Пятница, 09 Март 2012 17:31
TƏBRİK EDİRİK!!!
Martın 5-də dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Daun Sindromlu Şəxslərin Assosiasiyasının (DSŞA) rəhbəri Zərifə Məmmədovanın “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Martın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Üns” Yaradıcılıq Mərkəzində təşkil olunmuş bayram tədbirində Zərifə Məmmədovaya “Tərəqqi” medalını təqdim edib.
Uşaqların yaradıcılıq və inkişafında böyük xidmətləri olan Zərifə xanım Məmmədovanı ürəkdən təbrik edir yeni uğurlar arzulayırıq.