20 Yanvar faciəsi uşaqların gözü ilə
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə azadlıq mübarizəmizin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzmi və fədakarlıği unutdurmamaq məqsədi ilə elan olunmuş “AZADLIQ AŞİQLƏRİ GÜNÜ - 20 YANVAR” Respublika uşaq rəsm müsabiqəsinin ilk seçimi başa çatmışdır.
Müsabiqəyə virtual qaydada 400-ə yaxın uşaq tərəfindən 600 əsər təqdim olunmuş, onlardan 210-u sərgilənmək üçün seçilmişdir.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Qeyd edək ki, iştirakçılar www.xsm.az saytında tədbirlər bölümündəki “Azadlıq aşiqləri günü -20 Yanvar” afişasına toxunmaqla və ya https://xsm.az/site/azadliqasiqlerigunu-20yanvar/ linkinə daxil olmaqla müsabiqəyə qatılmışlar.
Sərgi 17 yanvar 2020-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaqdır.