Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək
Doğum evlərində (şöbələrində) "Körpə dostu" xəstəxana standartlarının tətbiqi ilə bağlı UNİCEF ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq nəzərdə tutulur. Bunu özəl olaraq Trend-ə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib. Onun sözlərinə görə, "Körpə dostu" xəstəxana standartlarının ən əsas xüsusiyyətlərindən biri yeni ana olmuş qadınlara düzgün məsləhətlərin verilməsidir. Bu məsləhətlərdən biri də uşağın müəyyən yaşa qədər yalnız ana südü ilə qidalanması ilə bağlıdır.
Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur. Trend-in məlumatına görə, Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir. 20 Yanvar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür. Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycan dünya miqyaslı geosiyasi mərkəz statusunu qazanıb, siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət tədbirlərinin və qlobal əhəmiyyətli görüşlərin keçirildiyi məkana çevrilib.
ELS təbrik edir
Bu gün yazıçı Gülzar İbrahimovanın ad günüdür
Bu gün yazıçı, "Sehrli Dünya" uşaq jurnalının təsisçisi və baş redaktoru, uşaqlar arasında nağıl yazarı - "Gülzar nənə" kimi tanınan və sevilən Gülzar xanım İbrahimovanın doğum günüdür.
Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin rəhbərliyinə ciddi xəbərdarlıq edildi
Uşaq bağçalarınin ərzaqla təminatı məsələlərinə nəzarət gücləndirilb.Bakı Şəhər İcra Hakimiyətindən Trend-ə verilən məlumata görə ötən gün Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən bəzi qurumlar tərəfindən paytaxtın bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilib.
Təhsil naziri: 9-cu sinfi bitirənlərin peşə təhsilinə cəlb edilməsinə çalışırıq
Azərbaycanda 9-cu sinfi bitirən şagirdlərin peşə təhsilinə cəlb edilməsinə çalışırıq. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycanda insan kapitalı üzrə forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda işçi ehtiyatlarının əmək bacarıqları aşağıdır: "Bu, ölkə iqtisadiyyatı üçün problemlər yaradır. Məhz buna görə də ölkədə hazırda müasir texniki peşə təhsilinin qurulmasına bu qədər önəm verilir. Son bir neçə ildə peşə təhsili alanların sayı əhəmiyyətli dərəcədə artıb".