Azərbaycanın 10 milyonuncu sakininin doğum haqqında şəhadətnaməsi onun valideynlərinə təqdim olunub
Aprelin 6-da dünyaya gələn 10 milyonuncu Azərbaycan vətəndaşı Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsi onun valideynlərinə təqdim olunub. Trend-in məlumatına görə, şəhadətnamə Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayonunun qeydiyyat şöbəsində təntənəli şəkildə təqdim edilib.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Respublika Perinatal Mərkəzinə gələrək 10 milyonuncu sakin Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüb. Görüşdə Mehriban Həsənovanın hesabına vəsait köçürüldüyü bildirilib və sertifikat təqdim olunub.
Bundan başqa, uşağın valideynlərinə dövlət tərəfindən mənzil hədiyyə olunub. Onlara mənzilin çıxarışı və hədiyyələr də təqdim edilib.