Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Суббота, 30 Март 2013 12:22

31 mart soyqırımı ilə bağlı Almaniya Bundestaqının spikerinə bəyanat ünvanlanıb

31 mart SoyqirimAvropa Azərbaycanlıları Konqresi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Almaniya Bundestaqının spikeri, professor Norbert Lammertə ünvanlanmış bəyanat qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir ki, 31 mart tarixində erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımdan 95 il ötür: “1918-ci ilin mart-aprel aylarında baş verən kütləvi qırğın zamanı silahlı erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetirib. Bakı, Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilib”.

Bəyanatda həmçinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutduğu və onların vəhşiliyi nəticəsində 613 nəfərin şəhid, 487 nəfərin əlil olduğu, 1275 nəfər dinc sakinin - qocalar, uşaqlar və qadınların əsir götürülərək ağlasığmaz zülmə və təhqirlərə məruz qaldığı da vurğulanıb.

Avropa Azərbaycanlıları Konqresi Almaniya Bundestaqını nüfuzlu beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirmiş Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpasına biganə yanaşmamağa çağırıb.

Прочитано 2016 раз