Вторник, 19 Февраль 2019 15:59
Təhsili qızıl medalla başa vuranlar ali məktəblərə qəbul imtahanından azad oluna bilər
Azərbaycanda orta təhsilini qızıl medalla başa vuran məzunlar ali məktəblərə qəbul imtahanından azad olunacaq. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsində bildirilir ki, təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.
Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.