“Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq foto-müsabiqəsinin qaliblərinin sərgisi açılıb
“Park Bulvar” alış-veriş mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan İDEA kampaniyasının həyata keçirdiyi “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq foto-müsabiqəsinin qalib fotolarının sərgisi açılıb.
APA-nın xəbərinə görə, sərginin açılışında çıxış edən İDEA kampaniyasının layihələr üzrə meneceri Ramiz Babayev bildirib ki, təmsil etdiyi kampaniya gənclər arasında ətraf mühitlə bağlı maarifləndirici tədbirlərin aparılmasına, ekologiya problemlərini ailənin, cəmiyyətin və milli həyatın ayrılmaz tərkib hissəsinə çevrilməsi naminə fəaliyyət göstərir: “Layihə tanınmış fotoqraf Reza ilə əməkdaşlıq çərçivəsində həyata keçirilərək böyük marağa səbəb olub. Müsabiqədə 30-dan artıq ölkədən 1000-dən artıq foto iştirak edib.
Sərgi bir həftə ərzində Bakı sakinlərinin ixtiyarında olacaq. Bundan başqa, “Yer kürəsi uşaqların gözü ilə” foto-müsabiqəsinin qalib fotolarının əks etdirdiyi təbiətə “dost” mesajları 20-dən artıq saytda banner vasitəsilə sərgilənəcək.