Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 20 Декабрь 2018 14:18

Təhsil naziri: 9-cu sinfi bitirənlərin peşə təhsilinə cəlb edilməsinə çalışırıq

thAzərbaycanda 9-cu sinfi bitirən şagirdlərin peşə təhsilinə cəlb edilməsinə çalışırıq. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycanda insan kapitalı üzrə forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda işçi ehtiyatlarının əmək bacarıqları aşağıdır: "Bu, ölkə iqtisadiyyatı üçün problemlər yaradır. Məhz buna görə də ölkədə hazırda müasir texniki peşə təhsilinin qurulmasına bu qədər önəm verilir. Son bir neçə ildə peşə təhsili alanların sayı əhəmiyyətli dərəcədə artıb".

C.Bayramov bildirib ki, erkən uşaq təhsili təhsilin sonrakı pillələrində daha yüksək nəticələrin əldə edilməsinə imkan yaradır: "Biz bunu aydın olaraq beynəlxalq qiymətləndirmə tədqiqatlarında müşahidə edirik. Təhsil Nazirliyi olaraq iki təşəbbüsü həyata keçiririk. İlk növbədə, 5-6 yaşlı uşaqlar üçün məktəbəhazırlıq proqramı və icma əsaslı məktəbəqədər qrupları yaradılıb. Hər iki təşəbbüsün icrasında mövcud təhsil infrastrukturundan istifadə edilib".

O əlavə edib ki, görülən tədbirlərin nəticəsi olaraq qısa müddətdə məktəbəhazırlıq təhsili ilə əhatə səviyyəsi 24 faizdən 75 faizə yüksəlib.

Təhsil naziri, həmçinin Azərbaycanın xarici ölkələrin ali məktəbləri ilə birgə ikili diplom proqramları həyata keçirəcəyini söyləyib. C.Bayramov əsas prioritetlərin kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə sahələri olacağını bildirib.

Прочитано 1696 раз