“Hərəyə bir kitab” aksiyasına start verildi
“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun “Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqların Psixo-Sosial Reabilitasiyası Mərkəzi” keçən illərdə olduğu kimi 2013-cü ildə də “Hərəyə bir kitab” aksiyasına start verib. Aksiya nəticəsində toplanmış kitablar Fond tərəfindən müəyyən olunmuş valideyn himayəsindən məhrum uşaq evləri üçün nəzərdə tutulub.
Əsas məqsəd, internat uşaqlarını cəmiyyətin neqativ təzahürlərindən qoruyaraq kitablar vasitəsi formalaşdırmaq, mənəvi cəhətdən inkişaf etdirməkdir.
Aksiyaya qoşulmaq üçün 10 fevral 2013-cü il tarixə kimi “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fonduna ( Həsən Əliyev küçəsi 96, iş mərkəzinin 3-cü mərtəbəsi; tel/faks: (+99412) 564-10-38). Məsul şəxs: Günay Mövsümova (e-poçt: Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. ) müraciət edərək uşaq ədəbiyyatı, o cümlədən nağıl, şer kitablarını və s. maraqlı nəşrləri Fond vasitəsi ilə internat evlərinə bağışlaya bilərsiniz.