Əziz xanımlar!
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayır.
Azərbaycan qadını hər zaman parlaq həyat mövqeyi və yüksək fəallığı ilə seçilib. Bu gün də cəmiyyətimizin müasir simasının formalaşmasında Azərbaycan qadınının ictimai yeri və rolu danılmazdır. Yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirən qadınlarımız istər siyasət, istər iqtisadiyyat, elm, təhsil, biznes, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə böyük uğurlar qazanır, dövlətin rifahı üçün çalışırlar. Cəmiyyətdə sülh və əminamanlığı qoruyan, ailədə övladlarının tərbiyyəsi ilə məşqul olan Azərbaycan qadını həyatın ən gözəl nemətlərinə layiqdir.
Əziz xanımlar!
Arzu edərdik ki, bahar təbəssümü üzünüzdən əskik olmasın! Bayramınız mübarək!