Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Пятница, 25 Май 2012 12:29

Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi, Uşaq Hüquqları Klinikası və “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin açılışı olub

Ushaq ve_GenclerinƏmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardın iştirakı ilə Bakının Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi, Uşaq Hüquqları Klinikası və “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin açılışı olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, F. Ələkbərov bildirib ki, nazirlik sosial müdafiə, sosial xidmətlər sisteminin qurulmasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə önəm verir. O deyib ki, nazirlik sosial xidmətlər sahəsində prioritetləri müəyyən etsə də, bu sahədə ixtisaslaşmış QHT-lərdən təkliflər gözləyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Elnur Kələntərov bəyan edib ki, Azərbaycanda 2007-ci ildə Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi və Uşaq Hüquqları Klinikası, 2010-cu ildə isə “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” fəaliyyətə başlayıb. Onun sözlərinə görə, bu təşkilatlar yetkinlik yaşına çatmayan uşaqların baxımsızlığının profilaktikası, onların ailələri ilə sosial reabilitasiya işi, hüquq pozuntusu törətmiş uşaqların sosial-psixoloji reabilitasiyası istiqamətində fəaliyyət göstərirlər. E. Kələntərli QHT-lərlə birgə uğurla sınaqdan keçirilmiş sosial reabilitasiya təcrübəsinin gələcəkdə nazirliyin nəzdində yaradılacaq reabilitasiya mərkəzlərində istifadə ediləcəyini deyib.

Прочитано 2558 раз