Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 22 Май 2012 12:37

Gəncə və Göygöldə «Uşaq hüquqları üzrə Pilləli tədris layihəsi»nə yekun vurulub

ombudsmanAzərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Gəncə və Göygöldə həyata keçirilən «Uşaq hüquqları üzrə Pilləli tədris layihəsi»nə yekun vurulub. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qərb bölgəsinə səfəri zamanı Müvəkkil “Uşaq hüquqları üzrə pilləli tədris layihəsi”ndə iştirak etmiş Gəncə və Göygöl məktəblərində olub.

Gəncə şəhər 39 nömrəli və Göygöl şəhər 4 nömrəli orta ümumtəhsil məktəblərində həmin tədris proqramının müvəffəqiyyətlə başa çatması təntənəli qeyd edilib, proqramı uğurla başa vuran şagirdlər, həmçinin fərqlənmiş müəllimlər sertifikatlarla təltif olunub. Ombudsman Gəncə şəhərində görkəmli ictimai xadim və yazıçı Mir Cəlal Paşayevin adını daşıyan 39 nömrəli məktəbdə onun və tanınmış alim Aida xanım İmanquliyevanın muzey otaqları ilə tanış olub, onlar barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Ombudsman bildirib ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan layihə orta məktəblərdə uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. Tədbirdə “Uşaq hüquqları üzrə Pilləli tədris proqramı»nı uğurla bitirmiş şagirdlər insan hüquqlarını, vətənpərvərliyi, hüquq mədəniyyətini və dözümlülüyü özündə əks etdirən, böyük marağa səbəb olmuş səhnəciklər nümayiş etdirib, vətənpərvərlik mövzusunda şeirlər oxuyublar.

Sonda Müvəkkilin təşəbbüsü ilə digər məktəblərdə olduğu kimi, burada da yaradılmış “Uşaq hüquqlarının tədrisi mərkəzi”nin açılışı olub. E.Süleymanova hər iki məktəbin kollektivinə təsisatda hazırlanmış “Uşaq hüquqları hamı üçün” adlı kitabı, “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitini və Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin 10 illik fəaliyyətinə həsr edilmiş kitabı və digər hüquqi nəşrləri təqdim edib.

Прочитано 2170 раз