mehdi öz-özünə düşündü “Görəsən bu oğlan nə üçün hamı kimi fasiləyə çıxmadı? Onda olan qəddi-qamət məndə olsaydı, mən heç yerimdə oturmazdım”. Çox keçmədi ki, bir qadın əlil arabası ilə Mehdinin yanında əyləşən oğlana yaxınlaşdı və dedi: “Gəl oğlum, yəqin acımısan, indi səni bufetə apararam”. O, oğlunu qucağına alıb əlil arabasına oturtdu.

Mehdi hərəkətsiz halda bu mənzərəni seyr edirdi.

Fasilə bitdi. Hamı öz yerini tutmaq üçün zala qayıtdı. Əlil oğlan da öz anasının köməyi ilə yerinə əyləşdi. O, Mehdinin fasiləyə çıxmadığını görüb dedi: “Salam, adım Azərdir. Nə üçün fasiləyə çıxmadınız? Tamaşanın qurtarmağına düz bir saat var. Özünüz üçün yeməyə bir şey alsaydınız pis olmazdı”. Mehdi cavabında dedi:

- Boyum balaca olduğundan hamı məni azyaşlı uşağa bənzədir. Mən də bundan çox sıxılıram. Necə də olsa mənim 16 yaşım var. Bu sözləri eşidən Azər yaşlarını gizlədə bilməyib dedi:

- Nə üçün biz insanlar Allahın bizə verdiyindən daha artığını istəyirik. Onun bizə bəxş etdiyi dəyərləri qiymətləndirə bilmirik. Bax, sənin kiçik adlandırdığın o ayaqlar məndə olsaydı, mən dünyanın ən xoşbəxt adamı olardım. Sən öz dostlarınla atılıb-düşdüyün bir vaxtda, mən bunları yalnız kənardan seyr edə bilərəm. Bununla belə mən ruhdan düşməmişəm.

Mehdi Azərin cəsarətinə məəttəl qalmışdı. O, diqqətlə Azəri dinlədi və dedi: “Sən bu sözlərinlə sanki məni dərin bir quyudan çıxardın, sənə nə qədər borclu və minnətdar olduğumu deyə bilmərəm. O ki qaldı ayaqlarına, sən heç fikir etmə. Sənin böyük ürəyin var. Sən çox cəsarətlisən. Allah bunu hər insana bəxş etmir”. Bu sözlər Azər üçün böyük təsəlli idi.

Tamaşa bitdi. Mehdi hamıdan tez ayağa durmuşdu. İndi o öz boyundan utanmırdı. Əksinə özünü çox xoşbəxt və gümrah hiss edirdi. Bunu görən Azər dedi:

“Hə cavan oğlan, yardım et. Yoxsa məni burada qoyub gedəcəksən?”

Mehdi cavabında dedi: “Nə danışırsan? Sənin kimi yaraşıqlı ağıllı dostdan kim imtina edər?”

O, Azəri arabasına oturdub evlərinə apardı. Onlar ömürlərinin axırına kimi sadiq, ayrılmaz dost oldular.

Oxunub 11306 dəfə