Среда, 25 Апрель 2012 12:35
“Bizim irsimiz” adlı konsert proqramı anşlaqla keçdi
Aprelin 21-də Heydər Əliyev Sarayında Ç.F.Mustafayev adına Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi tamaşaçıları qarşısında “Bizim irsimiz” adlı hesabat konserti ilə çıxış etdi. Anşlaqla keçən konsertdə məktəbdənkənar müəssisənin mahnı və rəqs kollektivləri, xalq çalğı alətləri ansamblı və bədii qiraət dərnəyinin üzvləri səhnədə istedadlarını nümayiş etdirdilər. Bayatılar, tapmacalar, yanıltmacılar kimi xalq yaradıcılığının incilərini səsləndirən gənc istedadlar hələ uzun müddət tamaşaçıların yaddaşlarından silinməyəcəklər.
Qeyd edək ki, 1970-ci ildə Nəsimi rayonu Pioner və Məktəblilər Evi kimi təsis edilmiş məktəbdənkənar müəssisə 1992-ci ildən Milli Qəhrəman, telereportyor Çingiz Mustafayev adını daşıyır.