Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Среда, 27 Август 2014 10:48

Prezident İlham Əliyev Bakıdakı 23 nömrəli orta məktəbin binasının əsaslı yenidənqurma işlərindən sonra açılışında iştirak edib

Ilham Aliyev Mekteb AcilishiAzərtac xəbər verir ki, avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonundakı 23 nömrəli tam orta məktəbin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər. Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bu sahələrin tərəqqisi isə öz növbəsində ölkəmizin sürətli inkişafına töhfəsini verir. Azərbaycan dövlətinin reallaşdırdığı siyasətin əsasında duran prioritetlərdən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.

Təhsilin yeni mərhələyə qədəm qoyması, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır. Beləliklə, son illərdə ölkədə yüzlərlə məktəb binası və əlavə korpuslar tikilib, minlərlə məktəb binası əsaslı təmir edilib.
23 nömrəli tam orta məktəbin binasının əsaslı surətdə yenidən qurulması bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bu işlər həm də onu göstərir ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri hər il olduğu kimi, bu il də davam etdirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Eyni zamanda, burada müəllim kollektivinin yüksək səviyyədə çalışması üçün bütün imkanlar var.
Hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illər təhsilin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi, müxtəlif proqramların icrası bu sahənin maddi-texniki bazasının müasirləşməsinə geniş imkanlar açıb.
23 nömrəli tam orta məktəb, ilk növbədə, peşəsinə vurğun pedaqoji kollektiv və böyük uğurlar qazanmış məzunları ilə seçilib. Məhz bu amil məktəbin təhsil konsepsiyasında uğura nail olmasına imkan yaradıb. Təsadüfi deyil ki, bu məktəb təlim-tərbiyə prosesində həmişə qabaqcıllar sırasında olub, kreativ ideyaların və təşəbbüslərin reallaşmasında hər zaman mühüm rol oynayıb. Dünya Təhsil İttifaqının Azərbaycanın Təhsil Nazirliyi ilə birgə beynəlxalq aləmdə savadsızlığın ləğvinə həsr edilmiş “Kitabların açılması qapıların açılması deməkdir” devizi altında keçirdiyi tədbir də məhz 23 nömrəli məktəbdə reallaşıb. Məktəb 1899-cu ildən fəaliyyət göstərir. Həmin il ibtidai məktəbdə 42 oğlan, 8 qız olmaqla cəmi 50 şagird təhsil almışdır.
Dövlətimizin başçısı və xanımı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Təhsil naziri Mikayıl Cabbarov məktəbdə görülən əsaslı yenidənqurma işləri ilə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Bu təhsil ocağının yenidən qurulmasına dövlətimizin başçısının Sərəncamı ilə 2012-ci ildən başlanılıb. Məktəbin binası tamamilə sökülərək yerində müasir və memarlıq baxımından zövq oxşayan altımərtəbəli bina inşa olunub.
Foyedə ulu öndər Heydər Əliyevin büstü və Azərbaycan bayrağı qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin təhsilə qayğılarını əks etdirən fotostendlər yaradılıb.
Məktəbdəki Heydər Əliyev Muzeyi də eksponatlarının zənginliyi ilə seçilir. Burada Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı fotolar, sənədlər və kitablar toplanıb. Təhsil ocağında, həmçinin məktəbəqədər hazırlıq kursları da nəzərdə tutulur. Hazırda məktəb 2163 şagird yerlikdir. Yenidənqurmadan əvvəl isə bu təhsil ocağı cəmi 500 yerlik olub. Burada 80 sinif otağı və 11 fənn kabineti var. Məktəb ingilis dili təmayüllüdür. Burada iki xarici dil tədris olunur. Rus bölməsində alman, Azərbaycan bölməsində isə rus dili tədris ediləcək. Hazırda məktəbdə 64 sinif var.
Azərbaycanda təhsil sisteminin inkişafına mühüm töhfələr verən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu məktəbin yenidən qurulması prosesini daim diqqətdə saxlayıb. Ötən il iyunun 11-də Azərbaycanın birinci xanımı burada aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub, tövsiyə və təkliflərini verib. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsili üçün hər cür şərait yaradılıb. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Bu təhsil ocağında müasir havalandırma və işıqlandırma sistemləri qurulub. Burada məktəbin muzeyi də yaradılıb. Muzeydə məktəbin direktorları, məzunları və bu təhsil ocağının əldə etdiyi nailiyyətlərlə bağlı maraqlı məlumatlar var.
23 nömrəli məktəb həmişə öz məzunları ilə fəxr edib. Məzunlar arasında bu gün təhsil konsepsiyasının reallaşmasına önəmli töhfə verən, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da var. 1982-ci ildə bu təhsil ocağını qızıl medalla bitirən Mehriban Əliyeva 2002-ci ildə ona doğma olan pedaqoji kollektivi xoş əməli ilə sevindirib. Təhsil ocağının müasir standartlara uyğun yenidən qurulmasına kömək göstərib. 23 nömrəli məktəb 2003-2004-cü təhsil ilində təlim-tərbiyə prosesində yüksək göstəricilərə görə Bakı şəhəri üzrə ən yaxşı təhsil müəssisəsi adına layiq görülüb. Uzun müddət bu təhsil ocağı ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş Milli Qəhrəman Tahir Həsənovun adını daşıyıb.
Buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsindədir. Hazırda məktəbdə 1 növbədə həm Azərbaycan, həm rus bölməsi fəaliyyət göstərir. Yenidənqurma işləri çərçivəsində məktəbin sahəsi 7 min kvadratmetrdən 22 min kvadratmetrə çatdırılıb. Məktəbdə Mehriban Əliyevanın təşəbbüsü ilə şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq üçün rəsm, musiqi və heykəltəraşlıq otaqları yaradılıb. Məktəbdəki ibtidai hərbi hazırlıq dərsləri üçün xüsusi kabinet də ən yüksək standartlara cavab verir. Burada, həmçinin milli qəhrəmanların fotolarından ibarət stend də yaradılıb.
Təhsil ocağının gimnastika və idman zalları, kitabxanası, linqafon və kompyuter otaqları, tibb məntəqəsi var. 314 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar yaradılıb.
Dövlətimizin başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyaya tamaşa etdilər.
Sonra məktəbin şagirdləri Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ad günü münasibətilə təbriklərini çatdırdılar.
Beləliklə, məktəbdə yaradılan şərait bir daha sübut edir ki, bu təhsil ocağı bundan sonra da özünün yüksək göstəriciləri ilə milli təhsil sisteminə töhfəsini verərək tarixi şöhrətini qoruyub saxlayacaq. Təhsilin modernləşdirilməsi və bu sahədə mühüm keyfiyyət dəyişikliyinə nail olunması isə Azərbaycanın inkişafının uzunmüddətli olmasına möhkəm zəmin yaradır.

Прочитано 1662 раз
Другие материалы в этой категории: « Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib ELS təbrik edir! »