Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Пятница, 02 Декабрь 2011 10:45

Yusif Kərimov

LİFT

g
ünlərin bir günündə Günay nənəsinin gözündən yayınıb həyətə düşdü. İstəyirdi doyunca atılıb-düşsün, usaqlarla gizlənqaç oynasın. Amma həyətdə heç kim yox idi. Havada şaxta vardi, həm də xırdaca yağış yağırdı.

Günay bir qədər о yan-bu yana boylanandan sonra dilxor halda geri döndü. Dəhlizin ağzından keçəndə gözü liftin qırmızı düyməsinə sataşdı. Basdı. Liftin qoşa qapısı taybatay açıldı. Lakin Günay içəri girmədi. Anasının dönə-dönə dediyi sözlər yadına düşdü: "Bax, tək olanda liftə minmə ha!"

Pardaxlanmış qoşa qapı şaqqıltı ilə örtüldü. Günay aralanıb getmək istədi, amma nə düşündüsə, yenidən liftə yaxınlaşdı.

Düyməni basdı və bir göz qırpımında qoşa qapının arxasında görünməz oldu. Lift ləngərlənib yuxarı qalxdı. Günay əvvəlcə qorxdu, sonra yavaş-yavaş cəsarətləndi. Axırıncı mərtəbəyə catan kimi birinci mərtəbənin düyməsini basdı. Qoşa qapı açılmaga macal tapmamış bağlandı. Lift bu dəfə aşağı şütüdü. Qız bu sürətdən xosallandı, ona elə gəldi ki, gözəl bir atın belində əyləşib, mərtəbələr arasında çapır. Odur ki, lift aşağı-yuxarı çapdıqca Günay həyacan dolu sevinc içərisində qışqırırdı:

-        Haydı, mənim qəşəng köhlənim! Cap, qaldır məni göyün yeddi qatına...

Birdən elə bil Günayın köhlən atı büdrədi, fınxırıb dayandı. Qız əvvəlcə heç nə başa düşmədi, "dəh-dəh" deyib yenidən köhləni çapmaq is­tədi. Amma lift dayanmışdı və bir daha tərpənmək fikrində deyildi. Günay düymələri bir-birinin ardınca basdı, qoşa qapı açılmadı ki, açılmadı. Qoşa yumrugu ilə liftin qoşa qapısını döyəclədi.

-        Ey, açın qapını, mən burada qalmaq istəmirəm... Mən nənəmin

yanına istəyirəm... Anam tapşırıb ki, tək olanda liftə minməyim...Mən istəmirdim...

Günay həyacan içərisində qışqırır, qışqırdıqca kövrəlirdi. Birdən işıq da söndü, qız lap qorxdu.

-        Mən qaranlıqdan qorxuram, isığı yandırın, - deyə ağladı. Bu zaman lap qulağının dibində həlim bir səs eşitdi:

-        Qorxma, qızım, qaranlığın ömrü az olur, indicə işıq yanar. Günay elə bildi ki, nənəsidi, onun səsini esidib haraya gəlib. Xeyli ürəkləndi, sevincək qoşa qapının yarığından qışqırdı:

Nənə, məni bu qaranlıqdan cıxart! Bayaqkı səs yenidən dilləndi:

Mən nənə deyiləm, qızım, dispetçerəm. Günay bu sözlərdən mütəəsir olsa da soruşdu:

Dispetçer nədir?

-        Mən bu ətrafdakı binalarin liftlərinə nəzarət edən məntəqənin isçisiyəm. Hansı xarab olanda oraya usta göndərirəm.

Günay bu sözlərdən xeyli şadlandı, agzını düymələrə yaxınlaşdırıb ucadan dedi:

-        Liftçi nənə, məni buradan tez çıxart. Mən qaranlıqdan qorxuram.

Düymələrin arasından gələn mehriban səs Günayı ovundurdu:

-        Oorxma, qızım, bir qədər də döz, indicə ustalar gəlib səni oradan çıxararlar. () vaxtadək biz də yaxşıca söhbət edərik.

İstəyirsən sənə nağıl danışım?

Hə, danış, - deyə Günay yenə də sevincək dilləndi. - Ağ qoçun nağılını danış, nənəm həmişə axşamlar о nağılı danışır. Liftçi пənə bir qədər fikrə gedəndən sonra dilləndi:

Mən Ağ qoçun nagılını bilmirəm, qızım. İstəyirsən İşıqla Qaranlığın nağılın danışım sənə?

Hə istəyrəm, danış, - Cünay tələsik cavab verdi. İndi onun üçün fərqi vox idi, hansı nağıl olur-olsun, təki liftçi nənə susmasın, danışsın. Günayı səssizliyin və qaranlığın vahiməsindən qorusun.

Liftçi nənə asta-asla sözə basladı:

-        Danışırlar ki, bir zamanlar yer üzündə Qaranlıq adlı bir div yaşayırmış. Onun Ziyanlıq adlı özündən də qüvvətli bir qardaşı varmış. Qardaş divlər birləşərək İsıq adlı pəhlivanı məğlub etmislər. Oaranlıq və Ziyanlıq İsığı bir torbaya salıb, yerin təkindəki zindana atmıs, üstündə də dağlar ucaltmışlar. İşıqsız qalan insanlar qardaş divlərin əlindən əziyyət çəkmişlər... İllər, əsrlər keçmiş, inşanlar xeyirxah Isığı axtarmaqdan yorulmamışlar. Onlar nəhəng-nəhəng dağları yarmış, iti çayları

bəndə salmışlar...

Nağılın bu yerində lifltin işığı yandı, Günayı vahiməyə salan qaranlıq bir anda vox oldu, qoşa qapı şaqqıldayıb açıldı. Liftin qapısı ağzında dayanmış lopabığ əmi balaca günahkarı tərs-tərs süzüb dedi:

-        Haydı evinizə, dəcəlin biri, dəcəl...

Günay isə liftdən çıxmağa tələsmirdi. O, indicə işıq yanandan sonга görmüşdü ki, düymələrin lap altında zərif tor altında dəyirmi bir yuvacıq yerləşir və liftçi nənənin səsi bu yuvacıqdan gəlir. Odur ki, ağzını həmin yuvacığa dirəyib, bərkdən soruşdu:

-        Liftçi nənə, bəs sonra nə oldu? Adamlar divləri öldürə bildilərmi? Işıq pəhləvan zindandan çıxdımı?

Yuvacıqdan cavab gəldi:

-        Hə, qızım, İşıq xilas oldu...

Lopabığ əminin qüvvətli əlləri Günayı hop götürüb liftdən kənara qoydu. Liftçi nənənin səsi eşidilməz oldu.

... Günay liftlə oynadığı üçün cəzalandırıldı. Cəzasını çəkib qurtaran kimi nənəsinin əlindən tutub, liftçi nənəni axtarmağa, ona təşəkkür etməyə tələsdi. Nənə-nəvə çox gəzdilər və nəhayət, liftlərə qulluq edən məntəqəni tapdılar. Amma liftçi nənəni görəndə hər ikisi təəccübləndi. Çünki balaca Günayı qaranlıqdan və tənhalıqdan xilas edən bu mehriban nənə qəşəng bir qız idi.

Прочитано 4892 раз
Другие материалы в этой категории: « FƏRHADIN“QOÇAQLIĞI” BALACA TOPLAN »