Суббота, 02 Июнь 2012 12:00
Kinematoqrafçılar 1 saylı Respublika Uşaq Psixonevroloji Mərkəzində yaşayan uşaqlarla görüşüb
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir qrup kinematoqrafçılardan ibarət heyət Bakıdakı 1 saylı Respublika Uşaq Psixonevroloji Mərkəzində yaşayan uşaqlara baş çəkiblər. APA-nın məlumatına görə, bayram günündə onlara hədiyyələr gətirən “Azərbaycanfilm” kinostudiyası, “Salnamə”, “Yaddaş”, “Mozalan”, “Dublyaj” studiyalarının və Dövlət Film Fondunun işçiləri körpələrin həyatı ilə tanış olublar.
Ruhi xəstəliklərə düçar olmuş uşaqlarla görüşdən xeyli təsirlənən qonaqlar mərkəzdə yaradılmış şəraitlə, uşaqların müalicəsi, mümkün olan hallarda cəmiyyətə adaptasiyası üçün müəssisədə görülən işlərlə tanış olandan sonra orada çalışan həkimlərə minnətdarlıqlarını bildiriblər.