Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 08 Июнь 2017 20:59

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Salyanda dəyirmi masa keçirdi

2017.06.08İyunun 8-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsi çərçivəsində Salyan şəhərində dəyirmi masa keçirdi.

Yerli icra hakimiyyəti, icma üzvləri, ilk peşə təhsili lisey və məktəbləri, orta təhsil məktəbləri, valideynlər və şagirdlərin birgə iştirakılə keçən tədbirdə layihənin rəhbəri İradə Yaqubova ilkin mərhələdə Salyan, Cəlilabad və Bərdə rayonlarında monitorinqlərin keçirildiyini, sənətkarların fəaliyyəti ilə bağlı videoçəkilişlərin aparıldığını bildirdi

FOTOQALEREYA

Onun sözlərinə görə, bu gün peşəkarlar əsasən sovet dövründə formalaşan şəxslərdir. Bir neçə ildən sonra onlar yerini kimlər tutacaq? -sualını verən İ.Yaqubovanın qənaətinə görə, bu sahədə aparılan köklü islahatlarla yanaşı cəmiyyət üzvlərinin peşə təhsilinə münasibətini dəyişdirmək lazımdır ki, gənclərin peşə məktəblərinə marağı və inamı artsın. Həmçinin, orta məktəblərlə ilk peşə məktəbləri arasında əməkdaşlıq əlaqələri gücləndirilməlidir.

Ekspert Orxan Cabbarlı peşə təhsilinin təbliğinin gücləndirilməsinin zəruriliyindən danışarkən, müəyyən ixtisaslarla bağlı şagirdlərdə təəssuratlar yaratmaq məqsədilə layihə çərçivəsində videoçarxların hazırlandığını dedi. Regionlarda orta məktəblərlə peşə liseyləri arasında qarşılıqlı əlaqənin lazımi səviyyədə olmadığını, peşə ixtisaslarına marağın azlığını dilə gətirən ekspert bu sahədə ciddi addımların atılmasının vacibliyini vurğuladı. Sözügedən videoçarxlar nümayiş olunandan sonra tədbir iştirakçıları arasında mövzu ilə bağlı fikir mübadiləsi aparıldı. 

Прочитано 4164 раз