“ELS” təbrik edir!!!
Avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın doğum günüdür. Mehriban xanımın çoxşahəli fəaliyyəti, o cümlədən ölkəmizin təhsil sisteminin inkişafı, dünyada milli-mədəni irsin qorunması və təbliği ilə bağlı xidmətləri, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmləndirilməsi üzrə görülən işlər daim onu ölkə və dünya mətbuatının gündəmində saxlayır. Çoxşahəli fəaliyyətinə görə bir çox beynəlxalq mükafatlara layiq görülmüş Mehriban Əliyeva ötən gün Bolqarıstanın Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunması və təşviqində böyük töhfəsi və iştirakına görə bu şəhərin fəxri vətəndaşı seçilmişdir.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi - İctimai Birliyinin kollektivi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona cansağlığı, xoşbəxtlik, və Azərbaycan xalqının rifahı naminə çoxşaxəli və mühüm fəaliyyətində uğurlar arzulayır.