Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Воскресенье, 06 Ноябрь 2016 23:46

“Azərbaycanda yaşayan milli azlıqlar bizim sərvətimizdir”

2016.11.05“ELS” İctimai Televiziyada “Multikultural dəyərlər Azərbaycan ailəsi müstəvisində” mövzusunu təqdim etdi 

Noyabrın 4-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İTV-nın “Addım-addım” verilişində müzakirələri davam etdirdi. 

 

FOTOQALEREYA VİDEO

Ekspertlər, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri, layihənin rəhbəri İradə Yaqubova, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, ilahiyyətçi Ağa Hacıbəyli və araşdırmaçı-jurnalist Niyaz Niftiyev “Multikultural dəyərlər Azərbaycan ailəsi müstəvisində” mövzusu ətrafında fikir mübadiləsi apardılar.  

Layihənin rəhbəri İ.Yaqubova müzakirəyə çıxarılan məsələnin təsadüfi olmadığını, 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Multikulturalizm ili”nin elan olunması və bu istiqamətdə görülən bir sıra mühüm işlər, o cümlədən beynəlxalq konfransların keçirilməsi, həmçinin Azərbaycanın illər boyu tolirantlığı üstün tutaraq dünyaya multikultural dəyərlər yayması ilə bağlı olduğunu bildirdi. Onun fikrincə, multikulturalizmin əsasını özündə dözümlülüyü ehtiva edən tolirantlıq təşkil edir ki, bu da ilk növbədə ailədə formalaşmalıdır. “Ailə problemlərindən danışarkən, həm tolirantlığı və dözümlülüyü, həm də multikurtural dəyərləri kənarda qoya bilməzdik”- deyə, ekspert vurğuladı.      

Araşdırmaçı-jurnalist N. Niftiyev multikulturalizm terminin yeni olmasına baxmayaraq, illər boyu Azərbaycanda yaşayan milli azlıqların bütün tərəflərinin tədqiq olunduğunu və bu sahədə ölkəmizdə heç bir münaqişə yaşanmadığını bildirdi. Onun sözlərinə görə, Azərbaycanda multikulturalizm tarixən formalaşıb, Avropa isə miqrasiya nəticəsində. “Azərbaycanda yaşayan milli azlıqlar bizim sərvətimizdir”, - deyə ekspert fikrini tamamladı.   

Professor G. Abdullazadə “Tariximizə nəzər salsaq görərik ki, gənc Azərbaycan dövləti formalaşanda onun tərkibində müxtəlif xalqlar vardır”, - deyə bildirdi. Dahi bəstəkar Üzeyir Hacıbəylidən danışan ekspert söylədi ki, o, müxtəlif millətlərin nümayəndələrini Konservatoriyaya dəvət etdi ki, gənclərimiz səviyyəli və keyfiyyətli təhsilə yiyələnsinlər. Bu uğurlu siyasət nəticəsində istər musiqi, istərsə də incəsənətin digər sahələrində böyük uğurlar qazanıldı və bu gün Azərbaycanı dünyada təmsil edən başqa xalqların nümayəndələri var.  

İlahiyyətçi A.Hacıbəylinin fikrincə, dinlərin dialoqu olmadan mədəniyyətlərin müxtəlifliyini qorumaq və tolerantlığı təmin etmək mümkün deyil. “Dinimizin kamilliyi, düzgün təmsil və təbliğ edilməsi və zaman-zaman Azərbaycan övladlarının böyük fədakarlığı nəticəsində bu zəmində münaqişənin olmamasını islam və bütövlükdə dünya ölkələrinə təqdim edəcəyimiz dəyərlər sırasına aid edə bilərik”. Onun qənaətinə görə, ölkəmizdə mənəvi və milli dəyərlər sintez şəklini alıb və insanı insan edən dəyərlər vardır.

Sonra verilişdə milli azlıqların məskünlaşdığı bölgələdən onların həyat tərzləri, adət-ənənələri, azərbaycanlılarla bir ailə kimi yaşamlarına dair reportajlar təqdim olundu.   

Qeyd edək ki, “Addım-addım” verilişində “ELS”-ın layihəsi bununla başa çatdı və növbəti sonuncu mövzu İctimai Televiziyanın “Açıq dərs” verilişində müzakirəyə çıxarılacaqdır.   

Прочитано 5417 раз