Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 06 Декабрь 2011 11:41

DİRİLİK SUYU

Үакоb və Vilhelın Qrimm qardaşları

DİRİLİK SUYU

(tərcümə edəni Səkinə Hüseynova)

V
axtilə bir kral yaşardı; о elə xəstə idi ki, heç kəs onun sağalacağına inanmırdı. Kralın üç oğlu vardı, atalarının ümidsiz halından kədərlənmiş bu üç qardaş bir gün kral bağına enib, dərdli-dərdli ağladı.

Bağda onlara bir qoca rast gəldi, neyçin ağladıqlarını soruşdu. Qardaşlar dedilər ki, ataları ölüm yatağındadır, əlac da yoxdur. Qoca dedi:

-       Mən bir dərman bilirəm, adına dirilik suyu deyirlər, kim bu sudan içsə, sağalacaq. Ancaq bu suyu tapmaq asan iş deyil.

Böyük qardaş dedi:

-        Mən bu suyu taparam.

Xəstə kralın yanına gedib xahiş elədi ki, dirilik suyunun dalınca getməyə ona izn versin, çünki kral yalnız bu su sağaldacaq. Kral dedi:

-        Yox, bu çox qorxulu səfərdir, ondansa, qoy ölüm.

Oğlu çox yalvardı, çox dil tökdü, axır ki, kral razı oldu. Kralın oğlu isə ürəyində fikirləşdi: «О suyu tapıb gətirərəm, olaram atamın ən istəkli oğlu, Krallığın da varisi.»

Hazırlaşıb yola düşdü; bir qədər getmiş rastına cırtdan çıxdı. Cırtdan onu hayladı:

-        Hara belə tələsirsən?

Kral oğlu qürurla cavab verdi:

-        Bunu bilməsən də olar, səfeh cırtdan.

Dedi və çapıb getdi.

Xırdaca adam qəzəblənib qarğış tökdü. Çox keçmədi oğlan iki dağ arasındaki keçidə düşdü, yol getdikcə keçid daraldı, dağlar az qala qovuşdu, elə oldu ki, nə atı döndərə, nə də yəhərdən qalxa bildi; kral oğlu dağların arasında tilsimə düşdü. Xəstə kral əbəs yerə gözlədi, böyük oğul qayıtmadı.

Onda ortancıl oğul dedi:

-       Ata, izn verin dirilik suyunun dalınca mən gedim! - Ürəyində isə fikirləşdi: «Hərgah qardaşım ölübsə, krallıq mənə çatacaq.

Onu da kral əvvəlcə buraxmaq istəmədi, sonra ürəyi yumşaldı. Bu oğlan da qardaşının getdiyi yolla getdi, ona da cırtdan rast gəlib soruşdu ki, hara tələsir.

Ortancıl oğul dedi:

-        Eh, balaca, nəyinə gərən hara gedirəm? Arxaya da baxmadan, atını çapıb uzaqlaşdı.

Cırtdan onu da sehrlədi, bu qardaş da о birisi kimi, dağ keçidinə düşdü, heç yana tərpənə bilmədi. Lovğa adamların axırı elə bu cür olur!

Ortancıl oğul da geri dönmədi, onda kiçik oğul dirilik suyunu tapmaq istədiyini bildirdi, ata da izn verdi.

Kiçik qardaş da cırtdanla rastlaşdı, cırtdan soruşdu ki, hara belə tələsir. Kral oğlu atını saxladı, cırtdanm sualına cavab verdi:

-        Mən dirilik suyu axtarıram, atam ölüm yatağındadır.

-        Bilirsən onu harda tapacaqsan?

Kral oğlu cavab verdi:

-        Yox, bilınirəm.

-       Sən ki, özünü belə aparırsan, qardaşların kimi lovğalanmırsan, dirilik suyunun yolunu sənə göstərəcəyəm. Bu su sehrli qəsrin həyətindəki bulaqdan çıxır. Ancaq mən sənə bir dəmir çubuq, iki balaca kömbə çörək verməsəm, sən ora düşə bilməyəcəksən. Qəsrin dəmir darvazasına üç dəfə bu çubuqla vurarsan, darvaza taybatay açılacaq, həyətdə iki şir görəcəksən, ikisi də ağzını açacaq, ancaq hərəsinin ağzına bir kömbə çörək atan kimi ağızlarını yumacaqlar, amma sən yubanma, gecə yarı olmamış qabmı dirilik suyu ilə doldur, yoxsa darvazalar bağlanacaq, sən də içəridə qalacaqsan.

Kiçik oğul cırtdana çox sag ol dedi, çubuğu, kömbələri götürüb yola düşdü. Ora yetişəndə gördü ki, cırtdanın dedikləri doğrudur. Çubuqla üçüncü dəfə vuranda darvaza açıldı çörəkləri şirlərə verəndən sonra qəsrə girdi və iri, gözəl otaqda sehrlənmiş kral oğullarını gördü. Onların barmaqlarındakı üzükləri çıxartdı, ordakı qılıncı, çörəyi də götürüb çıxdı. Sonra başqa otağa keçdi, orda gözəl bir qız dayanmışdı. Qız oğlanı görüb sevindi, dedi ki, onu sehr-tilsimdən qurtardığına görə bütün krallığına sahib ola bilər; əgər bir il sonra geri dönsə, onda toylarını eləyərlər. Sonra ona dirilik suyunun yerini dedi, həm də dedi ki, tələssin, gecə yarı olmamış sudan doldursun. Kral oğlu о biri otaqları da gəzdi, bir otaqda qəşəng, təzəcə döşənmiş yataq gördü; yorğun olduğundan, bir az dincəlmək istədi. Yatağa uzanan kimi yatdı, oyananda gecəyarısına az qalmışdı. Qorxub yerindən sıçradı, qaçıb bulaqdan qaba su doldurdu və həyətdən tez çıxmaq istədi. Darvazadan çıxan kimi saat gecəyarısını vurdu, qapılar da elə bərk çırpıldı ki, dabanının bir parçasını qopartdı.

Amma dirilik suyu tapdığına görə sevinirdi. Yubanmadan yola düzəldi, yenə cırtdanla rastlaşdı. Qılıncla çörəyi görən cırtdan dedi:

-       Sən özün üçün böyük sərvət qazanmısan: bu qılıncla bütöv bir ordunu qıra bilərsən, bu çörəyi də yeməklə qurtarmayacaqsan.

Kral oğlu qardaşlarını xilas eləməmiş saraya qayıtmaq istəmədi. Dedi:

-       Əziz cırtdan, qardaşlarımın harda olduğunu mənə deyə bilməzsən? Onlar dirilik suyunun dalınca gediblər, indiyəcən geri qayıtmayıblar.

Cırtdan dedi: 

-        İkisi də dağların arasında qalıb, lovğa olduqlarına görə onları orda tilsimə salmışam.

Kral oğlu cırtdana о qədər yalvardı ki, axırda cırtdan onları azad elədi, ancaq oğlana dedi gözdə-qulaqda olsun:

-       Özünü onlardan gözlə, ürəklərində xainlik var.

Qardaşları qayıdanda kiçik oğul başına gələn əhvalatı danışdı, dirilik suyunu necə tapdığını, qabı doldurub götürdüyünü, gözəl kral qızını xilas elədiyini, qızın onu bir il gözləyəcəyini, sonra toy eləyəcəklərini və böyük krallığa sahib olacağını nəql elədi. Onlar birlikdə yola düzəldilər və elə bir ölkəyə gəlib çıxdılar ki, orda müharibə idi, aclıqdı, həmin ölkənin kral da elliklə ölümü gözünün qabağına almışdı. Bu vaxt kiçik qardaş onun yanına gəldi, çörəyi verdi, kral da bu çörəklə bütün ölkəni doyuzdurdu; kiçik qardaş krala qılınc verdi, о da bu qılıncla düşmən ordusunu qırıb-çatdı, həmin vaxtdan dinc, asudə yaşadı. Kral oğlu çörəyi, qılıncı götürüb, qar-daşları ilə yenə yola düzəldi.

Onlar aclığın, müharibənin əldən saldığı iki ölkədən də keçib getməli oldular; hər dəfə də kiçik qardaş onlara çörəklə qılınc verdi və üç ölkəni xilas elədi. Sonra qardaşlar gəmiyə minib dənizlə yol getdilər.

Yolda böyük qardaşlar bir-birinə dedilər:

-       Axı, dirilik suyunu biz yox, kiçik qardaşımız tapıb; atamız da buna görə krallığı ona bağışlayacaq, krallıqsa qanunla bizə çatmalıdır; о bizim xoşbəxtliyimizi əlimizdən alacaq.

Qardaşlar kiçik qardaşdan intiqam almaq qərarına gəldilər. О bərk yatdığı zaman dirilik suyunu öz qablarına boşaltdılar, onunsa qabına şor dəniz suyu doldurdular. Onlar gəlib atalarının krallığına yetişdilər, kiçik oğul da gətirdiyi suyu xəstə üçün apardı ki, içib sağalsın. Kral sudan bir qurtum alan kimi halı daha xarablaşdı, o, xəstəliyindən şikayətlənməyə başladı. Onda böyük qardaşlar gəlib, kiçik qardaşı günahlandırmağa başladılar ki, о guya atasını zəhərləmək istəyib, əsl dirilik suyunu ona içirtdilər. Suyu içən kimi kralın naxoşluğu keçdi, o, sağlam və gümrah oldu, lap cavanlığındakı kimi.

Qardaşlar kiçik qardaşın yanına gəlib, onu ələ salmağa başladılar. Dedilər:

-       Çalışıb-əlləşib dirilik suyunu sən tapdın, amma mükafatını biz alacağıq. Gərək ağıllı tərpənəydin, gözdə-qulaqda olaydın; sən gəmidə yatanda biz suyu öz qabımıza boşaltdıq, bir ildən sonra da birimiz gözəl kral qızını alacağıq. Bax ha, bizi ələ vermə, onsuz da atamız daha sənə inanmır, hərgah bir kəlmə desən, özünü ölmüş bil, yox əgər sussan, sənə rəhm elərik.

Kralın kiçik oğluna qəzəbi tutdu, axı о inanmışdı ki, oğlu onu öldürmək fikrindəymiş. Saray əyanlarını yığıb kiçik oğlunu mühakimə elədi və onu gizlicə öldürmək qərarı çıxartdı.

Günlərin birində kiçik qardaş ova getdi, nişançı da onunla yollandı. Oğlan heç nədən şübhələnmədi. Meşədə ikilikdə qaldılar; nişançının kefsiz, qanıqara olduğunu görən kral oğlu dedi:

-        Nə olub sənə, əziz nişançı?

Nişançı cavab verdi:

-        Bu barədə danışmağa cürət eləmirəm, amma deməliyəm.

Kral oğlu:

-        Nə deməlisənsə, de, səni bağışlaram, - dedi.

Nişançı:

-        Ah, mən sizi öldürməliyəm, bunu mənə kral əmr eləyib.

Kral oğlu qorxdu:

-        Əziz nişançı, məni öldürmə, gəl sənə öz libasımı verim, sən də mənə öz geyimini ver.

Nişançı dedi:

-        Bunu canla-başla elərəm, onsuz da sizə güllə ata bilınəyəcəkdim.

Onlar libaslarını dəyişdilər. Nişançı geri döndü, kral oğlu isə meşənin içərilərinə getdi.

Bir müddət keçmiş qoca kralа onun kiçik oğlu üçün üç araba qızıl və daş-qaş gəldi; bunları ona üç kral göndərmişdi, oğlunun qılıncı ilə düşmənləri qıran, camaatını onun çörəyi ilə doyduran həmin krallar. Qoca kral fikirləşdi: «Doğrudanmı mənim oğlum günahsızdır?» Sonra nökər-naibinə dedi:

-        Kaş oğlum sağ olaydı! Onu öldürtməyimə necə peşmanam!

Nişançı dedi:

-        О sağdır, mən ürəyimə zor gələ bilmədim, əmrinizi yerinə yetirmədim.

O, əhvalatı olduğu kimi kralа danışdı.

Kralın çiynindən elə bil ağır уüк götürüldü; о əmr elədi ətrafdaki bütün krallıqlara xəbər versinlər ki, oğlu saraya qayıda bilər, kral onu mehribanlıqla qarşılayacaq.

Kral qızı da əmr elədi qəsrinin qabağına yol çəksinlər, yol qızıldan olsun, par-par parıldasın. Öz adamlarına da dedi ki, kim bu yolla düz ona tərəf çapsa, о əsl adaxlıdır. Həmin adamı içəri buraxsınlar, kim dolama cığırla gəlsə, о əsl adaxlı deyil, onu içəri buraxmasınlar.

Vaxt-vədə yetişdi, böyük qardaş fikirləşdi ki, kral qızının yanına getməli və deməlidir ki, guya onun xilaskarıdır, beləliklə onunla evlənər, üstəlik krallığına da sahib olar. O, yola düşdü və qəsrə yaxınlaşanda gözəl qızıl yolu görüb fikirləşdi: «Bu yolla çapmağa adamın heyfi gəlir.» Yoldan çıxıb, onun sağ tərəfilə getdi. Darvazaya yaxınlaşanda, orda dayanan adamlar dedilər ki, о əsl adaxlı deyil, qoy çıxıb getsin. Ondan bir az sonra ikinci qardaş səfərə çıxdı; qızıl yola çatanda, atın ayağı yola dəyəndə kral oğlu fikirləşdi: «Belə yolu zədələməyə adamın heyfi gəlir». O, çıxıb, yolun sol tərəfilə getdi. Darvazaya çatanda ona da dedilər ki, о əsl adaxlı deyil, çıxıb getsin.

Kral qızının vədəsindən düz bir il keçmiş kiçik qardaş meşədən sevgilisinin yanına yola düşdü, dərdini-kədərini onunla bölınək istədi. Yolu kral qızının fikir-xəyalı ilə, ona tez qovuşmaq həsrətilə getdiyindən, qızıl yolu heç görmədi də. Atı yolun düz ortası ilə çapdı, darvazaya çatanda darvaza taybatay açıldı, kral qızı onu sevinclə qarşıladı, dedi ki, oğlan onun xilaskarı və bütün krallığının sahibidir; onlar şadlıq-fərəh içində toy elədilər. Toy qurtaranda kral qızı adaxlısına dedi ki, atası onu sarayına çağırır və onu əfv edir. Oğlan atasının yanına qayıdıb, hər şeyi ona danışdı; qardaşlarının onu aldatdığını, özünün susmağa məcbur olduğunu dedi. Qoca kral iki qardaşı edam eləmək istədi, ancaq onlar gəmiyə minib, dənizin о biri sahilinə üzdülər və bir daha geri dönmədilər.

Прочитано 9403 раз