Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 15 Май 2012 11:50

BMT-nin baş katibi Beynəlxalq Ailə Günü münasibəti ilə müraciət yayıb

aile gunuBMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Ailə Günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, müraciətdə bu ilki Beynəlxalq Ailə Günündə iş və ailə həyatı arasında balansın vacibliyi vurğulanıb: “Əsas məqsəd dünyanın hər tərəfində işçilərin ailələrini maddi və mənəvi cəhətdən təmin etməklə yanaşı, yaşadıqları cəmiyyətin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə yardım etməkdən ibarətdir.
Mövcud tendensiyalar iş-ailə siyasətinin artan vacibliyini vurğulamaqdadır.
Buraya əmək bazarında qadınların geniş miqyaslı iştirakı, artan urbanizasiya və mobil iş axtarışı daxildir. Ailələr kiçildikcə və nəsillər arasında uzaqlaşma yarandıqca, uzaq qohumlar uşaqlara daha az qayğı göstərir və işçi valideynlər daha çox problemlərlə üzləşirlər”.


Müraciətdə qeyd olunub ki, dünyada milyonlarla insan layiqli iş şəraiti və ailələrinin qayğısına qalmaq üçün ehtiyac duyduqları sosial dəstək çatışmazlığından əziyyət çəkir. Məktəbəqədər yaşda olan uşaqlarını çox vaxt evdə tək qoymağa məcbur olan ailələrin üstünlük təşkil etdiyi inkişaf etməkdə olan ölkələrdə, uşaqlar üçün keyfiyyətli qayğı sisteminə nadir hallarda rast gəlinir. Bu uşaqlar çox vaxt böyük bacı və qardaşlarının himayəsinə verilirlər. Bu isə öz növbəsi həmin uşaqların məktəbdən yayınmalarına səbəb olur: “Biz iş və ailə həyatında hər zaman dəyişən çətinlikləri aradan qaldırmalıyıq. Mən, valideynlər üçün daha yaxşı məzuniyyət müddəaları, çevik iş müqavilələri və daha yaxşı uşaq qayğı sistemi vasitəsilə yaradılan ailələr üçün əlverişli iş yerlərinin yaradılmasını alqışlayıram. Belə siyasət və proqramlar iş-ailə balansının artırılması üçün olduqca vacibdir. Bu tədbirlər, həmçinin daha yaxşı iş şərtləri, daha çox işçi sağlamlığı və məhsuldarlığı, o cümlədən gender bərabərliyinə daha çox diqqət ayırmağa səbəb ola bilər. İş-ailə balansı üzrə siyasət həm dövlətin ailələrin rifahını, həm də özəl sektorların sosial məsuliyyəti öhdəliklərinə götürmələrini nümayiş etdirir. Bu Beynəlxalq Ailə Günündə, gəlin, ailə və cəmiyyətlərin xeyrinə iş-ailə balansının geniş miqyasda təbliğ edəcəyimizə dair bir daha vəd verək”.

Прочитано 2168 раз