Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Понедельник, 30 Сентябрь 2019 17:06

İmaddədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılıb

 mameddin NesimiSentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılıb. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində baş tutan sərginin açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib.

Nazir bildirib ki, 1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi: “Son illərdə də şairin şəxsiyyəti, yaradıcılığı həm ölkəmizdə, həm də beynəlxalq arenada layiq olduğu yüksək dəyəri alır, dünya ictimaiyyətinə tanıdılır. Belə ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ilin may ayında Parisdə, UNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olunub. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfə Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı keçirilib”.

Mədəniyyət naziri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamının və Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının böyük mütəfəkkirin irsinin dərindən tədqiqinə şərait yaratdığını diqqətə çatdırıb. Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünasların, filosofların, rəssamların, şair və alimlərin, musiqi, rəqs, teatr qruplarının iştirakının Nəsiminin fikir və düşüncələrinin dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin təbliği baxımından da mühüm əhəmiyyət kəsb etdiyini deyib: “Festival çərçivəsində keçirilən Beynəlxalq xalça eskizi müsabiqəsi və Mədəniyyət Nazirliyinin “SÖZ” layihəsinin gənc şairlər arasında elan etdiyi ən yaxşı poetik əsər müsabiqəsi də Nəsimi poeziyası, onun fəlsəfi ideyalarının ayrı-ayrı incəsənət növləri vasitəsilə tərənnümü baxımından əhəmiyyətlidir. Belə müsabiqələr Nəsiminin ədəbi-mədəni irsinin öyrənilməsi ilə yanaşı, gənc istedadların üzə çıxarılmasına, cəmiyyətə təqdim olunmasına xidmət edir”.

Sonra Beynəlxalq xalça eskizi müsabiqəsinin, həmçinin Mədəniyyət Nazirliyinin “SÖZ” layihəsi çərçivəsində elan edilən ən yaxşı poetik əsər müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib.

Beynəlxalq xalça eskizi müsabiqəsinin nəticələrinə əsasən Fatimə Axundzadənin “Nəsim yeli” eskizi I yerə, Ruhəngiz Bağırovanın “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” adlı işi II yerə, Sürəyya Dadaşovanın “Göz yaşı” əsəri isə III yerə layiq görüldü. Ən yaxşı poetik əsər müsabiqəsinin qalibləri isə Orxan Behbid, Zaur Rəxşan, Sahib Məmmədov, Gülbala Dadaş, Tərlan Sadiq, Saleh Səbat, Adil Əkbər, Elsər Qədri, Nicat Nəsri, Səlim Nəsirli oldu.

Sərgidə müsabiqədə qalib olan eskizlər əsasında Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin nümayəndələrinin toxuduğu xalçalar tədbir iştirakçılarının önündə kəsilib.

Прочитано 1602 раз