Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 28 Noyabr 2011 17:30

Tamahkar qarışqa

Tamahkar qarishqa

Səbinə Haqverdiyeva

TAMAHKAR QARIŞQA

Biri var idi, biri yox idi. Meşələrin birində acgöz, tamahkar bir qarışqa var idi. O özü üçün qışa xeyli azuqə yığmışdı. Lakin bununla belə onun gözü doymurdu. Yuvasında çörək, buğda, düyü əlindin yer yox idi. Amma bütün bunlar ona azlıq edirdi.

Bir gün o yenə sübh tezdən durub, yemək axtarmaq üçün meşəni gəzməyi qərara gəldi. Xeyli yol getdikdən sonra bir göbələyə rast gəldi. Ayaq saxlayıb öz-özünə dedi: “Mənim yuvamdakı azuqə ilə yeddi qışı yola vermək olar. Dünyanın bütün nemətlərindən yuvamda var. Lakin göbələk də olsa pis olmaz” deyib böyük bir iştahla göbələyə tərəf getdi. Ağzını elə təzəcə açmışdı ki, göbələk onu kənara itələdi. Bundan hirslənən qarışqa göbələyi təhqir edib yoluna davam etdi. Lakin o bilmirdi ki, göbələk bu hərəkəti etməklə özunü deyil, qarışqanı qoruyurdu.

Acgözlüyünə qalib gələ bilməyən qarışqa bütün gecəni yata bilmədi. O, ancaq göbələyi necə aldadıb, dişləməyi düşünürdü.

Səhər açıldı. Qarışqa artıq göbələyi necə aldadacağını düşünmüşdü. Yuvasından birtəhər çıxıb göbələyin yanına yollandı. O, bütün yolu qaçırdı ki, düşündüyü yalan inandırıcı olsun. Təng- nəfəs halda göbələyə çatan qarışqa dedi: “Ey göbələklərin ən gözəli, mənə kömək et. Bir iri hörümçək arxamca gəlir. Məni toruna salıb yemək istəyir”. Göbələk ona necə kömək edəcəyini soruşdu. Qarışqa cavabında dedi: “Sən məni öz papağının altında gizlət. Qoy hörümcək məni tapa bilməsin. Sonra mən özüm oradan çıxaram və bir daha səni narahat etmərəm”.

Göbələk sadəlövh olduğundan qarışqaya inanmışdı. O qarışqanı papağının içində gizlətdi. Qarışqa vaxt itirmədən göbələyin papağından iki iri tikə qopardı. Acgöz olduğundan tikənin birini yerindəcə yedi. O birisini isə belinə alıb yerə enməyə hazırlaşdı. Bu an qarışqanın mədəsi bərk sancdı. O, huşunu itirib yerə yıxıldı. Qarışqa çox ciddi zəhərlənmişdi. Artıq ona heç kim kömək edə bilməzdi. Bunu görən göbələk çox kövrəldi və dedi: “Mən çox çalışsam da səni qoruya bilmədim, tamahın sənə qalib gəldi. Çox istəyirdin, azdan da oldun”.

Oxunub 11897 dəfə