admin2
“ELS” поздравляет!!!
26 августа Первая леди Азербайджана, президент Фонда Гейдара Алиева, посол доброй воли ЮНЕСКО и ИСЕСКО, депутат Милли Меджлиса Мехрибан Алиева отмечает свой день рождения. Ее многогранная деятельность по развитию образования в стране, сохранению национально-культурного наследия в мире и др. находится под пристальным вниманием отечественной и мировой прессы. Примечательно, что, будучи лауреатом многих международных премий, накануне она была избрана почетным гражданином болгарского города Велико Тырново. Звание почетного гражданина присвоено Первой леди Мехрибан Алиевой за участие и огромный вклад в защиту, сохранение и поощрение культурного наследия города Велико-Тырново.
Независимый Исследовательский Центр “ELS” поздравляет первую леди Азербайджана, президента Фонда Гейдара Алиева Мехрибан ханум Алиеву с днем рождения и желает ей крепкогот здоровья, счастья и успехов в многогранной деятельности ради благосостояния азербайджанского народа.
“ELS” təbrik edir!!!
Avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın doğum günüdür. Mehriban xanımın çoxşahəli fəaliyyəti, o cümlədən ölkəmizin təhsil sisteminin inkişafı, dünyada milli-mədəni irsin qorunması və təbliği ilə bağlı xidmətləri, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmləndirilməsi üzrə görülən işlər daim onu ölkə və dünya mətbuatının gündəmində saxlayır. Çoxşahəli fəaliyyətinə görə bir çox beynəlxalq mükafatlara layiq görülmüş Mehriban Əliyeva ötən gün Bolqarıstanın Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunması və təşviqində böyük töhfəsi və iştirakına görə bu şəhərin fəxri vətəndaşı seçilmişdir.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi - İctimai Birliyinin kollektivi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona cansağlığı, xoşbəxtlik, və Azərbaycan xalqının rifahı naminə çoxşaxəli və mühüm fəaliyyətində uğurlar arzulayır.
C нового учебного года дошкольное образование будет финансироваться за счет государства
С нового учебного года во многих средних школах страны дошкольное образование детей будет финансироваться за счет государства. Уже началась подготовка к занятиям, запланированным с 1 октября, в частности, уточняется количество детей, определяются школы и педагоги, которые будут заниматься обучением детей. Кроме того началась подготовка наглядных пособий, а также предусмотрено размещение объявлений по приему документов.
Yeni tədris ilindən məktəbəqədər hazırlıq dövlət hesabına olacaq
Yeni tədris ilindən ölkənin əksər orta məktəblərində uşaqların məktəbəqədər təhsilinin dövlət hesabına təşkili mümkün olacaq. Oktyabrın 1-dən başlayacaq məşğələlərin təşkili üçün artıq müəyyən hazırlıqlar görülür. Bunun üçün həmin məktəblər və tədrisi aparacaq pedaqoqlar müəyyənləşdirilir, uşaqların sayı dəqiqləşdirilir. Eyni zamanda əyani vəsait və tədris resursları hazırlanaraq, müvafiq yerlərə göndərilir. Məktəblərdə məşğələlərə sənəd qəbulu ilə bağlı elanların yerləşdirilməsi də nəzərdə tutulub.
Министерство Образования предупредило родителей
Завершился процесс по доставке на места учебников, опубликованных на 2016-1017 учебный год. До 5-го сентября планируется раздача учебников школьникам со стороны государственных общеобразовательных учреждений.
Согласно информации, полученной Ölkə.Az-a из Министерства Образования перевод учеников из одной школы в другую, увеличение числа учащихся, и невозможность 100%-го гарантирования числа первоклассников может создать определенные трудности с поставками учебников в некоторые школы.
Təhsil Nazirliyi valideynlərə xəbərdarlıq etdi
2016-2017-ci tədris ili üçün çap edilən dərsliklərin yerlərə çatdırılması prosesi artıq yekunlaşıb. Sentyabrın 5-nə qədər isə dövlət ümumtəhsil müəssisələri tərəfindən dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur. Təhsil Nazirliyindən Ölkə.Az-a verilən məlumata görə, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, şagird sayının artması və I sinfə gedəcək şagirdlərin sayının 100 faiz dəqiqliklə proqnozlaşdırılmasının mümkünsüzlüyü bəzi məktəblərdə dərsliklərlə təminatda müəyyən çətinliklər yarada bilər.
5 наград и масса эмоций
Юные дарования Театра-Студии "Гюнай" Бакинского Детского Театра вернулись с ХХ-го Международного конкурса-фестиваля в Сочи под названием "На творческом олимпе" сразу с 5-ю наградами, в частности, театральная номинация, номинация художественного слова, номинация ансамблевой хореографии, соло хореографическая номинация и диплом “За лучшие костюмы”.
Следует отметить, что фестиваль-конкурс проводился при поддержке Управления молодёжной политики Министерства Образования, Науки и Молодёжной Политики Краснодарского края. Жюри фестиваля-конкурса состояло из деятелей искусств Российской Федерации. В конкурсе принимало участие 18 коллективов из России, Азербайджана и Узбекистана. 12 ребят в возрасте от 8 до 16 лет сумели достойно представить искусство Азербайджана в России, откуда они вернулись на Родину с 5-ю наградами и массой эмоций.
5 mükafat və unudulmaz anlar
Bakı Uşaq Teatrının "Günay" Teatr-Studiyasının gənc istedadları Soçidə “Yaradıcı zirvə” adı altında keçirilmiş ХХ Beynəlxalq müsabiqə-festivaldan 5 mükafatla Vətənə dönüblər. Mükafatlar arasında teatr nominasiyası, bədii söz nominasiyası, ansambl xoreoqrafiyası, solo xoreoqrafiq nominasiya və “Ən yaxşı teatr geyimi” üçün diplom var.
Qeyd etmək lazımdır ki, müsabiqə Krasnodar rayonunun “Təhsil, Elm və Gənclər Siyasəti” Nazirliyinin Gənclər Siyasəti Departamentinin dəstəyilə keçirilmişdir. Festivalın münsiflər heyəti Rusiya Federasiyasının incəsənət xadimlərindən ibarət idi. Burada Rusiya, Azərbaycan və Özbəkistandan 18 kollektiv iştirak edirdi. 8-16 yaş arası 12 gənc Azərbaycan incəsənətini Rusiyada layiqincə təmsil edərək, Vətənə 5 mükafat la qayıtmışlar.