Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 02 Июль 2013 17:31

“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinə start verildi

r-17İyulun 2-də ELS-Müstəqil Araşdırmalar Mərkəzi Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə iyunun 1-dən həyata keçirilən layihə çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin təqdimatını keçirdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələri iştirak edirdi.

Uşaq mahnılarının gənc nəslin vətəndaş şüuru, dünyagörüşü, əxlaqi normalar və saf təfəkkürə malik olan cəmiyyət üzvü kimi formalaşması üçün mühüm olduğunu vurğulayan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova 3 ildən artıqdır ki gənc nəslin maarifləndirilməsi və problemlərinin araşdırılması istiqamətində keçirilən layihələr haqqında məlumat verdi. Onun sözlərinə görə 2011-ci ilin yanvar ayında ölkə üzrə aparılan rəy sorğusunun nəticələrindən məlum olmuşdur ki, uşaqların tərbiyyələndirilməsində və formalaşmasında zərurət təşkil edən uşaq mahnıları sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil.

Həmin araşdırmadan 2 ildən artıq müddətin keçməsinə baxmayaraq bu sahədə heç nəyin dəyişmədiyi dilə gətirdi. Bunu cari ilin iyun ayında Bakı və Sumqayıt şəhərlərində aparılan ictimai rəy sorğusunun nəticələri göstərir. Belə ki, 216 respondentin (49,4%-i kişilər, 50.6%-i – qadınlar; 27,3% - 25 yaşa qədər, 47,0% - 25-50 yaş arasında, 25,7% - 50 yaşdan yuxarı) rəy sorğusu birmənalı olaraq uşaqların təlim-tərbiyyəsində və formalaşmasında uşaq mahnılarının zəruriliyini, Azərbaycanda son illər yeni uşaq mahnılarının bəstələnməməsini səbəbindən bu sahədə vəziyyətin açınacaqlı olmasını qeyd etmişdilər. Respondentlərin 98,5%-i yeni uşaq mahnılarının yaradılmasının zəruri olduğunu, yalnız 1,5%-i buna ehtiyac görmədiklərini bildirmişlər. Yeni uşaq mahnılarına bu gün cəmiyyətin təlabatının olduğunu deyənlərin 84,8%-i uşaq mahnılarının gənc nəslin tərbiyələndirilməsində, 60,6% onların inkişafı üçün, 57,6% uşaqların dünyagörüçünə müsbət təsir göstərdiyini vurğulamışlar. Onların fikrincə, uşaq mahnıları sözləri və musiqisi sadə (83,3%), şən və oynaq (71,2%), müasir (43,3%), düşündürən (18,2%), ürəyəyatan (13,2%) olmalı və uşaqların şəxsiyyət kimi formalaşmasına (33,9%)  xidmət etməlidir. Mahnılar Vətənpərvərlik (75,8%), böyüklərə hörmət (63,6%), dostluq (54,5%), anaya/valideynlərə hörmət (40,9%), zəhməti/işgüzarlığı təbliğ etmək/peşələr haqqında məlumat vermək (39,9%), təbiət haqqında (33,7%) mövzulara həsr olunmalıdır.

Bunları nəzərə alan ELS AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsini elan edir. Azərbaycan tarixində ilk dəfə keçiriləcək uşaq mahnıları müsabiqəsinin təşkilat komitəsi və münsiflər qrupundan ibarət işçiira qrupu yaradılmış və müsabiqənin keçirilməsinin ilkin şərtləri müəyyənləşdirilmişdir. Belə ki, müsabiqədə peşəkarlarla yanaşı, həvəskar bəstəkar və şairlər də iştirak edə bilər. Müsabiqəyə təqdim olunan mahnılar uşaqların gündəlik həyatını, vətənpərvərliyi, dostluğu və sair mənəvi keyfiyyətləri əhatə etməli və müsabiqəyə qədər heç yerdə səslənməməlidir. Mahnı deviz altında not, audio yazı və yaxud canlı ifanın video və audio yazı şəklində təqdim oluna bilər. Təqdim olunan mahnıların münsiflər heyətində baxılması zamanı müəllifin anonimliyinə tam zəmanət verilir. Qaliblərin obyektiv şəkildə təyin olunması üçün seçilmiş mahnılar sosial şəbəkələrdə səsverməyə çıxarılacaq və qalib müəyyən edildikdə mahnılara şəbəkələrdə verilən səslər nəzərə alınacaqdır. Müsabiqənin qaliblərinin mükafatlandırlıması nəzərdə tutulmuşdur və qalib mahnılar müsabiqənin yekun konsertində səsləndiriləcək. Mahnılar 2013-cü ilin 30 sentyabr tarixinə qədər müsabiqənin təşkilat komitəsinə təqdim olunmalıdır. Müsabiqəyə təqdim olunmuş materiallar geri qaytarılmır.

Layihənin müzakirəsi zamanı maraqlı fikirlər və təkliflər səsləndi, məsələn, bəstəkar Oqtay Zülfüqarov 20 ildən artıqdır Azərbaycanda uşaq mahnılarının yazılmadığını və bu layihənin təqdirəlayiq olduğunu vurğuladı. Şair İlyas Tapdıq uşaq mahnıları sahəsində vəziyyətin acınacaqlı olduğunu və dönüş yaratmağın vaxtının çatdığını dilə gətirdi. Şair Vahid Əzizin qənaətinə görə, layihənin keçirilməsində məqsəd cəmiyyətdə tərpəniş yaratmaqdır, "bəlkə o vaxt imkanlı iş adamları oyanar və yeni mahnıların yaradılmasında maliyyə yardımı göstərər". Bəstəkarlar Gülər Həsənzadə və Nailə Mirməmmədlinin fikrincə, bu təşəbbüs hansısa bir başlanğıcdır. Onlar layihəyə dəstək verəcəklərini və yeni uşaq mahnılarının ərsiyə gəlməsi prosesində iştirak edəcəklərini söylədilər.

Qeyd edək ki, müsabiqənin ümumrespublika miqyasında ictimailəşdirilməsi üçün telekanallarda anons roliki nümayiş göstəriləcək, elektron və çap KİV-rin imkanlarından geniş istifadə ediləcək.

r-40 r-38 r-35
r-45 r-46 r-44
r-41 r-42 r-39
r-34 r-33 r-2
r-32 r-30 r-29
r-28 r-27 r-26
r-25 r-24 r-23
r-22 r-19 r-16
r-15 r-14 r-13
r-12 r-11 r-10
r-9 r-8 r-7
r-6 r-5 r-1
     
     
     

 

Прочитано 2221 раз