Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 03 Апрель 2012 12:30

Heydər Əliyev Fondu və UNİSEF Dünya Autizm Günü ilə bağlı layihə həyata keçirib

Mavi ishiqla_ishiqlandir_aksiyasiHeydər Əliyev Fondunun və UNİCEF-in dəstəyi ilə Bakı aprelin 2-də, Dünya Autizm Günündə beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır" aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub.

Bu barədə APA-ya Heydər Əliyev Fondundan daxil olan məlumatda bildirilib. Həmin gün Milli Parkdakı binalardan biri - Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılıb.

Məlumata görə, artıq üçüncü ildir ki, həyata keçirilən “Mavi işıqla işıqlandır” aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş unikal qlobal təşəbbüsdür. Həmin gün yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərin ən nəzərə çarpan binalarından birini mavi işıqla işıqlandırırlar. 

Autizm uşaqlarda irsi və ətraf mühit amillərinin təsirindən beyində yaranıb inkişaf edən çatışmazlıqları ifadə edən ümumi termindir. Autizm üç yaşından əvvəl başlayan və məhdud davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Bu baxımdan ilkin diaqnoz çox önəmlidir. Valideynlərin uşağın davranışlarını müşahidə etməsi, bəzi problemləri erkən nəzərə almaları üçün keçirilən aksiya diqqəti məhz bu məsələyə yönəldir. Aparılmış tədqiqatlara görə, dünya əhalisinin 1 faizi - 70 milyon əhali autizmin qurbanlarıdır. Xəstəliyin artım sürəti narahatlıq doğurur. Hesablamalara görə, bu il autizm xəstəsi olan uşaqların sayı QİCS, diabet və xərçəng xəstəliklərinə yoluxanların ümumi cəmindən artıq olacaq. Qeyd olunub ki, autizmin müalicəsi üçün hələlik heç bir tibbi vasitə yoxdur, lakin erkən diaqnoz qoyma xəstəliyin fəsadlarını müəyyən dərəcədə azaltmağa imkanı yaratdığından gənc valideynlərin daha diqqətli və xəstəlik barədə daha geniş məlumatlı olması zəruridir.

Прочитано 2436 раз