Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Понедельник, 28 Ноябрь 2011 17:26

Buludların mübahisəsi

buludlarin mubahisesi

Səbinə Haqverdiyeva

BULUDLARIN MÜBAHİSƏSİ

Biri var idi, biri yox idi. Mavi səmada çoxlu buludlar var idi. Bu buludların içində öz nəhəngliyi, güclülüyü ilə lovğalanan bir bulud vardı. Bu bulud o qədər böyük idi ki, ağacların, güllərin çoxu onun yağışı ilə qidalanıb, böyüyürdülər. Bundan basqa səmada iki balaca bulud da vardı. Onlar kiçik olsalar da çox çalışqan idilər.

 

Aylar keçdi. Ağacların bar verdiyi fəsil, yaz fəsli gəldi. Buludlar yaxşi bilirdilər ki, ağaclar bar verdiyi bir vaxtda çoxlu su içməlidirlər. Bir gun nəhəng bulud balaca dostlarına üz tutub dedi:

- Bildiyiniz kimi səmada ən böyük bulud mənəm. Ona görə də bütün ağacları və gülləri özüm sulayacağam. Mənim daha sizə ehtiyacım yoxdu.

Bunu eşidən kiçik buludlar çox məyus oldular. Onlar nəhəng buluddan bərk incimişdilər. Buna məhəl qoymayan nəhəng bulud lovğalana-lovğalana yağmağa hazırlaşırdı. Böyük bir həvəslə yağmağa başlayan bulud get-gedə özü də bilmədən gücdən düşürdü. Ağaclar əvvəlkindən daha çox su içirdilər. Bunu görən bulud bərk qəzəblənmişdi. O, tamamilə yağıb qurtarmaqdan qorxurdu. Dostlarının köməyinə çox ehtiyacı vardı. Lakin dediyi sözlərdən çox utanırdı. Dostlarına necə yaxınlaşacağını düşünürdü. Əgər o bunu etməsə ağaclar susuzluqdan məhv olacaq, yer üzündəki bütün insanlar meyvəsiz, tərəvəzsiz qalacaq. Bu fikirlər nəhəng buludu dəhşətə gətirirdi. Nəhayət ki, o kiçik dostlarından üzr istəməyi qərara aldı. Elə bir az getmişdi ki, kiçik dostları ilə qarşılaşdı. Dostlarını görən nəhəng bulud bərk utandı. Onlarla danışmağa söz tapa bilmirdi. Lakin o özünü ələ alıb dostlarına dedi:

- Bilirəm ki, yaxşı iş tutmamışam. Sizdən dediyim bütün sözlərə görə üzr istəyirəm. Məni bağışlayın və kömək edin. Əgər siz mənə kömək etməsəniz bütün ağaclar susuzluqdan quruyacaq, çəmənlərdə güllər bitməyəcək.

Bu sözləri eşidən balaca buludlar məyus oldular. Onlar nəhəng buluddan çox incimisdilər. Lakin ağacların, güllərin qurumasına razı ola bilməzdilər. Buna görə də onlar nəhəng buludu bağışladılar. Tək əldən səs çıxmaz deyib, əl-ələ verdilər. Onlar o qədər yağdılar ki, çəmənlikdə bütün ağaclar bar verdi, hər tərəfdə gül-çiçək açdı.

Прочитано 10799 раз