Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 20 Сентябрь 2012 05:05

“ELS” Araşdırmalar Mərkəzi “Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu” mövzusunda konfrans keçirdi

20.09.2012“Gənc nəslin yetişdirilməsi gələcəyini düşünən hər bir xalq, hər bir dünyavi ölkənin strateji məsələlərindən biri və bəlkə də ən vacibidir”. Bunu sentyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq internet portalı resurslarını inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu” mövzusundatəşkil etdiyi tədbirdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bəyan edib.

 

 

FOTOQALEREYA

Son iki il ərzində bu istiqamətdə gördükləri işlər barədə məlumat verən qurum rəhbəri gənc nəslin vətəndaş cəmiyyətinin layiqli üzvü kimi formalaşması sahəsində vəziyyət və problemlərin araşdırıdığını, monitorinq və rəy sorğuları keçirildiyini, dövlət başçısına təkliflərlə 3 müraciətin edildiyini dedi. Bundan başqa, “ELS” Mərkəzi www.meneviservetimiz.az (əlavə ünvan www. educult.az) ünvanında Azərbaycan, rus və ingilis dillərində yaratdığı “Mənəvi Sərvətimiz” adlı Uşaq İnternet Portalında böyüyən nəslin mədəni-mənəvi tərbiyələndirilməsi üçün zəruri olan məlumat bazasını yerləşdirib. İ.Yaqubova sözügedən Portalın yekün prezentasiyasını da tədbir iştirakçılarına təqdim etdi.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov çıxışında dedi ki, Azərbaycan xalqı zəngin və qədim mədəniyyəti ilə dünya xalqları arasında özünəməxsus yer tutur. Dövlət və vətəndaş cəmiyyəti arasında tarazlıq mövcuddur və dövlət hər zaman vətəndaş cəmiyyəti ilə əlaqəli şəkildə mədəniyyət məsələləri ilə bağlı layihələr işləyir və müxtəlif qanunlar qəbul edir. Onun sözlərinə görə, bu gün qeyri-hökümət təşkilatları və vətəndaş cəmiyyətinin digər institutları Azərbaycan mədəniyyətinin inkişafı sahəsində müxtəlif təşəbbüs və layihələrlə çıxış edir.

Millət vəkili Musa Qasımlı Azərbaycanda son illər kitab və mütaliəyə marağın azalmasından və çıxış yolu kimi kitab sərgiləri və yarmarkaların keçirilməsindən, millət vəkili Kаmİlə Əliyeva uşaqlara bir fərd deyil, vətəndaş kimi yanaşmanın vacibliyindən, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov bu cür layihə və ictimai yanaşmalara dövlətin diqqət və dəstəyindən söhbət açdı. Şair Baba Vəziroğlu, yazıçı Çingiz Əlioğlu, şair Vahid Əziz, rejissor Şeyx Əbdül Mahmudbəyov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digər konfrans iştirakçıları layihə və mövzu ətrafında fikirlərilə bölüşdülər.  

Qeyd edək ki, Dəyirmi masa Heydər Əliyev Fondu, AzərbaycanRespublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, uşaq kitabxanaları və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, habelə yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələrinin iştirakı ilə keçirilib.

 

 

Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu

20 sentyabr 2012                                                                                                                              İradə Yaqubova

 

Gənc nəslin yetişdirilməsi gələcəyini düşünən hər bir xalq, hər bir ölkənin strateji məsələlərindən biri və bəlkə də ən vacibidir. Çünki ölkənin müqəddəratı bugünkü gənclərdən asılı olacaq və onların milli ruhda savadlı, dünyagörüşlü şəxsiyyət kimi formalaşması mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinə zəmindir. Azərbaycan gənclərinin II Forumunda ümummilli liderimiz “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”- deyə, gənclərə müraciət etmişdir. Həqiqətən də gənclik böyük qüvvədir və Heydər Əliyevin bu fikri hər zaman aktuallığını saxlayır və Azərbaycanın sabahı naminə hər birimizi bu sahədə müəyyən işlər görməyə çağırır.  

Artıq 2 ildir ki bu istiqamətdə ciddi işlər görən “ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilk olaraq 2011-ci ilin yanvar ayında ictimai əsaslarla “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsinə başlamışdır. Layihə çərçivəsində gənc nəslin vətəndaş cəmiyyətinin layiqli üzvü kimi formalaşması sahəsindəki vəziyyət və problemlər araşdırılmış, monitorinqlər və rəy sorğuları keçirilmiş, alınan nəticələr əsasında təkliflər hazırlanmışdır. Araşdırmalar 4 Dəyirmi Masada aidiyyətli dövlət qurumları və ictimaiyyətin iştirakı ilə müzakirə olunmuş, ölkə Prezidentinə təkliflərlə 3 müraciət edilmişdir. Bu müraciətlərdə yetişən nəslin mədəni inkişafına yönəlmiş qanunların qəbulu, Dövlət Uşaq Televiziya kanalının açılması, Müstəqil təşəbbüslərə Dövlət Dəstəyi Fondunun yaradılması və digər aktual məsələlər qeyd olunmuşdur. Araşdırmalar uşaqların mədəni inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən musiqi əsərləri (xüsusilə də, uşaq mahnıları), ölkə telekanallarında yayımlanan uşaq verilişləri, internetin imkanları və digər məsələləri əhatə etmişdir.

Mərkəz mövcud qanunvericilikdə uşaqlarla bağlı müəyyən boşluqların olduğunu nəzərə alaraq 2011-ci il aprelin 2-də təkliflər irəli sürmüşdür. Bunlardan biri 2011-ci ilin aprelin 2-də ölkə Prezidentinə uşaqların və yeniyetmələrin mədəni və mənəvi tərbiyələndirilməsinə dair “Uşaq Siyasətinə dair Milli Strategiya”nın işlənilməsi və geniş ictimai müzakirəsi və bu məqsədlə müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyətinin təmsilçilərini cəlb etməklə Koordinasiya Şurası və ya İşçi Qrupunun yaradılması təklifi olmuşdur.

İkinci mərhələdə ELS AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq internet portalı resurslarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Mənəvi Sərvətimiz” adlı Uşaq İnternet Portalını yaratmışdır. Layihə çərçivəsində böyüyən nəslin mədəni-mənəvi tərbiyələndirilməsi üçün zəruri olan məlumat bazası yaradılmışdır. Bu günə www.meneviservetimiz.az (əlavə ünvan www.educult.az) ünvanında yerləşən Portalın Azərbaycan, rus və ingilis dillərində səhifələri tərtib edilmişdir. Burada Azərbaycanla bağlı tarixi, coğrafi, sosial-iqtisadi, institusional və digər məlumatlar, uşaq və gənclərə aid qanunvericilik bazası, “Asudə vaxtının təşkili” bölməsində uşaqların mədəni inkişafı üçün yaradılmış şərait, ölkəmizdə fəaliyyətdə olan uşaq yaradıcılıq kollektivləri barəsində hərtərəfli informasiyanın yerləşdirilmişdir ki, bu da cəmiyyət üzvlərini, xüsusən də valideynləri uşaqların mədəni inkişafı üçün mövcud imkanlar barədə məlumatlandırmaq xarakteri daşıyır. 

“Musiqi əsərlər” bölməsində mahnılar, rəqslər, opera və operettalar, simfonik, instrumental və vokal əsərlər qruplarında Azərbaycan bəstəkarlarının əsərləri ilə bərabər dünya musiqi inciləri də yer almışdır. Böyüyən nəslin mədəni tərbiyələndirilməsi sahəsində bu günə mövcud problemlərdən biri kimi notların olmamasını nəzərə alaraq Portalda uşaq mahnılarının səslənməsi, yüklənilməsi ilə bərabər notlar və mətnlər, uşaqların ifasında ilk dəfə səsləndirilən Azərbaycan Respublikasının Dövlət Himni də yerləşdirilmişdir.  “Ədəbi əsərlər” bölməsində atalar sözü, klassik və çağdaş dövrlərə aid Azərbaycan və dünya yazarlarının nəsr və poeziya nümunələri yerləşdirilmişdir. Burada Azərbaycan dilində nağıllar, hekayələr və şeirlər bazası, “İlk qələmlər” bölməsində isə ədəbiyyat sahəsində ilk addımlar edənlər üçün yazılarını təqdim etmək imkanı yaradılmışdır. Rus və ingilis səhifələrində isə Azərbaycan yazarlarının əsərlərinin tərcümələri yerləşdirilmişdir. “Faydalı linklər” bölməsində kitabxanalar, muzeylər, teatrlar və rəsm qalereyası, “Nəşrlər” bölməsində isə incəsənət sahəsində nəşr olunmuş ədəbiyyat barədə məlumatlarla tanış olmaq olar. Statik məlumatlarla yanaşı burada ölkəmizin mədəni həyatında, xüsusən də uşaqlarla bağlı yeniliklər, tədbirlər, nailiyyətlər, həmçinin bu sahədə dünyada baş verən hadisələr əksini tapıb. Beləliklə, bu gün Azərbaycanda uşaqlar, valideynlər, uşaqlarla işləyən peşəkarlara və hər bir vətəndaşa maraqlı və faydalı olan, uşaqlarımızın hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına xidmət edən Portal fəaliyyət göstərir. Eyni zamanda ELS “Mənəvi sərvətimiz” silsilə görüşlərə cari ilin iyul ayının 19-da gənclərin şair Vahid Əzizlə görüşü ilə start vermişdir.  

Növbəti mərhələdə bilik mənbəyi olan, dünyagörüşünü genişləndirən, ünsiyyət bacarığını aşılayan, söz ehtiyatını artıran və sair imkanlara malik kitab mütaliəsi ilə bağlı araşdırmalar aparılmışdır. Monitorinqlər uşaqlar üçün ədəbiyyatın çox az yerdə satıldığını, satış yerlərinin kitab mağazaları və bəzi iri marketlərin olduğu, kitabların əsasən 500 nüsxədə buraxıldığını göstərib. Belə olduğu halda satışda olan çap məhsulları oxucu ordusunun artmasına təsir göstərə bilməz.

Kitabla təmasda olmaq həmçinin dövlət kitabxanalarında da mümkündür. Bu gün Azərbaycanda 3883 kitabxana fəaliyyət göstərir ki, onlardan 102-si uşaq kitabxanasıdır. Eyni zamanda 4516 orta təhsil məktəbinin kitabxanaları da nəzərə alınmalıdır. Zəngin kitab fonduna malik kitabxanalarda kitab bayramları, oxucularla görüşlər və sair tədbirlər keçirilir ki, bu da kitabın təbliğinə xidmət edir. Lakin rəsmi statistikaya əsasən kütləvi kitabxanalarda oxucularının sayı 2000-ci ildən 2011-ci ilə 12,4% azalmışdır. Maraqlısı odur ki, azalma əsasən şəhər oxucularının hesabına baş verir. Belə ki, səhər yerlərində oxucuların sayı 24,8%, kənd yerlərində isə 9,6% azalmışdır. 

Ümumiyyətlə, bu gün kitaba, bədii ədəbiyyata gənclər arasında münasibət necədir? ELS Bakı və Sumqayıt şəhərlərinin 8 ali təhsil ocağının 221 tələbələri arasında bədii ədəbiyyatın mütaliəsi və kitabxanalardan istifadəsi ilə bağlı rəy sorğusu keçirmişdir. Tələbələr digər həmyaşlıları ilə müqayisədə təhsil səviyyələrini artırmaq üçün kitaba daha çox müraciət edir. Bədii əsərin seçimi zamanı rəyi soruşulanların 21,6%-i – məhəbbət romanları, 17,5%-i – macəra, detektiv, 14,3%-i – tarixi, 13,4%-i – müasir həyat haqqında, 7,6%-i – nağıllar, 7,4%-i – fantastika, fentezi, 6,1%-i – yumor, 5,6%-i – poeziya, 3,2%-i – idman, 2,5%-i – yaşıdları haqqında mövzulara üstünlük vermişlər. Yalnız 0,8% respondent onlar üçün fərqi olmadığını bildirmiş, bədii ədəbiyyatın hansı formatına üstünlük vermələrinə gəldikdə çap formatını 79,6%, İnternetdən oxumağı isə 20,4% qeyd etmişlər.

Kitabsevərlər bədii ədəbiyyatın insana dünyagörüşünü artırmaq, məlumatlandırmaq (38,3%), söz ehtiyatlarını və nitq imkanlarını zənginləşdirmək (36,4%), digərləri ilə ünsiyyət qurmaq bacarığına və həyat təcrübəsinə yiyələnmək (11,2%), kamilləşmək və zehni inkişaf etdirmək (9,3%) və digər imkanları (4,8) bəxş etdiyini vurğulamışlar. 

Lakin mütaliəyə gəldikdə tələbələrin 10,6%-i tez-tez, 32,8%-i hərdən bir bədii əsərlər oxuduqlarını, 56,6%-i isə ümumiyyətlə bu növ ədəbiyyatı oxumadıqlarını demişlər. Kitabla arabir təmasda olanlar bunu asudə vaxtın məhdudluğu ilə izah etmişlər. Bədii əsərlərə öz həyatlarında yer verməyənlər isə vaxtın azlığı (56,8%), mütaliədən xoşlarının gəlməməsi və ümumiyyətlə maraqlarının olmaması (33,8%), buna ehtiyac duymadıqlarını (9,4%) kimi səbəbləri qeyd etmişlər. Mütaliəyə ehtiyac duymayanlar bədii əsərlərin real həyatdan uzaq olan və oxucunu yalnış yola yönəldən bir amil kimi qiymətləndirmişlər. Onların qənaətinə görə, hər bir insan öz düşüncəsinə görə hərəkət etməli, bədii ədəbiyyata isə yalnız peşə fəaliyyətləri tələb etdikdə müraciət etməlidir. Maraqlısı odur ki, oxumağı sevməyənlərin 67,8%-i uşaqlıqda valideynlərinin onlara nağıl danışmalarını və ya kitab almalarını yadlarına sala bilməmişlər. Belə nəticəyə gəlmək olar ki, uşaqlıqda mütaliəyə həvəsin yaranmaması sonrakı illərdə də öz mənfi təsirini göstərir. Belə gənclər daha tez təsir altına düşür, öz potensialını tam aça bilmir, ünsiyyət qurmağı və konsensusa gəlməyi bacarmırlar. Bu isə öz növbəsində güclü vətəndaş cəmiyyətinin formalaşmasına mənfi təsir göstərərək dövlətin inkişaf potensialını zəiflədir.   

Beləliklə, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi gənclərin vətəndaş cəmiyyətinin kamil və layiqli üzvləri kimi yetkinləşməsində mədəniyyətin müstəsna rolunu qeyd edərək bu gün uşaqlarımızın mədəni-mənəvi tərbiyələndirilməsində ciddi dönüşün yaradılmasında dövlət qayğısının gücləndirilməsi və vətəndaş cəmiyyətinin, xüsusən də ictimai təşkilatların bu prosesə fəal qatılmasını zəruri hesab edir. 

Ümummilli liderimizin sözləri ilə desək, “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Gəlin bunu yaddan çıxarmayaq. 

Прочитано 4778 раз