Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Понедельник, 25 Февраль 2019 13:47

Zəhra Salmanlı: İranda yarışda Azərbaycan bayrağının Ermənistan bayrağı altından asılmasına etirazım Vətənə sevgimdən irəli gəlib

zahra salmanliİranda keçirilmiş karate üzrə beynəlxalq yarışda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz etməyim Vətənə və bayrağımıza olan sevgimdən irəli gəlib.Bunu Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi, İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda bayrağımızın Ermənistanın bayrağı altından asılmasına etiraz edən Zəhra Salmanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasını görən kimi bu barədə ilk olaraq, onunla birgə həmin ölkəyə səfər edən nənəsinə məlumat verib. Daha sonra isə komanda üzvləri ilə birlikdə yarış təşkilatçılarına müraciət ediblər: “Bayrağın belə asıldığını ilk olaraq, mən gördüm. Daha sonra komanda yoldaşlarım Ulvira və Elnaz da mənə dəstək oldular. Birlikdə təşkilatçılara yaxınlaşaraq bildirdik ki, əgər bayrağın yeri dəyişdirilməsə, biz yarışda iştirakdan imtina edəcəyik. Təşkilatçılar bizim bu sözlərimizə hörmətlə yanaşdılar və bunun səhvən bu şəkildə asıldığını, səhvin aradan qaldırılacağını söylədilər”.

Z.Salmanlının atası Mirhəbib Salmanlı qeyd edib ki, övladının bu hərəkəti fərəhləndiricidir və onun üçün qeyri-adi hal deyil: “Mən hesab edirəm ki, Vətəni sevən hər bir azərbaycanlı belə vəzyyətlə qarşılaşsaydı, bu cür hərəkət edərdi. Ona görə də Zəhranın bu etirazını normal qarşılayram. 10 yaşlı Zəhranın bayrağımıza qarşı belə diqqət göstərməsi onu göstərir ki, bizim övladlarımız, Azərbaycan uşaqları Vətənə sevgi ilə böyüyürlər. Biz bununla fəxr edirik”.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Z.Salmanlı İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. Azərbaycan bayrağının yeri dəyişdirilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Nəticədə bayraq fərqli və daha uyğun yerdə asılıb.

Erməni rəqibini isə mütləq üstünlüklə məğlub edən Z.Salmanlı turnirdə bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Прочитано 1731 раз