Среда, 11 Май 2016 18:32
“ELS” ANS telekanalının canlı efirində
Sabahın gəlinlərini məhv etməyin
Mayın 11-də "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri İradəYaqubova ANS telekanalının“Deməsək olmaz” verilişinin qonağı olmuşdur.İradə İsaqın apardığı verilişdə bu gün Azərbaycanda qadın diskriminasiyası, doğulan uşaqların cinslərinə görə yaranmış mövcud vəziyyət müzakirə olunmuşdur. Qonaq qismində verilişdə İradə Yaqubova ilə yanaşı AMEA-nın Fəlsəfə və Hüqüq İnstitutunun əməkdaşı Zeynəddin Şabanov, Tibb Universitetinin “Mamalıq və ginekologiya” kafedrasının professoru Şahbaz Şahbazov və psixoloq Lalə Əhmədova iştirak etmişlər. Canlı efir gərgin müzakirələr ilə yadda qalmışdır.