Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 21 Май 2015 04:06

ELS-ın layihəsi teleməkanda davam edir

20.05.2015“Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması” mövzusu gündəmə çıxarıldı

Mayın 20-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişinin  növbəti buraxılışı yayımlandı.

“Açıq dərs” studiyanın ekspertləri “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru İradə Yaqubova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Aynur Veysəlova, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmov və Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı “Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması” mövzusu ətrafında maraqlı müzakirələr aparmışlar. Müzakirələrdə orta ümumtəhsil məktəblərinin psixoloqları və ali təhsil ocaqlarının tələbələri iştirak etmişlər. 

FOTOQALEREYA

Layihənin rəhbəri İradə Yaqubova mövzunun qədim və eyni zamanda aktual olduğunu vurğuladı. O, hələ 17-ci əsrdə yaşamış Yan Amos Kamenskinin təkidlə dediyi fikri sitat gətirdi: “Təbiətə uyğunluq var, necə təbiətdə hər bir şey öz axarı ilə gedir və vaxtında baş verirsə, tərbiyə-təlimdə də uşağın yaşı mütləq nəzərə alınmalıdır”. İ.Yaqubova valideynlərin uşağın keçid dövlərinə uyğun hərəkət etmələrinin vacibliyindən danışdı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Aynur Veysəlova mövzunun aktual olduğunu və bu gün nigah və boşanmaların dinamikasına görə, ortaya müxtəlif sualların çıxdığını bildirdi. “Nə üçün bu qədər boşanma halları və onlardan əziyyət çəkən uşaqlar var? Bu gün biz yetkinlik yaşına çatmayan uşaqların cinayətə sövq olunduğunu yaxud çətin tərbiyə olunan uşaqlara çevrildiyini görürüksə, deməli burada boşluqlar var ki, onlar da ailədaxili münasibətlərin düzgün tənzimlənməməsindən irəli gəlir. Mən bu məsələdə İradə xanımla tam razıyam ki, bu, uşaqların müxtəlif yaş dövrlərində yaşadıqları psixoloji durumla bağlıdır. Bu məsələdə valideynlər və sosial mühit vacib rol oynayır.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmovun qənzətinə görə, uşağın tərbiyə prosesindəməktəbdən öncə uşaq bağçalarının olduğunu və onların işinə xüsusi diqqət ayrılmalıdır. Ailə daxilində problem varsa, məsələn xəstə ana, yaxud valideynlərin konflikti, uşaqların fikri evdə qalır ki, bu da onlara psixoloji təsir göstərir və tədris prosesindən geri qalırlar. Gəldiyimiz qənaət budur ki, ailəyə sistem şəkildə yanaşılmalıdır. “Belə hallar olur ki, valideyn uşağın evə gec gəldiyindən şikayət edir və biz uşaqla söhbət zamanı öyrənirik ki, o evə gec gələndə ata evə tez gəlir və əksinə...”, - deyə ekspert bildirdi.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı hər bir uşağın özünə görə fərqli olduğunu dedi. Bəzən valideynlər övladına lazımi diqqət ayırmır, halbuki, uşaqla vaxtında məşqul olmaq lazımdır. “Uşaqda ən böyük problem bəzən sosial uyğunlaşma bacarığının olmamasıdır və valideynlər gözləməməli, çıxış yolu axtarmalıdır. İndi imkanlar çox genişdir, məsələn internet. Qoy bu internet, sosial şəbəkələrdə yaradılan qruplar bilik mənbəyi olsun”- deyə, ekspert qeyd etdi.

İradə Yaqubova “ən dəhşətlisi odur ki pedaqogikanı insan haqqında yox, uşaq haqqında elmə çevirirsən” - deyə, pedaqoq və içtimai xadim Yanuş Korçakın deyimini xatırlatdı. Onun fikrincə, uşağa uşaq kimi deyil, şəxsiyyət və eyni zamanda valideyn övladınıa dəyərli məsləhət verən dost kimi yanaşmalıdır.

Sonra müzakirələrə studiyanın qonaqları, o cümlədən məktəb psixoloqları və tələbələr qatıldı.  

Прочитано 2093 раз