Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Понедельник, 28 Ноябрь 2011 17:15

Arı və gül

Ari-ve-gulSəbinə Haqverdiyeva

ARI VƏ GÜL

Biri var idi, biri yox idi. Çəmənlərin birində gözəl, Nazlı adında bir gül var idi. Çəmənlərdəki bütün güllər ona həsəd aparardılar. Bu gül bütün günü özünü tərif edib öyünürdü. Bir gün yenə əlinə güzgüsünü alıb dedi:

- Görəsən dünyada mənim kimi gözəl, nazlı gül varmı? Gorəsən kimin belə gözəl gözləri, al yanaqları var?

Bu cəhətlərinə görə çəmənlikdəki digər güllər onu sevməzdilər, onunla danışıb söhbət etməzdilər. Nazlı isə buna fikir verməyib özünü tərif edib nazlanardı. Lakin o bilmirdi ki, onun danışığı, lovğalığı onu çirkinləşdirir, bütün dostlarından uzaqlaşdırırdı. Nazlı hələ bilmirdi ki, heç kəsə simasına görə qiymət vermək olmaz. Hamını gözəlləşdirən onun xasiyyətidir.

Gözəl yaz səhərlərindən biri idi. Nazlı yenə gözlərini süzdürə-süzdürə öz güzgüsünü axtarmağa başladı. Elə təzəcə özünü tərif etməyə başlamışdı ki uzaqdan bir arının ona tərəf uçduğunu gördü. Arı Nazlıya lap yaxınlaşanda Nazlı qışqırmağa başladı. O, nə qədər dostlarından kömək istədisə də onun harayına heç kəs çatmadı. Arı onun ləçəyində iri bir dəlik açdı. Nazlı üçün bu böyük bir dərd idi. İndi o öz zahirindən yalnız utana bilərdi. Nazlı ağladığı bir vaxtda çəməndəki güllərdən biri ona necə kömək edəcəyi barədə düşünürdü. Birdən gül Nazlıya dedi:

- Sən fikir eləmə, mənim ağlıma gözəl bir fikir gəlib. Mən sənin üçün hörümçək torundan tələ düzəldəcəyəm. Sabah arı sənə yaxınlaşanda arını tora salarsan. Qoy o bir daha səni narahat etməsin.

Nazlı bu sözləri eşidib dedi:

- Sən necədə xoş xasiyyətli gözəl gülsən. Mənim o qədər başım özümə qarışıb ki, sənin kimi qayğıkeş, sadiq bir dostu görməmişəm. Çox sağol.

Sübh tezdən Nazlı əlinə toru alıb arını gözləyirdi. O uzaqdan vızıltı eşidib toru gizlətdi. Bu vızıltı arının vızıltısı idi. Böyük həvəslə Nazlıya tərəf uçan arı onu orda gözləyənlərdən bixəbər idi. Arı Nazlıya təzəcə yaxınlaşmışdı ki özünü torda gördü. O nə qədər çapaladısa tordan çıxa bilmədi. Bunu görən Nazlı çox sevindi və dedi:

Sən məni daha narahat etməyəcəksən. Mən yenə də əvvəlki kimi gözəl olacağam. O, köməyə görə dostuna minnətdarlıq etməyi də unutmadı. Hər şeydən çox o, sadiq dostu olduğuna sevinirdi.

Прочитано 11047 раз