Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 04 Июнь 2015 13:05

“Uşaqların asudə vaxtının təşkili” İctimai Televiziyanın efirində

03.06.2015İyunun 3-də İctimai Televizyanın “Açıq dərs” verilişində “ELS" Müstəqil Araşdırmalar Mərkəzi - İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Uşaqların asudə vaxtının təşkili” mövzusu müzakirə olunub. 

Ekspertlər “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil Nazirliyinin təmsilçisi Maral Salmanova, Təhsil nazirliyinin tabeliyində olan Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru, əməkdar müəllim Lalə Qəti və Bakı şəhəri 34 saylı Texniki Yaradıcılıq  Mərkəzinin direktoru Həsən Qaralov, həmçinin studiyanın qonaqları Azərbaycanda fəaliyyət göstərən məktəbdənkənar mərkəzlərin direktorları və şagirdləri mövzu ilə bağlı bir sıra aktual məsələlərə toxunmaqla tamaşaçılara maraqlı anlar yaşadıblar.

FOTOQALEREYA

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova bildirdi ki,  uşaqların asudə vaxtının səmərəli təşkilindən onların gələcəyə düzgün istiqamətləndirilməsi başlayır. Uşaq yaradıcılıq mərkəzlərində peşəkar müəllimlərin köməyilə uşaqların bilik və bacarıqları üzə çıxır və s. Onun sözlərinə görə, “ELS” 2011-ci ildən uşaq kollektivləri ilə əməkdaşlıq edir və hər zaman  Azərbaycanda və xaricdə uğurla çıxış edən, Vətənə müxtəlif diplom və mükafatlarla qayıdan uşaq yaradıcılıq kollektivlərinin yetirmələrinə dəstəkdir. Həmin uğurlar haqqında məlumat mütəmadi olaraq meneviservetimiz.az portalında yerləşdirilir. Bundan başqa valideynlər həmin saytda Azərbaycanda fəaliyyət göstərən uşaq yaradıcılıq mərkəzləri haqıında dolğun məlumat əldə edə bilərlər.  

Təhsil Nazirliyinin təmsilçisi Maral Salmanovamüxtəlif yönümlü 368 uşaq yaradıcılıq mərkəzlərinin əsas fəaliyyət istiqamətlərindən söhbət açaraq, uşaqların istedadlarının üzə çıxarılması, orta məktəblərlə aldıqları bilik və bacarıqların daha da təkmilləşdirilməsi, asudə vatının səmərəli təçkili baxımından həmin müəssisələrin son dərəcədə aktual və vacib olduğunu dedi. Orada çalışan pedaqoqlar və ümumiyyətlə həmin dərnəklər uşaqların müstəqil həyata hazırlanması istiqamətində böyük rol oynayır.

Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qətirəhbərlik etdiyi qurumda 28 dərnəyin fəaliyyət göstərdiyini bildirdi. “Bu gün uğurlarımız çoxdur, çünki bizim mərkəz nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da ölkəni layiqincə təmsil edir” - deyə, ekspert söylədi. Onun sözlərinə görə, artıq 10 ildir ki bu Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar məşğul olur, xüsusən də, eşitmə və danışma qabiliyyəti məhdud olanlar. Bu yaxınlarda sərgi təşkil olunmuşdur ki, onlar deyə bilmədiklərini rəsm əsərlərində göstərə bilsinlər.  

Bakı şəhəri 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətlərindən danışdı. Onun sözlərinə görə, dövlət tərəfindən dəstək olmasa heç bir mərkəz fəaliyyət göstərə bilməz. “Bizim şagirdlər daim ölkədə və kənarda keçirilən yarışmalarda uğur nümayiş etdirir. Məsələn, ötən il Türkiyədə bilik yarışması keçirilirdi və bizim yetirməmiz böyük uğura imza atdı”, - deyə H.Qaralov əlavə etdi. 

Müzakirələr zamanı Azərbaycanda fəaliyyət göstərən məktəbdənkənar mərkəzlərin direktorları təmsil etdikləri qurumların uğur və problemlərindən söhbət açıblar. 

Прочитано 2304 раз