Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 06 Ноябрь 2014 15:17

Təhsil Nazirliyi: Azərbaycanda nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirlər

Nagiyev“Azərbaycanda eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi və məktəb direktorları tərəfindən müəyyən şagirdlərlə bağlı məlumatların gizlədilməsi hallarına rast gəlinir. Təhsil Nazirliyində həmin məktəb direktorları ilə bağlı məlumatlar var”. APA-nın xəbərinə görə, bunu nazirlikdə keçirilən mətbuat konfransında İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

O bildirib ki, hətta nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirlər: “Bununla bağlı daha çox təbliğatı işlər görülməlidir. Azərbaycanda 4500-dən çox məktəb var. Təhsil Nazirliyinin resursları bütün məktəblərdə nəzarət etmək imkanı vermir. Şagirdlərin dərsə getməməsi halları isə daha çox kənd məktəblərində baş verir. Yəni uşaqlar dərsdən yayınaraq müxtəlif təsərrüfat işləri ilə məşğul olurlar”.

Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev isə bildirib ki, bu il təhsildə müəyyən ikili hallara yol verilməsi müşahidə olunub. Onun sözlərinə görə, onların siyahısı nazirlikdə var və hazırda təhlil gedir: “Elə hallar var ki, bir şagird iki məktəbdə qeydiyyatdan keçir. Əgər şagirdlər iki yerdə qeydiyyata düşürsə, onlar araşdırılır. Bundan əlavə, bir çox başqa hallar da var. Bəzi valideynlər müəyyən yaşdan sonra övladlarının məktəbə getməsini istəmir. Əgər valideynlər övladlarını məktəbə getməyə qoymurlarsa, Təhsil Nazirliyi bununla bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edə bilər”.

Прочитано 1801 раз