Əliyev Rauf
Bakı şəhər 42 saylı orta məktəbinin 5 "c" sinif şagirdi, 10 yaş
YOLLARDA OL DİQQƏTLİ
Bircə an beynimdən çıxara bilsəm Qara xəbər gələn dəhşətli anı. Ürəyim dayandı, dondu qanım da O acı xəbəri eşidən vaxtı. Qəzaya uğradı gül balam mənim Daha bitməz bağda gülüm, çiçəyim Gül-çiçək olmasa bülbül də ötməz Bülbülü susduran gözəl mələyim. Sükan arxasına keçən sürücü, Nə olar yollarda ol sən diqqətli! Yaddan çıxarma ki, ömür qısadır. Allahın verdiyi can əmanətdir! |
QƏHRƏMAN OLUM
Ağatlı oğlan, Cırtdan, Məlikməmməd, İsgəndər Nağıl qəhrəmanları, Dillər əzbəridirlər. İstəyirəm mənim də Adım gəzsin dillərdə. Mən də olum qəhrəman Yaxşı əməllərimlə! Haqqın yoluyla gedim, Xeyirxah işlər görüm. Qeyrətli oğlan kimi Hər zaman yadda qalım! |
GÜLNAZ NƏNƏM
Evimizin bəzəyisən Şəkərdən də şirinsən. Sən mənim bir dənəmsən Ay mənim Gülnaz nənəm! Gül kimi ətirlisən, Nazlısan, qəmzəlisən, Ayımsan, günəşimsən, Ay mənim Gülnaz nənəm. Evimizdə böyüksən, Amma uşaq kimisən. Sənə söz demək olmur Hər şeydən inciyirsən Ay mənim Gülnaz nənəm. |
NƏNƏM
Dayanmısan qarşımda Vüqarlı bir dağ kimi. Saçların ağarıbdır Dağ başında qar kimi. İşıq saçar hər yana Günəş çıxdığı zaman. Sənsə şəfəq saçırsan Bərq vuran günəş kimi. Gecələr göy üzünü Aydınlatan aydırsa, Sən aydan da nurlusan, Mənimçün nur saçırsan! |