Вторник, 18 Июнь 2019 14:40
ELS Müstəqil Araşdırmalar Mərkəzi 2 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin kollektivinə təşəkkür edir
ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyi ilə əlaqədar iyunun 4- Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təşkil etdiyi “Şənlən, mənim xalqım” adlı qala-konsertdə çıxış edən Əminə xanım Musayevanın rəhbərlik etdiyi 2 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin kollektivinə təşəkkür edir!
Qeyd edək ki, qala-konsert Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində keçirilib.