Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Среда, 11 Сентябрь 2019 11:12

“Günay” Uşaq Teatrı Azərbaycana Qran-pri ilə qayıdıb

esasgunayBakı Uşaq Teatrının “Günay” Teatr Studiyası avqustun 16-dan 20-dək Riqa-Stokholm-Riqa marşrutu üzrə keçirilən AMBERSTAR 2019 10-cu Beynəlxalq İncəsənət Müsabiqədə Azərbaycanı layiqincə təmsil edib.

Müsabiqədə müxtəlif ölkələrin gənc istedadları iştirak edirdi. Festival-müsabiqənin açılışı Latviyanın paytaxtı Riqada, müsabiqənin özü isə 18-19 avqust tarixlərində Riqa-Stokholm-Riqa marşrutu üzrə "Romans" kruiz gəmisində keçirilib.

 

 

FOTOQALEREYA

 Günay Teatrı tamaşaçılara "Kitabi-Dədə Qorqud" xalq dastanı əsasında səhnələşdirilmiş "Üç tonqal" dastanı tamaşaçı və münsiflər heyətinin ürəyinə yol tapmaqla həm də onları təsirləndirib. Tamaşaçı gənc istedadları alqışlarla münsiflər heyəti isə verdiyi qərarla mükafatlandırıb. Beləliklə, “Günay” Uşaq Teatrına müsabiqənin əsas mükafatı sayılan Qran-pri təqdim olunub.

Teatr kollektivi müsabiqənin xatirə medalları və gələcək festivallarda iştirak etmək üçün 100 avro dəyərində sertifikatla təltif edilib.

Teatrın direktoru, ssenarist və rejissor Larisa Tarusova festivalın Təşkilat komitəsinin dəvəti ilə münsiflər heyətinin üzvü idi. Beynəlxalq mədəni əlaqələrin inkişafı və möhkəmləndirilməsi, gənc istedadlara dəstək və tanıdılmasına görə o, münsiflər heyəti üzvünün beynəlxalq sertifikat-diplomuna və fəxri diploma layiq görülüb.

Qeyd edək ki, müsabiqə ərəfəsində “Günay” Teatrının gənc aktyorları Riqa şəhərində rəngarəng proqramla cıxış ediblər. Azərbaycanın Latviyadakı səfirliyi və Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların əlaqələndirici şurasının üzvü Elnur Rəhimovun təşkilatçılığı ilə keçirilən tədbir Latviya Universitetinin Akademik Kitabxanasında keçirilib.

Festivalın sonunda isə “Günay” Uşaq Teatrı Azərbaycanın Riqadakı səfirliyində səfir Cavanşir Axundovla görüşüb. Səfir teatrın rəhbəri və kollektivini yüksək mükafat almaq münasibətilə təbrik edib, gənc aktyorların Vətənə layiqli vətəndaş kimi yetişəcəklərinə və Azərbaycan mədəniyyətini bundan sonra da onun hüdudlarından kənarda tanıdacaqlarına əminliyini bildirib.

Прочитано 1651 раз