Oqtay Zülfüqarovun 90 illiyi dövlət səviyyəsində qeyd olunacaq
Mayın 31-də Azərbaycan Xalq artisti, “Şöhrət” ordenli bəstəkar Oqtay Zülfüqarovun anadan olduğu gündür və bununla bağlı Bakıda bəstəkarın 90 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək. Bu barədə məlumat Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi saytında dərc olunub.
Belə ki, mayın 31-də saat 12.00-da İkinci Fəxri Xiyabanda Oqtay Zülfüqarovun doğum günündə musiqi ictimaiyyətinin iştirakı ilə məzarı ziyarət olunacaq. Həmin gün saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkarın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Rauf Abdullayev), solistlər - Əməkdar artist Aleksey Miltıx (violonçel), Əminə Zülfüqarova (fleyta) və başqaları iştirak edəcəklər.
4 iyun 2019-cu il tarixində saat 19.00-da ELS Müstəqil Araşdırma Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət qala-konsert keçiriləcəkdir.