Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 19 Ноябрь 2019 16:05

Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışı olub

celil memmedquluzadeNoyabrın 18-də noyabr Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonra açılışı olub. ONA-nın məlumatına görə, açılış mərasimində ölkənin rəsmiləri və incəsənət xadimləri ilə yanaşı Cəlil Məmmədquluzadə nəslinin davamçıları - nəticəsi Martin Cavanşiri və kötükcəsi Przemislav Cavanşiri də iştirak ediblər.

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev çıxış edərək bildirib ki, Mirzə Cəlil bütün yaradıcılığı ilə bərabər həm də çox böyük azərbaycanlıdır: "O, Azərbaycanın ədəbiyyatı, maarifi, dilinin təmizliyi uğrunda çalışan, insanlarımızın cəhalətdən, dini mövhumatdan, mollalıq dini tərbiyəsindən azad olmaq üçün çalışan insandır. Bu gün muzeydə yeni ekspozisiyalar təqdim olunur. Düşünürəm ki, muzey gələcəkdə ordakı ekspozisiyalarının daha da genişləndirilməsində böyük rol oynayacaq".

Xalq yazıçısı Anar isə qeyd edib ki, Bakıda Cəlil Məmmədquluzadənin muzeyi əvvəllər də olsa da, ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalıb: "Mən də o vaxt bu barədə bir yazı yazmışdım. Sonralar Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O bu evdə övladlarını soyuqdan qorumaq üçün öz əlyazmalarını yandırıb. Həmidə xanım xatirələrində yazır ki, Mirzə Cəlil ev qızanda dedi ki, hə, indi uşaqlar rahat yata bilərlər. Mənə elə gəlir ki, bu ocaq tək onun balalarını yox, bu gün bizi də isidir".

Akademik İsa Həbibbəyli çıxış edərık 68 illik fasilədən sonra Mircə Cəlilin nəslinin davamçılarının ilk dəfə vətənlərinə qayıtdıqlarını bildirib: "Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və kötükcəsi hazırda bizimlədir. Onlar ulu babalarının evində olacaqlar. Bu evdə Cəlil Məmmədquluzadə özünün ən böyük əsərlərini yazıb. Bu evin ona verilməsində Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun böyük xidmətləri olub. Sovet rejimi onu İrandan dəvət etsə də, ona bir il ərzində lazımı diqqət yetirilməyib. Evin birinci mərtəbəsi "Molla Nəsrəddin" mətbəəsi, ikinci mərtəbəsi isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli yazıçıları bura onunla görüşə gəlib".

Daha sonra C.Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri çıxış edərək ulu babasına göstərilən bu diqqətə görə təşəkkürünü bikditib: "Mən təsəvvür etməzdim ki, ona Azərbaycanda bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm, ümid edirəm ki, bu səfərlər davamlı olacaq".

Çıxışlardan sonra qırmızı lent kəsilib və qonaqlar muzeyi ziyarət ediblər.

Qeyd edək ki, qonaqlar bundan əvvəl Fəxri Xiyabanda olub, Mirzə Cəlilin məzarını ziyarət ediblər.

Прочитано 1581 раз