Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Понедельник, 10 Июнь 2019 12:08

Uşaqların ifasında “Şənlən, mənim xalqım” konserti təqdim olundu

kaspi esasOqtay Zülfüqarovun 90 illik yubileyi qeyd edildi

Onun mahnıları ilə böyüdük, boy atdıq, o mahnılar dilimizin əzbərinə çevrildi. İndi isə həmin mahnılar övladlarımızın dillər əzbərinə çevrilib. Yazıçı, rejissor, uşaq mahnılarının bəstəkarı, bir sözlə, yaradıcı insan olan Oqtay Zülfüqarov 3 ildir ki, aramızda yoxdur. Ancaq onun yoxluğu o qədər sezilmir. Çünki özündən sonra bizlərə mahnılarını, yetirmələrini ərmağan qoyub.

 

 

FOTOQALEREYA

 

İyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun anım gecəsi keçirildi. Uşaqların ifasında bəstəkarın mahnıları ifa olundu, yox təkcə ifa olunmadı, eyni zamanda peşəkar səviyyədə səhnələşdirildi. Bir sözlə, "Şənlən, mənim xalqım” konsert böyük maraq doğurdu.

"ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova çıxışında bildirdi ki, 500-dən artıq bəstələdiyi uşaq mahnıları ilə neçə-neçə nəslin qəlbinə yol tapmış Oqtay Zülfüqarov uşaqlıqdan onun qəlbinə yol tapıb: "Bizim üçün Oqtay baba olub. Biz onun mahnılarının sədaları altında böyüyüb formalaşmışıq. Mayın 31-də Oqtay müəllimin ad günüdür və həyatda olsaydı onun yubileyini, yəni 90 yaşını qeyd edəcəkdik. Uşaq musiqi dünyasını rəngarəng və ecazkar əsərləri ilə zənginləşdirən bu böyük şəxsiyyəti yad etməklə, onun uşaq mahnılarını bir daha gündəmə gətirməyi mənəvi borcumuz hesab edirik. Oqtay müəllimi özümüz üçün bir tərəfdaş, dost, müəllim kimi 2010-cu ilin sonunda aşkar etmişik. Çünki o zaman biz uşaqların mənəvi-mədəni tərbiyələndirilməsi sahəsində müəyyən boşluqları aşkar etdik və həmin istiqamətdə fəaliyyətə başladıq. Bu gün bir daha onu yad etmək, neçə-neçə nəslin dillər əzbəri olmuş mahnıları dinləmək üçün burdayıq. Biz bu layihəni gerçəkləşdirməklə, Oqtay müəllimin əziz xatirəsini yad etmək və təkrarolunmaz əsərlərini bir daha gündəmə gətirib onlara yeni nəfəs vermək istədik”.

Qala-konsertin iştirakçıları olan 2 və 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzləri, Respublika İncəsənət Gimnaziyasının mahnı və rəqs kollektivlərin rəngarəng və maraqlı çıxışları tamaşaçılara əsl bayram ab-havası yaşatdı.

Bəstəkarın dillər əzbəri olan "Yaz gəlir”, "Maşınımı sürürəm”, "Qucağında nənə, sən”, "Lavaş”, "İdman”, "Futbolçular”, "Sərçə”, "Can nənə”, "Qonaqlıq”, "Nağara”, "Göy Xəzər”, "Gözəl Bakı”, "Bayraq”, "Gözəl Vətən”, "Ad günü”, "Haralısan deməyin” və digər mahnıları yeni aranjemanda səsləndi. Sonda isə qala-konsertin bütün iştirakçıları bəstəkarın "Musiqi bayramı” mahnısını birgə ifa etdilər.

Qala-konsertdə rəsmi dövlət qurumlarının təmsilçiləri, tanınmış incəsənət xadimləri, bəstəkarın ailə üzvləri, ictimai təşkilatlar, mətbuat nümayəndələri və nəhayət O.Zülfüqarovun ən balaca və sevimli tamaşaçıları iştirak edirdi.

Konsertdə iştirak edən müəssisələrin rəhbərləri diplomla təltif edildi. AMK tərkibində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova konsertin ona böyük zövq bəxş etdiyini, İradə xanımın üzərinə böyük yük götürdüyünü və bu məsuliyyətin öhdəsindən peşəkar səviyyədə gəldiyini dedi: "Bu gün İradə Yaqubovanın təşkilatçılığı ilə möhtəşəm bir konsert izlədik. Oqtay Zülfüqarovun Azərbaycanın ictimai həyatındakı yeri, milli musiqimizin təbliği, gənc nəslin mədəni-mənəvi inkişafı, layiqli vətəndaş kimi formalaşması istiqamətindəki fəaliyyətinə nəzər salsaq, onun əziz xatirəsini yaşatmaq üçün həyata keçirilən bu layihəni alqışlayıram”.

Qeyd edək ki, qala-konsert "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində təşkil olunmuşdu.

Konsert proqramı bildiyiniz normal standartlar çərçivəsində deyil, ailə tədbiri olaraq qeyd edildi. Belə ki, ailə bayramı əhval-ruhiyyəsi konsertin hər anında hiss edilirdi. Burada təkcə valideynlər deyil övladları, həyat yoldaşları, nənələr, babalar da iştirak edirdi. İnsanlar ailəvi şəkildə uşaq bayramında iştirak edir, səslənən musiqi sədaları altında özləri də uşaqlıq illərinə qayıtmış olurdular. Konsertdə iştirak edən O.Zülfüqarovun ailəsinin sevincinin isə həddi hüdudu yox idi. Onlar böyük coşqu ilə mahnıları dinləyir, səhnədə çıxış edən uşaqları ürəklə alqışlayırdılar. Qəribə də orası idi ki, elə zənn etdim ki, sanki O.Zülfüqarov orada idi. Özü kənardan mahnıları dinləyir, uşaqların ifasında möhtəşəm hazırlanmış konsertdən zövq alırdı.

Qala-konsertin rejissoru Leyla Zülfüqarova, musiqi rəhbəri bəstəkar Cahangir Zülfüqarov idi. Konsertdə səslənən mahnıların demək olar ki, hamısı yeni aranjeman olunmuşdu. Sanki onlara yenidən həyat verilmişdi. Səslənən mahnılar isə teatral formada təqdim edilirdi. Konsertdə iştirak edən hər bir ailə məmnun görünürdü.

Xəyalə ELGÜN

Прочитано 1756 раз