Президент Ильхам Алиев поздравил азербайджанцев мира
Президент Азербайджана Ильхам Алиев во вторник поздравил азербайджанцев мира с отмечаемым 31 декабря Днем солидарности азербайджанцев мира. «Дорогие соотечественники! Уважаемые земляки!
Сердечно приветствую вас по случаю 31 декабря — Дня солидарности азербайджанцев мира, который мы ежегодно широко отмечаем как символ нашего национального единства, желаю всем вам счастья и процветания.
Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib
“Əziz həmvətənlər! Hörmətli soydaşlar! Milli birliyimizin rəmzi kimi hər il geniş qeyd etdiyimiz 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi səmimi qəlbdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarını yaşadan müstəqil dövlətimiz milli həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir. Biz xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin doğma Azərbaycanla əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən səmərəli təşəbbüslərə hər zaman dəstək veririk.