Вторник, 13 Январь 2015 13:58
NƏNƏM
ƏNƏM
Dayanmısan qarşımda
Vüqarlı bir dağ kimi.
Saçların ağarıbdır
Dağ başında qar kimi.
İşıq saçar hər yana
Günəş çıxdığı zaman.
Sənsə şəfəq saçırsan
Bərq vuran günəş kimi.
Gecələr göy üzünü
Aydınlatan aydırsa,
Sən aydan da nurlusan,
Mənimçün nur saçırsan!
Опубликовано в
Əliyev Rauf