Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 12 Ноябрь 2019 17:44

5-ci sinif şagirdi Rəşad Avropa Çempionatından qızılla qayıtdı - Video

ResadBakının Nərimanov rayonundakı Məktəb Lisey Kompleksinin 5-ci sinif şagirdi Rəşad Mahmudov Şimali Makedoniyada keçirilən Karatenin şotokan növü üzrə Avropa çempionatından qızıl medalla qayıdıb. Bu il Dünya çempionatında və ötən il Batumidə erməni rəqibinə qalib gələrək qızıl medal qazanan Rəşad hər zaman uğurları ilə ölkəmizin bayrağını yüksəklərə qaldırıb.

 

Balaca çempionun qalibiyyətilə bağlı təhsil aldığı məktəb-liseyin direktoru Məleykə Tağıyeva “Qafqazinfo”ya müsahibə verib. Direktor şagirdinin uğuruna hər zaman sevindiyini bildirib: “Biz məktəbimiz adına şagirdlərimizin hər bir uğuruna sevinirik. Bu, təkcə məktəbin uğuru deyil, düşünürəm ki, bu həm də ölkənin qalibiyyətidir. Nəzərə alsaq ki, Rəşad ötən il erməni rəqibinə də qalib gələrək qızıl medalla vətənə dönüb, bu, artıq millətçilik, vətənpərvərlik hisslərinin aşılanmasında olduqca böyük rol oynayır. Sözsüz ki, şagirdlərimizin uğuruna övladımız qədər sevinirik. Məktəb olaraq biz Rəşada dəstək olmuşuq, dərslərində, çempionata getdiyi vaxtlarda bütün köməkliyi göstərmişik. Əmin idik ki, Rəşad Avropa çempionatından da qələbə ilə qayıdacaq”.

Çempionun məktəbdə necə qarşılanmasına gəlincə, direktor deyib ki, Rəşadla məktəbdə qarşılanma tədbiri olub: “Bu gün medalları, təltifnamaləri ilə məktəbə gəldi. Şagirdlərə qalibiyyəti haqqında danışdıq. Sinif yoldaşları sevinclə qarşıladılar. Rəşad çox səmimi şagirddir. Baxmayaraq ki, idmançıdır, amma şagird kimi çox mehriban, səmimidir. Ona görə də Rəşadın məktəbdə, sinifdə özünəməxsus yeri var”.

Rəşadın məşqçisi, Dünya Şotokan Federasiyasının İdarə heyətinin üzvü, qurumun Azərbaycandakı rəhbəri, Dünya və Avropa çempionu Arif Məmmədov bildirib ki, Rəşad hər zaman bacarığı, çalışqanlığı ilə fərqlənib: “Bir neçə gün öncə Avropa birinciliyinin qalibi oldu. Həmçinin, bu ilin may ayında Buxarestdə dünya birincisi oldu. Baxmayaraq ki, sonuncu yarışda Rəşadın sol ayağında travma var idi. Buna baxmayaraq yarışda qalibiyyət əldə etdi”.

A. Məmmədov onu da qeyd edib ki, noyabrın 29-30-u və dekabrın 1-də Bakıda Beynəlxalq turnir olacaq: “Hazırda Rəşad həmin yarışa hazırlaşır. Ümid edirik ki, həmən yarışda da qalib olar və hər kəsi sevindirər”.

Прочитано 1591 раз