“ELS” Müstəqil Araşdırma Mərkəzinin müraciətləri nəticə verməyə başlayır?
Yaşayarıq görərik
Uzun müddət Azərbaycanda uşaq verilişləri, bədii və cizgi filmlərinin çəkilməsi, o cümlədən ayrıca “Uşaq Televiziyası”nın yaradılması ilə bağlı monitorinq və rəy sorğuları, ictimai müzakirələr və debatlar təşkil edən “ELS” Müstəqil Araşdırma Mərkəzi təkliflər paketi ilə dövlət başçısına müraciət etmişdir.
Qurumun 2 il müddətində bu istiqamətdə gördüyü işlər öz bəhrəsini verməyə başlayır. Bu günlərdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya müsahibəsində Azərbaycanda uşaqlar üçün serialların çəkiləcəyini dilə gətirib. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, hazırda ölkədə uşaqlarla bağlı verilişlərin sayı və keyfiyyəti çox aşağıdır: “Biz çalışacağıq ki, telekanallara növbəti maliyyə ayrılanda uşaqlarla bağlı da seriallar çəkilsin. Uşaqlarla bağlı layihələrə üstünlük veriləcək. Sujet xətti uşaqların həyatı, istəkləri olan filmlərin çəkilməsini çox istərdik”.
MTRŞ sədri deyib ki, milli cizgi filmlərinə maliyyə ayrılması ilə bağlı müraciət seriallara maliyyə yardımı başa çatandan sonra ediləcək: “Cizgi filmləri ilə bağlı problem ciddidir və aktuallığında qalır. Azərbaycanda uşaqlarla bağlı göstərilən cizgi filmlərinin böyük əksəriyyəti xarici məhsullardır. Biz çalışmalıyıq ki, yerli istehsalı qaldıraq”.
“ELS” Müstəqil Araşdırma Mərkəzinin rəhbəri İradə Yaqubovanın qənaətinə görə cizgi filmlərinə dair yerli istehsalı qaldırmaq üçün ilk növbədə yerli mütəxəssislər hazırlanmalıdır. Bunun üçün xüsusi kurslar təşki olunmalı, kino sənayesinin təcrübəli mütəxəssisləri gənc rejissorlara treninqlər keçməlidir. Ümumiyyətlə isə, uşaq verilişlərinin milli bazasının dirçəlməsi istiqamətində dövlət dəstəyi vacibdir ki, cizgi və animasiya filmlərinin istehsalı üçün maliyyə yardımı ayrılsın. İ.Yaqubova uşaq və yeniyetmələrin mövcud informasiya axınının düzgün qiymətləndirməməsi nəticəsində yalnış təsəvvür və davranış qaydalarının formalaşmasından qorunmaları məqsədilə “Yetişən nəslin sağlamlığına, əxlaqi və mənəvi inkişafına zərər vurab informasidan müdafiəsi haqqında” Qanunun qəbulunu təxirəsalınmaz məsəslələrdən biri hesab edir.
Mərkəzin bu sahədə apardığı fəaliyyətin müsbət nəticə verəcəyinə ümid edən İradə Yaqubova Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin Azərbaycanda uşaqlar üçün serialların çəkiləcəyini dilə gətirməsini ilk addım kimi qiymətləndirir: “Əsas odur ki, bu istiqamətdə işlər başlansın və gənc nəsl yad mədəniyyəti təbliğ edən, yalnış dünyagörüşü formalaşdıran filmləri seyr etmək məcburiyyətində qalmasın”.
Necə deyərlər: “Yaşayarıq, görərik”